FutbolMedia.Az
  • 13:47 Şənbə
    10 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Belarusun U-21 millisinin baş məşqçisi:

Belarusun U-21 millisinin baş məşqçisi: "Azərbaycanda futbol var"

"Şadıq ki, qələbə qazandıq. Hazırlıq üçün vaxtımız az idi. Cəmi 2 günümüz oldu. Bəzi oyunçular klublardan gec gəldilər".

Bu sözləri Belarusun U-21 millisinin baş məşqçisi Vitali Pavlov Azərbaycana 3:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşündən sonra Futbolmedia.az-ın Belarusa ezam olunmuş müxbirinin də iştirak etdiyi mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan U-21 millisində yüksək səviyyəli futbolçuların olduğunu bildirib: "Oyun yaxşı keçdi. Rəqib çox keyfiyyətli idi. Oyunçuları xoşuma gəldi. Azərbaycan millisində sürətli, texnikalı və partlayıcı gücə malik oyunçular var. Bu cür futbolçuları sevirəm. Oyuna görə minnətdaram. Meydana öyrəşənə qədər oyunçular ötürmələrin sonluqlarını qoya bilmirdilər. Lakin 30-cu dəqiqədən sonra hər şey istədiyimiz kimi keçdi. İkinci hissədə bəzi tapşırıqlar verdim. Müdafiədən çıxışlarımız birinci hissədə pis idi. Ötürmələrdə səhvlər edirdik. Meydana yeni daxil olanların hesabına oyunu dəyişdik. Amma dediyim kimi, komandaya gec qoşulanlar var idi. Bəziləri istədiklərimi tam bilmirlər. Bəlkə də, azərbaycanlı oyunçular yorğun idi, bəlkə də, bizim oyunçular daha təcrübəli idilər. Yoxlama oyunu da bunun üçündür ki, zəif nöqtələrimizi bilək".

V.Pavlov Azərbaycan millisinin üzvü Raul Məmmədovun vurduğu qola da münasibət bildirib: "Künc zərbəsindən qol buraxmağımızı gözləmirdim. Oyunçularımız hündürdür. Standartlara da yaxşı hazırlaşmışdıq. Təkrara baxmaq lazımdır ki, kimin səhvi olduğunu müəyyən edək".

Baş məşqçi sonda Azərbaycan futbolunun səviyyəsindən söz açıb: "Azərbaycanda futbol oynamağı bilirlər. Qabağımızda yaxşı komanda var idi. Ayxan Abbasovla bir yerdə oxumuşam. Həmçinin "Qarabağ"ın hazırkı akademiya koordinatoru Aftandil Hacıyevlə də. Orada futbol var. Ona görə də deyə bilmərik ki, rəqibimiz zəif idi və ya Azərbaycandan bir neçə dəfə üstünük".

5-06-2025, 08:21
11181
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
2-06-2025, 14:28
Ayxan Abbasov:
Ayxan Abbasov: "Belə komandalarla qarşılaşmaq bizə kömək edəcək"
26-03-2025, 08:20
Fernandu Santuş:
Fernandu Santuş: "Karyeram boyu bu qədər uduzmamışdım"
20-10-2024, 19:55
Rəşad Sadıqov:
Rəşad Sadıqov: “Qurban Qurbanova o sualın ünvanlanması mənə qəribə gəldi”
21-09-2024, 09:22
Vitali Borisov:
Vitali Borisov: "Hesabın oyuna görə olduğunu deməzdim”
24-12-2022, 18:29
Ayxan Abbasov:
Ayxan Abbasov: "Üç transfer edə bilsək, mübarizə aparmaq olar"
28-11-2022, 11:14
Mərakeş millisinin baş məşqçisi:
Mərakeş millisinin baş məşqçisi: "İlk qolumuz ləğv ediləndə sevindim"
23-09-2022, 10:19
Slovakiya millisinin baş məşqçisi:
Slovakiya millisinin baş məşqçisi: “Böyük biabırçılıqdır"
12-02-2022, 18:37
Samir Abasov:
Samir Abasov: "Bu gün elə bil bir az yatmışdıq"
14-11-2021, 23:53
Qətər millisinin baş məşqçisi:
Qətər millisinin baş məşqçisi: "Yaxşı nəticə qazandıq"
13-11-2021, 09:19
Avstriya millisinin baş məşqçisi:
Avstriya millisinin baş məşqçisi: "Azərbaycan millisi çox yaxşı müdafiə olunurdu"
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
7-07-2021, 22:45
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Onlar xəyanət etdilər"
  Xəbər Lenti
“Yuventus” hücumuçsu Nik Voltemadeni transerindən peşimandı - Xarici xəbərlər 10.10.2026, 13:25
Ronaldodan 980-cı qol - Xarici xəbərlər 10.10.2026, 12:29
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı - YENİLƏNİR 10.10.2026, 12:00
Mikels: “Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” 10.10.2026, 11:06
"Qalatasaray" - "Kasımpaşa" 3:1 - VİDEO 10.10.2026, 10:15
Millimizin üzvü Mahirin komandası yenə uduzdu 10.10.2026, 09:14
“Neftçi” - “Sabah” 0^0 - VİDEO 10.10.2026, 08:12
Yuri Vernidub: “1 xal da bizi qane edir” 9.10.2026, 22:50
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik” 9.10.2026, 22:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb