



Qurban Qurbanov: “Xallar itiririk, bununla razılaşmamaq mümkün deyil”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə heç-heçə etdikləri matçdan (0:0) danışıb.
Futbolmedia.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını belə dəyərləndirib:
"Buradakı atmosferə, nümayiş etdirdikləri futbola görə “Kəpəz”in rəhbərliyinə və azarkeşlərinə təşəkkür edirəm. Həqiqətən, sanki Avropada, avrokubok matçında idik. Oyundan bir saat əvvəl meydançaya çıxmışdıq və həmin atmosferi hiss edirdik. Əsl futbol üçün hər cür şərait var idi.
Futbolçularıma da təşəkkür edirəm. Qələbə qazanmaq üçün sona qədər mübarizə apardılar. Azarkeşlərimiz də burada idi və sonadək komandaya dəstək oldular. Heç kim uduzmaq istəmirdi. Göstərdikləri mübarizəyə görə ən azı məğlub olmamağa layiq idilər.
Bizə gəlincə, geriyə addım yoxdur, yalnız irəliyə baxacağıq. Qarşıdakı oyunlara daha pozitiv hazırlaşmalı, rəqiblərimizin üzərinə getməliyik. Bizə qarşı həmişə hansısa sistem dəyişikliyi edilir, rəqiblərin istəyi böyük olur. Azarkeş marağı da yüksəkdir. Bu, “Qarabağ”a verilən dəyəri göstərir.
Əvvəlki oyunlarda da çempionatın gücünü hiss etmişdik. İndi bunu daha yaxşı anlayırıq. Yeni gələn futbolçular da getdikcə çempionatın səviyyəsinə uyğunlaşırlar. Bu oyun bir daha göstərdi ki, daha yaxşı və məsuliyyətli olmalıyıq. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı kollektiv və nəticələr görəcəksiniz”.
- Stadiondakı atmosferdən danışdınız. Bu ab-hava sizi hansı illərə qaytardı?
- Təbii ki, əvvəlki illəri xatırlatdı (gülür). Bu stadionun əvvəlki vaxtlarında da oyunumuza 25 minə yaxın azarkeş gəlmişdi. Hətta bu, re
Azərbaycan Premyer Liqası























