



Tacikistan millisinin baş məşqçisi: "Azərbaycan millisində keyfiyyətli futbolçular çoxdur"
Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycanla keçirilən yoldaşlıq oyunundan (1:0) sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolmedia.az xəbər verir ki, mütəxəssis Azərbaycan millisinin qələbəyə layiq olduğunu bildirib və komandaların hər ikisinin qol imkanları qazandığını qeyd edib:
"İlk olaraq Azərbaycan millisinin qələbəsi münasibətilə təbrik edirəm. Həqiqətən, çox çətin oyun oldu. Azərbaycan millisində keyfiyyətli futbolçular çoxdur və onlar bundan çox yaxşı istifadə etdilər. Toral Bayramov kimi standart vəziyyətləri yaxşı yerinə yetirən futbolçunuz var. Bizim də qol imkanlarımız oldu. Hər iki komandanın fərqlənmək üçün şansları var idi. Sonda bizim də imkanımız oldu, amma təəssüf ki, istifadə edə bilmədik. Azərbaycanı təbrik edirəm.
- Məğlubiyyətinizə əsas səbəb nə oldu?
- Komandam bu gün yaxşı oynadı. Sadəcə, qol vura bilmədik. Bizim də keyfiyyətli futbolçularımız var. Hər şeyi analiz edəcəyik.
- Şimali Makedoniya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı komandanı meydana çıxarmışdınız. Bu gün isə Tacikistan millisinin baş məşqçisi kimi bunu etdiniz. Azərbaycan millisini necə müqayisə edərdiniz?
- Müqayisə aparmaq çox çətindir. Çünki o vaxtdan 5-6 il keçib. İndiki futbolçular fərqlidir. Səhv etmirəmsə, o vaxtdan Emin Mahmudov və Mahir Emreli millidə qalıb. Yeni oyunçular var. Ona görə müqayisə apara bilmirik. Azərbaycan D divizionunda olmağa layiq deyil. Ümidvaram ki, xallar qazanaraq daha yaxşı yerlərə çıxacaq.
- Azərbaycan millisində sizi təəccübləndirən sonra kim oldu?
- Gözləyirdim ki, oyunçularınız yaxşı oynayacaqlar. Ümid edirəm ki, futbolçularınız fərdi səviyyədə özlərini inkişaf etdirərlər və klubların qazandığı nailiyyətləri milli komanda da göstərə bilər. Futbolçulara və ölkəyə gözəl nailiyyətlər arzulayıram.
- Oleq Baklovu start heyətində meydana buraxmağınızın səbəbi azərbaycanlı futbolçuları yaxşı tanımasından irəli gəlirdi?
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























