FutbolMedia.Az
  • 07:23 Çərşənbə axşamı
    1 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Hakim öz qərarına gülünc izahat verib"

"Həm yaxşıyıq, həm də tam yaxşı vəziyyətdə deyilik. Amma əlbəttə, göstərdiyimiz nəticədən razıyıq. Bu gün qarşımızda duran minimum vəzifə yerinə yetirildi".

Bunu İsveçrə "Bazel"i ilə UEFA Konfrans Liqasının VI tur oyunundan qayıdan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

49 yaşlı mütəxəssis səfər matçında mövqe səhvlərindən qollar buraxdıqlarını bildirib: "İsveçrəyə həqiqətən də istəkli getmişdik. Qalib gəlmək niyyətində idik. Futbolçularımda bu istəyi ilk dəqiqələrdən gördüm. Oyuna çox yaxşı başlamışdıq. İki yolumuz var idi: Ya qalib gəlməli idik, ya da bundan da böyük hesab gözləyirdik. Ona görə də geri çəkilmədən yalnız irəli getməyi qarşımıza məqsəd qoymuşduq. Qol epizodları yaratdıqca futbolçularımız daha da həvəsə gəlirdi. Bu zaman bəzi texniki mövqe səhvlərimiz oldu və bundan da rəqib lazımınca yararlandı. Çünki onlar bunu çox yaxşı bacarırlar".

Qurbanov 2-ci dəqiqədə komandasının vurduğu təmiz qolu xorvatiyalı referi Fran Yoviçin hesaba almamasına belə reaksiya verib: "İnanın ki, insan belə xoş olmayan, çirkin halları çox da analiz etmək, bu barədə danışmaq istəmir. İki eyni səviyyəli və ya səndən bir baş üstün komanda oynayırsa, hakimin doğru olmayan kiçik qərarı nəticəyə çox böyük təsir edir. Qolumuz sayılsaydı, mənzərə tam əksinə ola bilərdi. Çünki rəqib də mütləq qol vurmalı idik. Nəticədə meydanda fərqli futbol oynanılacaqdı. Bizim oyunda hətta rəqibə qarşı belə hallara yol verilməsini istəmərəm. Dəfələrlə bildirmişəm ki, hakimlik ən çətin peşələrdən biridir, ən böyük ədalət elə orada gözlənilməlidir. İnanıram ki, öz hakimlərimiz Avropada oyunlar idarə etdikdə belə hallardan uzaq olacaqlar. Lakin istənilən halda çox böyük səhv idi".

Təcrübəli mütəxəssisin sözlərinə görə, "Qarabağ"ın əslən xorvatiyalı olan futbolçusu Filip Ozobiçin görüşdən sonra hakim həmyerliləri ilə dialoqu olub: "Yəqin ki, Filip özü daha geniş açıqlama verəcək. Həmin an hakimlərin boynuna heç nə qoymaq olmur. O vəziyyətdən də özlərini haqlı çıxarmaq istəyirlər. Qəribə və gülünc söz işlədiblər: "Bəlkə oyunçunun bədəni içəridə, ayağı xətdən çöldə idi"? Ozobiçin özü də pis olmuşdu. Mənim xorvat dostum, ətrafım yoxdur, sadəcə, futbolçum var. Onun bacarığından, dürüstlüyündən razıyam. Bir də Robert Prosineçki var, onunla da münasibətlərimiz çox yaxşıdır. O da ədaləti xoşlayan insandır. Mənə elə gəlir ki, bəlkə də bizdən çox onlar pis olublar".

Baş məşqçinin fikrincə, istənilən halda ildən-ilə daha da böyümək, futbolun dadını daha çox hiss etmək lazımdır: "Bundan ötrü nəticələr çox vacibdir. Bu günədək qrupda oynayır, ağır matçlar keçirirdik. Lakin cari mövsümdə futbolçularımız qrupdan çıxmağı bacardılar. Hər bir halda nəticəmizdən, taleyimizdən razıyıq".

O, pley-off üçün potensial rəqiblərin siyahısına baxdığını, lakin konkret hansı rəqibin düşməsinə dair fikrinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, rəqibdən asılı olmayaraq, hər iki komanda üçün çox vacib oyunlar olacaq: "İndidən nə isə deməyimiz düzgün çıxmaz. Xeyirlisi nədirsə, o da olacaq. İstənilən halda, pley-off mərhələsinə daha yaxşı hazırlaşmalıyıq".

Qeyd edək ki, "Qarabağ"ın növbəti rəqibi dekabrın 13-də müəyyənləşəcək

10-12-2021, 22:01
17528
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
10-12-2021, 08:43
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstərdim ki, heç bir komandanın haqqına girməsinlər"
7-12-2021, 18:37
Qurban Qurbanov:
Qurban Qurbanov: “Hakim nəsə etmək istəsə, edəcək”
4-11-2021, 22:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım böyük zəfər qazandı"
3-11-2021, 17:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu seriyamız bir tərəfdən narahatlıq yaradır"
25-10-2021, 21:33
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"
21-10-2021, 23:35
Qurban Qurbanov:
Qurban Qurbanov: “Oyunçulara deyirdim ki...”
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
17-10-2021, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov:
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
6-08-2021, 00:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç kimdən qorxmuruq, çəkinmirik"
  Xəbər Lenti
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər 31.08.2026, 17:33
“Yuventus”un hücumçusu Conatan Devid “Atletiko”ya keçir - Transfer xəbərləri 31.08.2026, 17:09
“Çelsi” müdafiəçisi ilə vidalaşmağa hazırdır - Transfer xəbərləri 31.08.2026, 15:47
Rəşad Sadıqov "Zirə"də 200-ə çatdı 31.08.2026, 14:25
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi 31.08.2026, 14:02
“Tottenhem” bu futbolçularla yollarını ayırır - Transfer xəbərləri 31.08.2026, 13:20
“Tottenhem” ukraynalı futbolçu ilə maraqlanır - Transfer xəbərləri 31.08.2026, 12:14
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı 31.08.2026, 12:14
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 31.08.2026, 11:32
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
20-08-2026, 15:29
La Liqada 400-cü oyun -
La Liqada 400-cü oyun - Xarici xəbərlər
20-08-2026, 14:02
Puyol:
Puyol: “Yamala başa salmalıyıq ki…”
20-08-2026, 11:37
Joze Mourinyo:
Joze Mourinyo: "Mbappe məni güldürür"
20-08-2026, 16:11
"Qalatasaray" rus futbolçunun transferini açıqladı - Transfer xəbərləri
20-08-2026, 12:09
"Qarabağ" "Tvente"yə qarşı - YENİLƏNİR
20-08-2026, 14:28
"Araz-Naxçıvan"dan ayrılan qapıçı bu klubla anlaşdı
20-08-2026, 13:20
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
5-08-2026, 11:07
"Sabah" "Orhus"a qarşı - YENİLƏNİR
5-08-2026, 12:06
Kabo Verde millisinin baş məşqçisi qovuldu -
Kabo Verde millisinin baş məşqçisi qovuldu - Xarici xəbərlər
20-08-2026, 17:02
"Barselona" "Çelsi"dən 80 milyon avro tələb edir Xarici xəbərlər
5-08-2026, 16:11
"Qarabağ"la oyundan əvvəl "Dinamo" bu addımı atdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb