



“Sabah”ın rəqibi “Barselona”nın yarımmüdafiəçisi Qavi PSJ-yə keçə bilər - Transfer xəbərləri
“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona”nın yarımmüdafiəçisi Qavi PSJ-nin maraq dairəsinə düşüb.
Futbolmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi ilə yanaşı, İngiltərə Premyer Liqasının bir neçə aparıcı klubu da 22 yaşlı futbolçunun vəziyyətini izləyir. Qavinin “Barselona”da kifayət qədər oyun vaxtı almaması bu klubların diqqətini çəkib.
Bununla belə, ispaniyalı futbolçu Kataloniya klubunun gələcək planlarında mühüm yer tutur və rəhbərlik onu satmağı düşünmür. Bildirilir ki, “Barselona” yalnız oyunçunun özü ayrılmaq istədiyi təqdirdə, onun gedişinə razılıq verə bilər.
Qavi cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxıb. “Transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























