FutbolMedia.Az
  • 23:11 Cümə axşamı
    24 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: “Bunu Gürcüstandakı matçda hiss etdik“

“Sabah bizim üçün çox xoş gün olacaq. Azarkeşlərimizin tribunalara qayıtmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Həm futbolçularımızın, həm də azarkeşlərimizin adından çox sağ ol deyirəm. Bizim üçün möhtəşəm addımdır".

Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda Tbilisi “Dinamo”suna qarşı keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

- Oyunun gərginliyi artıq hiss olunur. İndidən hansı ajiotajda oynayacağımızı hiss edirik. Rəqib necə hazırlıqlı komanda olduqlarını göstərdi. Gürcüstanda çempionat davam edir. Mövsümün ortası olduğu üçün "Dinamo" tam hazırdır. Bunu Gürcüstandakı matçda hiss etdik. Oradan yaxşı nəticə ilə qayıtdıq. Amma nəticə ilə oyunumuz üst-üstə düşmədi. Artıq səfər qolu da aradan götürülüb. Buna arxalanıb sistemdə hansısa gedişlər edə bilərlər. Amma biz sırf oyunumuza arxalanacağıq.

- "Neftçi" ilk oyunda tam istədiyi kimi oynaya bilmədi. Bunun səbəbi nə idi?

- İstənilən oyunçunun gedişi komandaya təsir edir. Sabahkı oyuna qədər bəzi bəhanələr keçərlidir. Oyunun içində bəzi anlarda cinah müdafiəçilərimiz matçdan qopdular. Harramiz ilk dəfə o mövqedə oynayırdı. Düzdür, qələbə qazandıq, amma bu qələbənin ləzzətini ala bilmədik. Sabah oyunumuzu dəyişməliyik.

- Transferlərlə bağlı nə yeniliklər var?

- Transfer məsələsi çox çətin gedir. Nələr baş verir, nəsə deməyə çətinlik çəkirəm. Həddən artıq çox oyunçuya ehtiyacımız var. Xüsusən də, Çempionlar Liqası üçün çox mövqelər güclənməlidir. İndiki durum xoş hal deyil.

- Pul yoxdur, yoxsa futbolçular gəlmir?

- Pulun olub-olmadığı barədə cavab verə bilmərəm. Çünki pulu ayıran mən deyiləm. Amma bəzi oyunçularla danışıq aparmaq istəyəndə, səni "iqnor" edir, danışmaq istəmir. Transferlərlə bağlı bəzi düşüncələrim var. Çox əziyyət çəkirik. Oyunçu götürməkdə daha qətiyyətli olmalı, istədiyimiz futbolçuları almaq gücündə olmalıyıq. Onun yaxşı çıxıb-çıxmayacağını zamanın öhdəsinə buraxaq. Amma onları almaq gücündə olmalıyıq.

- "Qarabağ" son illər avrokuboklarda qrup mərhələsinə düşmək ənənəsini qoyub. Hazırkı "Neftçi" bu ənənəni davam etdirə bilərmi?

- Hazırkı "Neftçi" çox yaxşı vəziyyətdə deyil. Çempionlar Liqası bir röyadır. Ola da bilər. Amma olmamaq ehtimalı yüksəkdir. Avropa Liqası və ya Konfrans Liqası bu mərhələdə atdığımız addımdan asılı olacaq. Bütün bunlar transferlərdən asılıdır.

- Kaxaber Sxadadze iddialı açıqlama verdi, "Neftçi"ni keçmək gücündə olduqlarını söylədi. Bəs sizin həmkarınıza cavabınız nə olardı?

- Konkret deyirsən ki, dava edək (gülür). Cavabı sabah görərik.

- Deyirsiniz ki, gərginlik var. Bunun futbolçulara sirayət etdiyini düşünmürsüz?

- Dünənə qədər azarkeş yox idi, amma indi fərqlidir. "Forza"mız gələcək, futbolçuların dostları stadionda olacaq. Mən düşünürəm ki, bu gərginlik yaxşı haldır. Ən azı oyunçular məsuliyyət hiss edirlər.

- Müdafiə xəttində yerdəyişmə etmək fikriniz varmı?

- Müdafiənin mərkəzi təhlükəli mövqedir. Son Avropa çempionatında İtaliya yığmasını gördünüz. O cür təcrübəli oyunçular baş çıxarmaqda çətinlik çəkirlər. Biz əlimizdə olan bütün futbolçuları oynadırıq.

13-07-2021, 20:45
23148
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
13-07-2021, 19:40
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Artıq "Neftçi"nin zəif tərəflərini bilirik"
13-07-2021, 15:12
"Dinamo" (Tbilisi) klubu artıq Bakıda
8-07-2021, 08:20
Mahir Emreli: “ Varşavada daha yaxşı oyun göstərəcəyik“
Mahir Emreli: “ Varşavada daha yaxşı oyun göstərəcəyik“
7-07-2021, 22:45
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Onlar xəyanət etdilər"
7-07-2021, 22:20
Samir Abasov:
Samir Abasov: "Kişiliyimizi, xarakterimizi ortaya qoyduq"
6-07-2021, 18:02
Şota Arveladze:
Şota Arveladze: "Neftçi" "Dinamo"dan daha güclü görünür"
1-07-2021, 11:09
"Qarabağ"ın yeni transferi Malinovski : "Portuqaliyada bəzi tanışlardan soruşdum"
30-06-2021, 21:40
Ayxan Abbasov:
Ayxan Abbasov: "Onları riskə atmaq istəmirdik"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
30-06-2021, 14:00
“Spartak”ın futbolçusu:
“Spartak”ın futbolçusu: “Neftçi” daha hazırlıqlı idi”
26-06-2021, 21:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kiçik problemlərimiz var"
16-06-2021, 22:38
Şenol Günəş:
Şenol Günəş: "Vəziyyətmiz pisdir, çətin durumdayıq"
  Xəbər Lenti
"Sabah"ın ÇL oyunlarına 100 mindən çox bilet satılıb 24.09.2026, 20:33
Argentinalı qapıçı “Mançester Yunayted”, “Çelsi”, “İnter” və “Portu”nun siyahısında - Transfer xəbərləri 24.09.2026, 19:20
Mark-Andre Ter Ştegenin “Barselona”da qalacaq? - Xarici xəbərlər 24.09.2026, 18:08
Futbolçu Oskar Kordus avtomobil qəzasında həyatını itirdi - Xarici xəbərlər 24.09.2026, 17:05
U-15 milli komandamıza 2012-ci il təvəllüdlü futbolçular-ın seleksiyası davam edir 24.09.2026, 16:03
Azərbaycan millisinin heyəti açıqlandı 24.09.2026, 15:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama) 24.09.2026, 14:41
Millimizin üzvü Musa Qurbanlı: " Ümid edirəm ki, rəsmi matçlarda yaxşı nəticə göstərəcəyik” 24.09.2026, 14:00
Mahir Emreli: "Rəqib dişimizə görə idi" 24.09.2026, 13:26
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb