FutbolMedia.Az
  • 15:19 Cümə axşamı
    15 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: "Rəqibdən də çox şey asılıdır"

"Bugünkü oyundakı kimi motivasiya ilə cavab görüşünə çıxacağıq. Azarkeşlərə müraciət edirəm: Sizin dəstəyinizə ehtiyacımız var. Bu rəqibi keçmək ümidi ilə cavab görüşünü gözləyirəm. Bu matçadək inam necə idisə, indi daha da artdı. Bir oyun yetərli deyil, cavab görüşünü də gözləyək".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzduqları ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis futbolçulara təşəkkürünü bildirib: "Onlar həddindən artıq gərgin oyunun altından çıxdı. Sevindirici haldır ki, meydanda münaqişə baş vermədi".

Abasov meydanda baş verənlərin gərginlik yox, emosiya olduğunu bildirib. O, 43-cü dəqiqədə Namiq Ələskərovun zədəsinin ciddi olduğunu bildirib: "Hamı gördü ki, bu, Samirdir. Azarkeşlərlə də insident oldu. Namiqin burun, almacıq və kəllə-beyin nahiyəsindən sınıqları var. Çox üzücü xəbərdir. Bu cür oyunçunun zədə alması bizə, futbolçularımıza pis təsir etdi. Cavab görüşünü onun üçün oynayacağıq. Meydanda baş verənlər emosionallıqdan irəli gəlirdi. Rəqib futbolçular vaxtı öldürürdülər".

Baş məşqçi oyunda qırılma nöqtəsi kimi 63-cü dəqiqədə Mert Çelikin qırmızı vərəqə almasını göstərib. Onun fikrincə, rəqib 43-cü dəqiqədə azlıqda qaldıqdan sonra futbolçularında inam başlayıb. Lakin Çelikin meydandan qovulması meydanda balans yaradıb və "Olimpiakos"a hücumlara açılmaq imkanı verib: "Eybi yox, Mert cavandır. İstəmədən etdi. Bəlkə də elə etməsəydi, rəqib qol vuracaqdı".

Abasov mərhələ adlamaq üçün əllərindəki materialın önəmli olmadığını, onların özlərini necə göstərmələrini vacib sayıb: "Bu gün rəqibin necə oynaması və sənin necə qarşılıq verməyin daha vacibdir. Bu gün biz psixoloji maneəni aşdıq, Motivasiya və xarakter hesabına nə isə edə bilərik. Rəqibdən də çox şey asılıdır. Əsas odur ki, onlara uşaqlar necə cavab verəcəklər".

Yay təlim-məşq toplanışını yaxşı keçmələrinə kənar amillərin təsir göstərdiyini söyləyən baş məşqçi bəzi futbolçuların istənilən səviyyədə hazırlıq prosesi görmədiklərini vurğulayıb: "Emin Mahmudov həqiqətən də yorulmuşdu, Sabir Buqrinin əvəzlənməsi isə bununla bağlı deyildi. Biz də on oyunçu ilə qaldıqdan sonra bir qədər yorulduq. Amma Bakıda son 15 dəqiqəlik bölümdəki yorğunluq olmayacaq".

Abasov bildirib ki, cavab görüşündə yaratdıqları imkanlardan yararlanmaq mümkün olacaq: "Bu oyunda 7 zərbəmizdən 4-ü qapı çərçivəsinə getdi. Ümid edirəm ki, cavab görüşündə zərbələrimiz dəqiq olacaq və mərhələni keçən biz olacağıq".

22-07-2021, 08:02
27926
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
18-07-2021, 14:30
Yunanıstan mətbuatı
Yunanıstan mətbuatı "Bakcell Arena"nın bərbad durumda olduğunu yazdı
15-07-2021, 10:30
"Olimpiakos"un baş məşqçisi: "Neftçi"ni yaxşı tanıyırıq"
15-07-2021, 10:11
Emin Mahmudov:
Emin Mahmudov: "Qorxmaq lazım deyil"
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
14-07-2021, 23:20
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Futbol komanda oyunudur, boks deyil"
13-07-2021, 20:45
Samir Abasov:
Samir Abasov: “Bunu Gürcüstandakı matçda hiss etdik“
13-07-2021, 19:40
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Artıq "Neftçi"nin zəif tərəflərini bilirik"
13-07-2021, 17:02
Mahir Emreli:
Mahir Emreli: "Hamı bu anı səbirsizliklə gözləyir"
8-07-2021, 08:20
Mahir Emreli: “ Varşavada daha yaxşı oyun göstərəcəyik“
Mahir Emreli: “ Varşavada daha yaxşı oyun göstərəcəyik“
7-07-2021, 22:45
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Onlar xəyanət etdilər"
7-07-2021, 22:20
Samir Abasov:
Samir Abasov: "Kişiliyimizi, xarakterimizi ortaya qoyduq"
6-07-2021, 20:33
Samir Abasov:
Samir Abasov: "Kaxaberin futbolçusu olmuşam, nəyə qadir olduğunu bilirəm"
  Xəbər Lenti
Azərbaycan güləşçisi dünya çempionatının finalında - 15.10.2026, 14:00
Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu - Çempionlar Liqası 15.10.2026, 13:17
"Aston Villa" - "Fənərbaxça" 6:0 - VİDEO 15.10.2026, 12:16
Ceydon Sanço İspaniya klubuna keçə bilər - Transfer xəbərləri 15.10.2026, 11:33
"Vikinq"in kapitanı: "Oliseni qıcıqlandırmağı bacardıq" 15.10.2026, 11:01
Mbappe Messini geridə qoydu - Xarici xəbərlər 15.10.2026, 10:10
Vinisius “Barselona” ilə oyunu buraxacaq - Xarici xəbərlər 15.10.2026, 09:17
AFFA 190 min manat borcu olan bu kluba STOP QOYDU 15.10.2026, 08:08
Fikayo Tomorin "Milan"a rədd cavabı verdi - Xarici xəbərlər 14.10.2026, 18:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb