FutbolMedia.Az
  • 11:40 Şənbə
    28 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Onlarda geriyə addım yox idi, ancaq irəli gedirdilər"

"Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu gün nəticə, oyun öz yerində, meydanda sona qədər mübarizə aparan komanda görmək istəyirdim. Bunu da gördüm. Böyük təşəkkürümü onlara bildirdim. Bu gün azarkeşlərimiz bu cür soyuq havada, sizlər gecənin bu vaxtında yanımızdasınız. Pley-off mərhələsində ilk qələbəmiz idi. Bu, gələcək üçün vacib idi. Futbolçular üçün də, klub üçün də çox önəmli idi. İkinci matçın nəticəsindən asılı olmayaraq belədir".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasını pley-off mərhələsində "Gent"ə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Dinamik, bərk komandaya qarşı oynayırdıq. Belə rəqiblərlə oynamaq hər zaman xoşdur. Öz meydanlarında nə etmək istədiklərini yaxşı bilirdilər. Çox sürətli idilər. Bu cür rəqiblərlə oyunlar böyümək üçün fürsətdir, şansdır. Bu şansdan istifadə etdik. Belə rəqibə qarşı sona qədər dözürüksə, futbolçularda inam çoxalır. Klubun böyüməsi baxımından çox önəmli oyun idi. Cavab matçı var. Qarşıdakı vaxtda bu görüşü analiz edib, hazırlaşacağıq" - deyə o bildirib

O, yeni transferlərin hər birinin oyunundan razı qaldığını vurğulayıb: "Əlbəttə ki, bu gün tam istədiyim performansda deyillər, optimal formalarından uzaqdırlar. Vaxt lazımdır. İşlər heç də pis getmir. Çox məsuliyyətli futbolçulardır. Meydanda olanlar qələbə üçün var güclərini qoydular".

Mütəxəssis ilk hissədə çox da risk etmədiklərini söyləyib: "İkinci hissə bəzi gedişatlar etdik. Çünki rəqib 90 dəqiqə aqressiv pressinq edir. Onlarda geriyə addım yox idi, ancaq irəli gedirdilər. Ona görə uzun və ikinci top üzərində daha çox çalışmışdıq. Bu komandanın hücum potensialı çox yaxşıdır, bir-birilərini yaxşı anlayırlar. Çalışırdıq ki, rəqibi qapımızdan uzaq saxlayaq".

Baş məşqçi niyə Amini yox, Lukanı əsas heyətdə seçməsi ilə bağlı deyib: "Bəlkə də buna dəqiq cavab verə bilməyəcəm. Bəzən oyundan-oyuna hər oyunçunun psixoloji durumuna baxırsan. Futbolçu var, hansısa oyunda "yana" bilər. Bu, qarşıdakı matçlarda ona təsir edər. Əvvəlki oyunlarda Aminə üstünlük verdim. Oyunlar keçdikcə, bu qarşılaşma yaxınlaşdıqca, həyəcan çoxalırdı. Çox istəkli idi. Amma sonda qərar verdim ki, təcrübə daha çox rol oynasın. Aminə də güvənirik, qarşıdakı matçlarda oynamaq ehtimalı çoxdur. Xırda detallar var, deməməyim doğru olar. Bəzən qapıda dəyişikliklər etmişəm".

Q.Qurbanov penaltini düzgün yerinə yetirə bilməyən Ramil Şeydayev haqda deyib: "Onun psixoloi durumu indi normaldır. Oyundan çıxanda psixoloji durumunu düzəltməyə çalışdım. Ramil 7 penaltidən hamısından yararlanmışdı. Bəlkə 3-4-cü olsaydı, daha rahat vurardı. Futbolun özəlliklərindən biridir. Problem olmayacaq. Əksinə, çalışıb oyundan qol vurmaq lazımdır. Onun motivasiyası qarşıdakı görüşlərdə daha yaxşı olacaq. Penalti vurmaması ona daha çox faydalıdır".

Mütəxəssis "sizcə, Andrade Kadinin boşluğunu doldura bilir?" sualını belə cavablandırıb: "Heç vaxt olmayıb ki, hansısa gedən oyunçununu yerini kimsə doldurur və ya doldumur deyim. Mən həmişə istəmişəm ki, futbolçularımın hamısı sağlam olsun. Bu gün heyətə baxsaq, çox dəyişiklik var idi. Kevin Medina yox idi, Kadi, Ovusu, Vadji gedib, Ozobiç özünə yeni gəlib. Tək Kadi deyil, dəyişikliklər çoxdur. Kadinin hansı üstün cəhəti var idisə, ondan istifadə edirdik. İstəməzdim ki, hansısa futbolçumu yuxarıda tutum, hansınısa aşağıda. Kadidən də razı idim, Andradedən də razıyam. Mənim üçün önəmli olan bu oyunda tempə dözmək, rəqibdən çəkinməmək idi. Bəzi texniki səhvlər var idi. Andrade cavan oyunçudur. Daha çox oynaması lazımdır. Bu oyunlar onun üçün də təcrübədir. Leandrodan razı qaldım. Kadi ilə onu müqayisə etmək istəməzdim".

17-02-2023, 01:09
19640
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
11-02-2023, 19:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu epizodla mənim etdiyim "feyr-pley"i yan-yana qoymayın"
24-12-2022, 20:17
Qurban Qurbanov:
Qurban Qurbanov: "O, dayanmalı deyil"
13-12-2022, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək"
13-11-2022, 19:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu matçın bizə çox faydası olacaq"
28-10-2022, 08:26
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nant"dan çəkinmədik"
16-10-2022, 20:07
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionat gərgin keçir"
1-10-2022, 20:34
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nəticə bizim üçün vacib idi"
17-08-2022, 23:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Düşündüyümdən də bərk komanda gördüm"
7-02-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hakimlərə əsəbi deyildim"
17-10-2021, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov:
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
  Xəbər Lenti
Mahir Emreli qol vursa da,komandası məğlubiyyətdən xilas ola bilmədi 28.11.2026, 11:02
“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR 28.11.2026, 10:15
“Səbail” - “Şimal” 5:2 - VİDEO 28.11.2026, 09:13
Millimizin üzvü Cəlal oynadı, komandası uduzdu 28.11.2026, 08:12
"Neftçi" - "Zirə" 1:0 - VİDEO 27.11.2026, 22:20
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi 27.11.2026, 22:00
Rəşad Sadıqov: “Verniduba dedim ki, artıq sözlər çox danışırsınız” 27.11.2026, 21:35
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq 27.11.2026, 17:02
Türkiyə millisinin müdafiəçisi Fransa klubuna keçir 27.11.2026, 16:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb