



"Qarabağ"dan son üç mövsümün rekordu
“Qarabağ” Misli Premyer Liqasında qollu oyunlar seriyasını 16-ya çatdırıb.
Futbolmedia.az xəbər verir ki, 31-ci turda “Zirə”ni qəbul edən Qurban Qurbanovun komandası 2:2 hesablı heç-heçəyə imza atıb.
15-ci turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb. 16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.
Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/19 və 2019/20 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyib.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
PSJ-nin müdafiəçisi zədələndi - Xarici xəbərlər 28.11.2026, 18:04
"Fənərbaxça" "Arsenal"la danışıqlara başladı - Xarici xəbərlər 28.11.2026, 18:00
“Barselona”nın futbolçusu Kasado Səudiyyə Ərəbistan klublarına rədd cavabı verdi - Transfer xəbərləri 28.11.2026, 17:02
"Neftçi" və millimizin müdafiəçisi Rüfət Abbasov: “Ayxan müəllim bizə bu barədə məlumat vermişdi” 28.11.2026, 16:09
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi" 28.11.2026, 15:36
Nəriman Axundzadə "Qarabağ", "Neftçi" və Türkiyə Superliqa klublarının siyahısında - Transfer xəbərləri 28.11.2026, 14:02
“Bayern”in yarımmüdafiəçisi Camal Musiala zədələndi - Xarici xəbərlər 28.11.2026, 14:00
Messi və komandasından MLS-ə erkən vida 28.11.2026, 13:07
Erlinq Halandın “Real”a transferi real görünür - Transfer xəbərləri 28.11.2026, 12:33
Azərbaycan Premyer Liqası























