FutbolMedia.Az
  • 20:04 Bazar ertəsi
    20 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"

"Futbolçulara təşəkkür edirəm. Fasilədən sonra ağır oyunlara çıxmaq çox həyəcanlı idi. Bunun da öhdəsindən gəldilər. Bəzi epizodlar istədiyimiz kimi olmadı. Amma oyundan-oyuna düzələcək. Hər iki oyun o qədər ürəkaçan olmadı".

Futbolmedia.az
xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Dinamo" ilə cavab matçından (2:1) sonra təşkil edilən mətbuat konfransında deyib.

- “Neftçi” ayılmaq üçün mütləq qol buraxmalı idi?

- Birinci oyundakı nəticə bizi ehtiyyatlı oynamağa vadar etdi. Amma qol buraxandan sonra oyunu xilas etmək istədik. Bugünkü oyunu kimlərə görə, niyə oynamalı olduğumuzu uşaqlara oyundan əvvəl demişdim.

- Harramiz hər iki matçda fərqli mövqelərdə oynadı. Bunun səbəbi nə idi?

- Harramiz universal futbolçudur. Bu oyunda Ömərə bəzi taktiki tapşırıqlar vermişdim, o da öhdəsindən gəldi. Əlimizdə 2-3 ehtiyat oyunçu var. Bəzən kimisə məcburiyyətdən oynadırsan. Söhbət Harramizdən getmir. Matçlar keçdikcə yeni gələnlərin nəyə qadir olduğunu daha yaxşı görəcəyik.

- Hər iki oyunda bir növ bəxtiniz gətirdi. Növbəti mərhələdəki rəqib “Olimpiakos”dur. Onlar səhvləri bağışlamır. Həmin görüşdə nələri planlayırsınız?

- Ümid edək ki, “Olimpiakos” da bizi bağışlayar. Çalışacağıq həmin görüşə qədər səhvləri aradan götürək. Bu cür şansları yunanlar yüz faiz bağışlamaz.

- Oyundan əvvəl də, bu gün də həyəcan dediniz. “Dinamo” isə dağ başına qoyulacaq komanda deyil...

- Bizdə Honda kimi oyunçu yoxdur ki, çıxıb oyunu həll etsin. Komanda daxilində istər-istəməz təşviş yaranır. Bu da avrokubokdakı oyunla bağlıdır. “Dinamo” yaxşı komandadır, meydanda kollektiv şəkildə lazım olan işi görə bilirlər. Bundan başqa azarkeşlərin gəlməsinə icazə verirlər. Uzunmüddətli fasilədən sonra Gürcüstanda meydana çıxdıq. Biz bu gün yaxşı vəziyyətdə deyilik.

- “Olimpiakos”la oyuna qədər transfer gözlənilir?

- Bəli, gözlənilir.

- “Dinamo” ilə oyunlarda tam gücünüzlə oynadınız, yoxsa bəzi sirri “Olimpiakos”a saxladınız?

- Heç bir şeyi gizlətməmişəm. Amma bu iki oyun bizim xeyrimizə ola bilər. Açıq deyək, “Olimpiakos” onlara qarşı bir nömrədə oynamağa imkan verməyəcək. Məcburən iki nömrədən oynayacağıq. Bu gün matçın böyük hissəsində rəqib bunu bizə yaşatdı. Etdiyimiz səhvlər bunun üzərində durmaq baxımından önəmli oldu.

- Ehtiyat qüvvənin azlığından şikayət edirsiz. Bəs, transferlər niyə gecikir?

- Bunun bir cavabı var, istədiyimiz oyunçuları götürə bilmirik. 5 nəfərə yaxın oyunçu var ki, birbaşa müqaviləyə gətirmək istəyirik. Əvvəllər 3 mövqedə fikirləşirdik. Bir komandada sol cinah müdafiəçisi yoxdursa, bu gün “Olimpiakos”u müzakirə etmək çox çətindir. Rotasiyalar etmək, oyunu gücləndirmək çətindir. Əsas məsələ maliyyədə qırılır.

14-07-2021, 23:33
22500
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-07-2021, 08:22
"Olimpiakos" - "Neftçi" matçının vaxtı məlum oldu
14-07-2021, 23:20
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Futbol komanda oyunudur, boks deyil"
14-07-2021, 11:44
"Neftçi" "Dinamo"ya qarşı - YENİLƏNİR
13-07-2021, 20:45
Samir Abasov:
Samir Abasov: “Bunu Gürcüstandakı matçda hiss etdik“
13-07-2021, 19:40
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Artıq "Neftçi"nin zəif tərəflərini bilirik"
14-07-2021, 08:30
Emin Mahmudov:
Emin Mahmudov: “Bizi çox çətin oyun gözləyir“
7-07-2021, 22:45
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Onlar xəyanət etdilər"
7-07-2021, 22:20
Samir Abasov:
Samir Abasov: "Kişiliyimizi, xarakterimizi ortaya qoyduq"
30-06-2021, 21:40
Ayxan Abbasov:
Ayxan Abbasov: "Onları riskə atmaq istəmirdik"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
26-06-2021, 21:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kiçik problemlərimiz var"
16-06-2021, 22:38
Şenol Günəş:
Şenol Günəş: "Vəziyyətmiz pisdir, çətin durumdayıq"
  Xəbər Lenti
Mahir Emreli yeni klubunda ilk seçimini etdi 20.07.2026, 18:09
İsveçrə klubu “Sabah”ın futbolçusunu istəyir 20.07.2026, 17:05
"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq 20.07.2026, 16:13
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu 20.07.2026, 15:33
"Zirə" yamaykalı vingeri transfer etdi 20.07.2026, 14:35
"Sabah"ın 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşdi 20.07.2026, 14:00
“Qalatasaray” Portuqaliya millisinin üzvü Fernandeslə maraqlanır - Transfer xəbərləri 20.07.2026, 12:15
Bolqarıstan mətbuatı "Qarabağ"ın adından, gücündən yazdı 20.07.2026, 11:34
PSJ fransalı hücumçunun qiymətinin azaldılmasını istəyir - Transfer xəbərləri 20.07.2026, 11:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
10-07-2026, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
10-07-2026, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
9-07-2026, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
10-07-2026, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
10-07-2026, 20:16
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu -
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi
15-07-2026, 19:12
"Real" "Çelsi"nin təklifini rədd etdi - Xarici xəbərlər
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
9-07-2026, 18:35
Karim Rossi “Qəbələ”də -
Karim Rossi “Qəbələ”də - Transfer xəbərləri
13-07-2026, 17:07
“Aston Villa” 60 milyon avroluq transferi bitirmək üzrədir -
“Aston Villa” 60 milyon avroluq transferi bitirmək üzrədir - Transfer xəbərləri
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb