FutbolMedia.Az
  • 07:58 Bazar ertəsi
    27 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Millimizin üzvü:

Millimizin üzvü: "Vurduğum qollar məsələni yenidən aktuallaşdırdı"

Futzal millimizin hücumçusu Rafael Vilela karyerasını Rusiyanın “Tümen” klubunda davam etdirəcək. Buna qədər İspaniyanın “Palma Futsal” klubunda çıxış edən Vilela artıq yeni komandası ilə müqavilə imzalayın və o, debüt matçına çıxıb. Həm transferi, həm də yeni klubu ilə bağlı forvard Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib.

- Transferinlə bağlı hansı məqamları qeyd etmək istərdin?

- Əlbəttə, keçidimdən məmnunam. Rusiya çempionunun təklifi təkcə maddi şərtlərə görə cəlbedici olmadı. Peşəkar və iddialı bir klubla anlaşdım. Bu komanda da hər mövsüm çempion olmaq uğrunda mübarizə aparır, mütəmadi olaraq UEFA Çempionlar Liqasında iştirak edir. Bu məqamlar da təklifi müsbət dəyərləndirməyimdə həlledici oldu.

- “Tümen”dən nə vaxt təklif almışdın?

- Danışıqlar Avropa çempionatının final mərhələsindən əvvəl başlamışdı. Ancaq müqavilədəki müvafiq bəndə uyğun olaraq, vaxtından əvvəl klubdan gedəcəyim təqdirdə kompensasiya ödəməli idim. Buna görə danışıqlar bir müddət donduruldu. Ancaq Niderlandda təşkil olunan Avropa çempionatının final mərhələsindəki uğurlu çıxışım, vurduğum qollar məsələni yenidən aktuallaşdırdı. Yekun isə ortadadır. Lazım olan məbləğ ödənildi və “Tümen”ə keçdim.

- İspaniya və Rusiya çempionatlarında tələblər fərqlidir. Tələblərə cavab vermək, uyğunlaşmaq baxımından hansısa çətinliklə qarşılaşa bilərsənmi?

- Bir müddətdir komandanın düşərgəsindəyəm. Gördüklərimə əsasən deyə bilərəm ki, adaptasiya uzun çəkməyəcək. Çempionatlara gəldikdə, bəli, fərq, tələblər çoxdur. İspaniyada əsasən taktiki və texniki məqamlar ön planda dayanır. Fərdi qabiliyyət çox vacibdir. Amma Rusiyada mübarizəyə diqqət yetirirlər. Eyni zamanda fiziki hazırlığın da yüksək səviyyədə olmalıdır. Oyunların müddətində də fərq var. İspaniyada bir hissə 20, Rusiyada isə 25 dəqiqə davam edir.

- “Tümen” həm də apreldə UEFA Çempionlar Liqasının “Dördlər final”ında iştirak edəcək. Səhv etmirəmsə, ilk dəfə bu mərhələdə iştirak etmək şansın yaranıb.

- Buna görə şadam. İstənilən futzalçı belə bir yarışın iştirakçısı olmaq istəyir. Əlbəttə, ilk işim komandama kömək etmək olacaq. Arzulayıram ki, debüt ilimi Çempionlar Liqasının qalibi kimi başa vurum.

- Bunun üçün “Tümen”in şansı realdırmı?

- Bu mərhələdə iştirak ediriksə, deməli, komandam güclüdür. Şans iştirakçıların hər biri üçün var, qalır hazırlaşmaq. Hər bir oyunun öz təyinatı, tarixçəsi var. Komandam güclüdür və zamanı çatanda bu oyunlara da lazımi qədər hazırlaşacaq.

22-02-2022, 17:03
17412
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-02-2022, 13:00
Ukrayna - Rusiya matçı ilə bağlı intizam işi
Ukrayna - Rusiya matçı ilə bağlı intizam işi
16-02-2022, 08:28
Mahir Emreli  Zaqreb “Dinamo”sun heyətində debüt edə bilər -
Mahir Emreli Zaqreb “Dinamo”sun heyətində debüt edə bilər - Avropa Liqası
3-02-2022, 18:11
Millimizin hücumçusu Mahir Emreli Avroliqada mübarizə aparacaq
Millimizin hücumçusu Mahir Emreli Avroliqada mübarizə aparacaq
23-01-2022, 11:03
Millimizin üzvü:
Millimizin üzvü: "Müharibə davam edir"
20-01-2022, 08:05
Tural Axundov:
Tural Axundov: "Oyunlar başlayana qədər yaxşı formada olacam"
20-01-2022, 14:36
Futzal millimizin futbolçusu:
Futzal millimizin futbolçusu: "Avropa çempionatında zəif komanda olmur"
8-01-2022, 14:12
Millimizin üzvü:
Millimizin üzvü: “Canımızı meydanda qoysaq, nəticə də yaxşı olacaq”
2-01-2022, 16:11
Millimizin oyunları azarkeşsiz keçirilə bilər
Millimizin oyunları azarkeşsiz keçirilə bilər
8-12-2021, 14:34
Futzal üzrə Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda
Futzal üzrə Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda
7-12-2021, 16:00
Futzal millimizin heyəti açıqlandı
Futzal millimizin heyəti açıqlandı
20-10-2021, 12:20
Futzal üzrə millimizin kapitanı püşkdən danışdı
Futzal üzrə millimizin kapitanı püşkdən danışdı
18-06-2021, 11:05
Mahir Emreli:
Mahir Emreli: " Məşqçimiz mənə necə davranmalı olduğumu izah edir"
  Xəbər Lenti
Endrik İtaliya klubuna icarəyə verilə bilər - Xarici xəbərlər 26.07.2026, 14:06
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri 26.07.2026, 13:15
“Mançester Yunayted”də Reşford qalacaqmı? Xarici xəbərlər 26.07.2026, 12:22
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 26.07.2026, 12:00
"Yuventus" PSJ-nin qolkiperini transfer etmək istəyir - Transfer xəbərləri 26.07.2026, 11:07
Kaxaber Sxadadze: "Bəzi yeni oyunçuların yolunu gözləyirik" 26.07.2026, 10:11
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu 26.07.2026, 09:17
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri 26.07.2026, 08:04
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər 25.07.2026, 18:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
24-07-2026, 13:22
“Mançester Yunayted” “Tottenhem”in və İngiltərə millisinin müdafiəçisi -
“Mançester Yunayted” “Tottenhem”in və İngiltərə millisinin müdafiəçisi - Transfer xəbərləri
24-07-2026, 13:33
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
24-07-2026, 16:08
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi - Transfer xəbərləri
24-07-2026, 12:10
Millimizin sabiq üzvü Vüsal İsgəndərli oynadı,komandası Konfrans Liqasında qalib gəldi
Millimizin sabiq üzvü Vüsal İsgəndərli oynadı,komandası Konfrans Liqasında qalib gəldi
24-07-2026, 11:37
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
25-07-2026, 08:04
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
24-07-2026, 11:06
“Liverpul”da yeni müqavilə -
“Liverpul”da yeni müqavilə - Transfer xəbərləri
25-07-2026, 09:06
İtaliya millisi Pirloya tapşırıldı -
İtaliya millisi Pirloya tapşırıldı - Xarici xəbərlər
24-07-2026, 15:30
Zubir:
Zubir: "Hər iki komanda güclüdür, səfərdə daha yaxşı oynamalıyıq"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb