FutbolMedia.Az
  • 15:18 Bazar
    3 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Murad Musayev:

Murad Musayev: "Hamı bizdən xal qoparmağa çalışır"

"Oyunboyu üstünlük bizim tərəfimizdə oldu. Qol epizodları da yaratdıq. Lakin fürsətlərdən istifadə edə bilmədik. Belə komandalara qarşı oynamaq çox çətin olur. Çünki rəqib bağlanır, boşluq vermir, tələsmir. Azərbaycan çempionatında bu cür oyunlarla çox rastlaşacağıq. Ümidvaram ki, belə oyunlarda açarı tapacağıq".

Futbolmedia.az
xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 5-ci turunun "Səbail"lə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

- Qapıçınız Nicat Mehbalıyev haqda fikriniz necədir?

- Nicat da, Yusif də yaxşı qapıçılardır. Bu oyunlarda Yusifə üstünlük verdik. Ancaq Nicata da güvənirik və onun da özünü göstərməsi üçün zamanı olacaq. Nicat sizin qohumunuzdur? Neçə oyundur ki, qol buraxmırıq, siz niyə onu soruşursunuz? Bizim hələ üçüncü qapıçımız da var. O da yaxşı qapıçıdır.

- Nicatı itiririk, ona görə soruşuram..

- Harada itirmişik? O, hazırda paltardəyişmə otağındadır.

- Sanki bu gün komandada döyüşkənlik çatmadı. Düzdür, döyüşkən oyunçuları meydana sonradan daxil etdiniz. Ancaq sizcə, gec deyildi?

- İldar Alekperov və Tellur Mütəllimovun döyüşkən oyunçu yox, daha çox texnikalı futbolçu olduğunu deyərdim. Döyüşkən Elvin Camalovdur. Ola bilərdi ki, oyunun axarını dəyişərdik. Qol vursaydıq, indi başqa cür danışardıq.

- İlk turda komandanız haqda pozitiv danışmaq istəyəndə, dediniz ki, 5 turdan sonra danışarıq. İndi buna hazırsınız?

- Belə dediyimə inanmıram. Sual verin, cavab verim.

- Demişdiniz ki, ilk turdan sonra komanda haqda qiymət vermək tezdir..

- Azərbaycanda heç bir oyun asan olmayacaq. Hamı bizdən xal qoparmağa çalışır. Konsentrasiyanı itirməməliyik. Əvvəlki turlarda layiqli qələbələr qazandıq. Düşünürəm ki, bunu xarakterimiz sayəsində etdik. Amma yenə də çox işləməliyik. Sizin hansı sualları verməyi xoşladığınızı mən bilirəm (gülür). "Neftçi" ilə, "Qarabağ"la çempionluq mübarizəsi apara bilərsiniz?(gülür). Buna heç vaxt cavab verməyəcəm. Yalnız oyundan-oyuna irəliləmək lazımdır. Mənim üçün vacib oyun növbəti turdur.

- "Sabah" bu mövsüm çempionluğa iddia edə bilər?

- Məncə, 10 komandanın hamısı iddia edə bilər.

- Matçın son dəqiqələrində Mahmud Qurbanovla mübahisə yaşadınız. Ümumiyyətlə, hakimlik barədə fikriniz necədir?

- Bəli, bir az emosional davrandım. Bu, qalib gəlmək istəyinə görə idi. Oyundan sonra Mahmud Qurbanovla danışdıq, əl sıxışdıq və bir-birimizə uğurlar arzuladıq. Bu futboldur, olur. Hakimliyə gəldikdə, hər hansı narazılığım yoxdur. Sadəcə çox istəyərdim ki, hakimlər rəqibləri daha cəld, tez davranmalarını, topu oyuna dərhal daxil etmələri üçün tələsdirsin. Dayanmalar daha az olsa, yaxşıdır. Ancaq dediyim kimi, hakimlik haqda hər hansı narazılığım yoxdur.(

4-09-2022, 21:30
15778
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
4-09-2022, 20:52
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Meydana ən azından uduzmamaq üçün çıxmışdıq"
28-08-2022, 22:45
Murad Musayev:
Murad Musayev: "Biz heç kimi təxribata çəkmək fikrində deyilik"
12-08-2022, 22:00
Murad Musayev:
Murad Musayev: "Qarşıda çox iş var"
7-08-2022, 23:10
Murad Musayev:
Murad Musayev: "Avrokuboklara vəsiqə qazanmaq minimum tapşırıqdır"
3-05-2022, 21:36
Murad Musayev:
Murad Musayev: "Bu "Qarabağ"la mübarizə aparmaq çox çətindir"
9-04-2022, 19:47
Murad Musayev:
Murad Musayev: "Mayın 21-də xalları saymaq lazımdır"
13-03-2022, 21:00
Aleksey Baqa:
Aleksey Baqa: "Sizin də məni qələbə münasibətilə təbrik edəcəyiniz oyun olacaq"
6-03-2022, 19:31
Murad Musayev:
Murad Musayev: "Bizim üçün çox önəmli qələbə idi"
21-02-2022, 19:25
Murad Musayev:
Murad Musayev:
11-12-2021, 21:02
Murad Musayev:
Murad Musayev: "Komanda da bunu istəyir"
3-08-2021, 23:08
HİK-in baş məşqçisi:
HİK-in baş məşqçisi: "Neftçi"nin qolları çox gözəl idi"
28-07-2021, 13:10
"Çukariçki"nin futbolçusu: "Çox çətin bir matç gözləyirəm"
  Xəbər Lenti
“Real” argentinalı futbolçunu göndərmək qərarına gəlib - Transfer xəbərləri 3.05.2026, 13:34
"Osasuna" - "Barselona" 1:2 - VİDEO 3.05.2026, 12:12
"Şamaxı" "Sabah"a, "Zirə" "Qəbələ"yə qarşı - YENİLƏNİR 3.05.2026, 11:30
"Fənərbaxça" - "Başakşəhər" 3:1 - VİDEO 3.05.2026, 11:00
Dortmund “Borussiya”sının müdafiəçisi İngiltərə klubunun siyahısında - Transfer xəbərləri 3.05.2026, 10:14
"Barselona" və "Atletiko"dan qələbə - La Liqa 3.05.2026, 09:23
"Samsunspor" - "Qalatasaray" 4:1 - VİDEO 3.05.2026, 08:11
Jorj Kaşkilya: "1-ci liqadan gəlib belə çıxış etmək ciddi göstəricidir" 2.05.2026, 22:19
“Araz-Naxçıvan” - “İmişli” 0:1 - VİDEO 2.05.2026, 21:17
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
23-04-2026, 14:07
Canlı əfsanə Qullit:
Canlı əfsanə Qullit: “Futbol İngiltərəyə məxsus deyil”
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb