



Yankauskas: “Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi”
Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyundan (1:0) sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolmedia.az xəbər verir ki, baş məşqçi qarşılaşmanı iki bərabər səviyyəli komandanın mübarizəsi kimi dəyərləndirib:
“Əsl mübarizə idi. İki eyni səviyyəli komandanın qarşılaşması oldu. Çox təəssüf ki, qol vura bilmədik. Azərbaycan bir fürsətdən istifadə etdi. Bəzi detallar var ki, onlar haqda danışmaq istəmirəm. Artıq oyun başa çatıb. Azərbaycanı qələbə münasibətilə təbrik edirəm”.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycanın Lixtenşteyni məğlub edə bilməməsi sizə motivasiya vermişdi?
- Əvvəlki matç tamamilə fərqli idi. Bizim üçün onun nəticəsi əhəmiyyət kəsb etmirdi. Biz bu oyuna köklənmişdik. Buradakı ssenari isə tamam başqa idi. Cərimə meydançasına çoxlu hücumlar etdik. Əsl mübarizə getdi. Hər iki komanda maksimum performansını ortaya qoydu. Təəssüf ki, oyun bizim üçün məyusedici nəticə ilə başa çatdı. Azərbaycan bir qolla qələbə qazandı.
- Bu məğlubiyyətdən sonra qrup birinciliyi uğrunda mübarizədə geriyə düşdünüz?
- Riyazi olaraq qrup birincisi olmaq şansımız qalır. Amma bundan sonra hər şey yalnız bizdən asılı deyil.
- Abdulla Xaybullayevə qırmızı vərəqə verilsə də, baş hakim VAR-a baxdıqdan sonra qərarını dəyişdi. VAR-la bağlı fikirləriniz necədir?
- Çox təəssüf ki, bu gün bütün qərarlar bizim əleyhimizə oldu. VAR bizə simpatiya göstərmədi. Bütün mübahisəli məqamlarda qərarlar Azərbaycanın xeyrinə verildi. Vurulan qolda bizim futbolçumuza qarşı kobudluq var idi. Amma nə hakim bunu yoxladı, nə də VAR qərarın dəyişdirilməsinə səbəb oldu. Qırmızı vərə
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























