FutbolMedia.Az
  • 19:50 Cümə
    6 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov

Qurban Qurbanov "Riskə getməliyik"

"Vacib qələbə idi. Şükürlər olsun, futbolçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Oyunçuların fikrinin bu oyunda olmağı vacib idi".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 6-cı trunda "Sabah"a qalib gəldikləri matçdan (2:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis heyətdəki itkilərin komandaya zərbə vurduğunu bildirib: "Bəlkə də, son vaxtlar dəyişik çempionat oldu. Heç bir rəqibə fərq qoymuruq. Bu gün bütün komandaların gücü bəllidir. İstənilən rəqib bir-birinə qalib gələ bilər. Sadəcə bizim sıx qrafikimiz var. Futbolçuları nə qədər hazırlamağa çalışsaq da, yorğunluq fonunda çətindir. Rotasiyalar çox edirik. Bəzi oyunçuları meydana da buraxmırıq. Oyunçuları qorumaq istəyirik. Belə qrafikdə olmağımız ilk deyil. Sadəcə bu il zədəlilərimiz çox idi. İtkilər komandaya zərbədir. Qarşıdakı oyunlarda daha ciddi olmalıyıq. Bəzən risklərə getməliyik ki, xal ehtiyatımızı yaxşılaşdıraq. Hər məğlubiyyət, heç-heçə bizə zərbə ola bilər".

O, yerli oyunçu baxımından sıxıntı olmasından, eyni zamanda bu gün qapını Amin Ramazanovun qorumasından da danışıb: "Bəli, problemlərimiz var. Amin Ramazanov gənc olsa da, az oyunda iştirak etməyib. Ona güvənirik, nə qədər çox matça çıxsa, yaxşıdır. İstənilən oyunçunu meydana buraxmağa çəkinməyəcəyik. Ehtiyac olarsa, istifadə edəcəyik".

Q.Qurbanov futbolçusu Adama Diakabinin Avropa Liqasının oyunları üçün sifariş olunmamasına da aydınlıq gətirib: "Mikro zədələri var. Bəzən tam güclə məşq edə bilmir. Bir müddət geridönüş etmişdi, oyunlarda özünü göstərmişdi. İndi isə mikrozədələr qarşısını alır. Keçmiş formasına qayıda bilsə, ondan yenidən istifadə edəcəyik".

"Qarabağ" üçün transfer məsələsi bağlanıb" sualına Q.Qurbanovun cavabı belə olub: "Ehtimal ki, bitib. Çünki bundan sonra ancaq azad agent olan oyunçunu götürə bilərik və onun da formasının hansı səviyyədə olduğu sual altındadır. Ola bilər, dekabra qədər transfer olmasın. Ancaq yeni oyunçu istərdim. Gözləyəcəyik, axtarışda olacağıq".

17-09-2023, 23:09
10494
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
3-09-2023, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Görünür ki, bu il çempionat fərqli olacaq"
16-04-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu məğlubiyyətin faydalı olacağını düşünürəm"
2-04-2023, 18:21
Qurban Qurbanov:
Qurban Qurbanov: "Millidən qayıdan futbolçularda psixoloji sarsıntı hiss olunurdu"
5-03-2023, 20:25
Qurban Qurbanov:
Qurban Qurbanov: “Heyətimizin hər zaman genişlənməsinə ehtiyac var”
25-01-2023, 16:27
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox möhkəm komandaya qarşı oynadıq"
13-12-2022, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək"
2-12-2022, 23:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm”
1-10-2022, 20:34
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nəticə bizim üçün vacib idi"
7-02-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hakimlərə əsəbi deyildim"
19-11-2021, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu"
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
15-09-2021, 17:40
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm”
  Xəbər Lenti
“Tottenhem” Keyni geri qaytarmaq istəyir - Xarici xəbərlər 6.11.2026, 18:07
Mourinyo: “Ardanın bəzi problemləri var idi” 6.11.2026, 17:15
"Qarabağ"ın daha bir futbolçusu ilk dəfə milli komandaya çağırıldı 6.11.2026, 16:10
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı 6.11.2026, 15:38
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı 6.11.2026, 14:35
Polis "Nyukasl"ın müdafiəçisini həbs etdi - Xarici xəbərlər 6.11.2026, 14:00
Tanınmış futbolçunun papağını oğurlamağa çalışdılar - Xarici xəbərlər 6.11.2026, 13:16
"Dnepr"in futbolçusu Azərbaycan yığmasına dəvət edildi 6.11.2026, 12:04
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi 6.11.2026, 11:33
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 12:07
“Nottingem Forest”in baş məşqçisi qovula bilər -
“Nottingem Forest”in baş məşqçisi qovula bilər - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb