FutbolMedia.Az
  • 01:58 Bazar
    11 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Əliyev:

Samir Əliyev: "Hələ hesabın təsiri altındayam"

"Gözləmədiyimiz halda 70-ci dəqiqədən sonra bu qədər qol buraxdıq. İndi də bunun təsiri altındayam, ayılmamışam".

Futbolmedia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev İsveçə 1:8 hesabı ilə uduzduqları yoldaşlıq oyunu ilə bağlı danışarkən deyib.

43 yaşlı mütəxəssis əvəzetmələrdən sonra 20 dəqiqə ərzində 6 qol buraxacaqlarını gözləmədiklərini bildirib: "Bir tərəfdən oturub fikirləşirsən ki, yoldaşlıq görüşü olsa da, üzücü və biabırçı nəticə qeydə alınıb. Hazırlıq oyununda səhvlərimizi gördük. Fevralda püşk atılacaq və seçmə mərhələdəki rəqiblərimiz bəlli olacaq. Həmin vaxt qrupda ən azı iki belə səviyyədə komanda görəcəyik. Belə ölkələrin U-21 yığmaları I və II səbətdə yer alır. Artıq bilirik ki, bu komandalara qarşı bu cür əvəzetmələr və açıq futbol olmayacaq. Bütün məsuliyyət mənim boynumdadır. Məğlubiyyətin əsas səbəbkarı da mənəm. İsveç kimi hücum xətti güclü olan kollektivlə açıq futbol oynamaq istəyirdik, bizi belə cəzalandırdılar. Futbolçularımız qol buraxdıqca irəli atılırdı. 70-ci dəqiqəyədək yaxşı qol vəziyyətlərimiz də var idi".

Əliyev bir neçə yeni futbolçunu sınaqdan keçirdiklərini xatırladıb: "Onların da oynamasına imkan verdik. Matçın 70-ci dəqiqəsinə kimi rəqib 2:1 hesabı ilə öndə idi. Görüş də normal, öz axarında gedirdi. Aşağı-yuxarı eyni səviyyədə oyun izləyirdik. Daha sonra 6 əvəzetmə etdim və oyun intizamı pozuldu. Qolların 4-nü məhz 86-cı dəqiqədən sonra buraxdıq. Açıq futbol sərgiləmək istəyirdik. Mən də bir az risk etdim. Elə oyunçular var idi ki, ilk dəfə U-21-in heyətində meydana çıxırdı. Birinci dəfə dəvət alanlar da var idi. Bəlkə mən də yoldaşlıq görüşləri üçün güclü rəqib seçməkdə bir az tələsdim. Bu matçlar onu göstərdi ki, sırf İsveç kimi dünya səviyyəli kollektivlə açıq futbol oynamaq olmaz. Eyni heyət olmasa da, onların U-21 yığması 2-3 il əvvəl olsa da, Avropa çempionluğunu yaşayıblar".

Baş məşqçi U-21-dəki futbolçuların əksəriyyətinin I Divizionda meydana çıxdığını sözlərinə əlavə edib: "Rəqibdəkilər isə Niderlandın AZ komandasında, Avstriya və İsveç Premyer Liqasında mübarizə aparırlar. Səviyyə fərqi bilinirdi. Amma buna baxmayaraq, 70 dəqiqə yaxşı təsir bağışladıq. Son 5 dəqiqədə 4 qol buraxmaq isə belə biabırçı nəticəyə gətirib çıxardı".

21-11-2022, 18:13
14032
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
19-11-2022, 18:06
De Byazi:
De Byazi:
1-10-2022, 20:34
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nəticə bizim üçün vacib idi"
19-09-2022, 16:21
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" bizimlə oyuna final kimi baxır"
11-09-2022, 23:15
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hər nəticəyə həm razı, həm də hazır idim"
10-09-2022, 23:40
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Müdafiədə oturmağın da yeri yoxdur"
18-08-2022, 17:10
Samir Əliyev:
Samir Əliyev: "Əsas odur ki, qrupdan çıxdıq"
14-08-2022, 22:52
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: "Azarkeşlərin məni istefaya çağırması normaldır"
27-04-2022, 09:15
Qvardiola:
Qvardiola: "Real" çox əsəbi idi"
27-03-2022, 21:03
Əkbər Vəliyev:
Əkbər Vəliyev: "Qəbələ"yə uğurlu nəticə üçün gedirik"
11-02-2022, 21:30
Sənan Qurbanov:
Sənan Qurbanov: "3 milyonluq komanda 25 milyonluq komandaya qarşı oynayırdı"
14-11-2021, 23:53
Qətər millisinin baş məşqçisi:
Qətər millisinin baş məşqçisi: "Yaxşı nəticə qazandıq"
25-08-2021, 20:48
Samir Abasov:
Samir Abasov: "İsrailə elə-belə gəlməmişik"
  Xəbər Lenti
Ferran Torres ən yaxşı seçildi - Xarici xəbərlər 10.10.2026, 16:24
"Çelsi"dən Palmer qərarı - Transfer xəbərləri 10.10.2026, 15:32
Avropa federasiyaları beynəlxalq təqvimin dəyişdirilməsini istəyir 10.10.2026, 14:29
“Yuventus” hücumuçsu Nik Voltemadeni transerindən peşimandı - Xarici xəbərlər 10.10.2026, 13:25
Ronaldodan 980-cı qol - Xarici xəbərlər 10.10.2026, 12:29
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı - YENİLƏNİR 10.10.2026, 12:00
Mikels: “Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” 10.10.2026, 11:06
"Qalatasaray" - "Kasımpaşa" 3:1 - VİDEO 10.10.2026, 10:15
Millimizin üzvü Mahirin komandası yenə uduzdu 10.10.2026, 09:14
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
11-09-2026, 14:57
AFFA-da klublar üçün seminar keçirildi
AFFA-da klublar üçün seminar keçirildi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb