



Dambrauskas: "Mançester Yunayted”ə qarşı fərqli planımız olacaq"
Misli Premyer Liqasının 4-cü turu çərçivəsində "Sabah" "Zirə"yə 5:0 hesabı ilə qalib gəlib.
Futbolmedia.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:
"Oyunçularımı təbrik edirəm. Onlar bu gün oyun planımızı möhtəşəm şəkildə meydanda icra etdilər. Oyuna çox yaxşı başladıq, 10 dəqiqə ərzində 2 qol vurduq. Hücum və pressinq zamanı çox aqressiv idik. İstədiyimizi meydanda edə bilirdik.
3:0-dan sonra futbolçularımdan bir az narazı qaldım. Çünki oyunçularımda tələskənlik görürdüm. Onlar hər hücumu bitirməyə çalışırdılar, amma mən istəyirdim ki, daha çox oyunumuzu rəqibə qəbul etdirsinlər. Bəzən iki yarımmüdafiəçimiz ara ötürmələrini bağlaya bilmirdi. Bu hallardan o qədər də məmnun qalmadım.
Komanda 5:0 qalib gəlirsə və qol buraxmırsa, ümumən razı qalmamaq düzgün deyil. Komandamın bugünkü oyunundan çox məmnunam. Bu nəticəni unuduruq, qarşıdakı matça köklənirik".
- Umarali Raxmonaliyev və Stiv Solvetin vəziyyəti nə yerdədir?
- Onların vəziyyətinin necə olduğunu hələ bilmirik. Solvet MRT müayinəsi üçün xəstəxanaya yollandı. Bir az ciddi zədəyə oxşayır.
- Bu gün oyun planı sırf “Zirə”yə qarşı nəzərdə tutulmuşdu, yoxsa planın içərisində “Mançester Yunayted”lə görüş üçün də B planı var idi?
- Əlbəttə ki, eyni oyun planı ilə İngiltərəyə gedib “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oynamaq olmaz. Düzdür, bizim kimliyimiz var. Bu da ondan ibarətdir ki, çalışdıqca hücumda daha fəal olmaq və daha çox qol vurmaq istəyirik. İndi kimə qarşı oynayacağımızı bilirik. Təbii ki, “Mançester Yunayted”ə qarşı fərqli planımız və fərqli hazırlığımız olacaq.
- “Sabah” uşaq futboluna və akademiyanın inkişafına önəm verir. Baş məşqçi kimi sizin buna münasibətiniz necədir?
- Klubumun belə işlər görməsindən fəxr edirəm. Avropada elə klublarda çalışmışam ki, həmin klublar bir il avrokuboklarda iştirak ediblər, bir ildən sonra isə iflas olublar. Mənim klubum uşaq futboluna, akademiyalara yatırım edir, struktur qurursa, bu, inanılmaz duyğudur, möhtəşəm işdir. Bu, təkcə “Sabah” üçün deyil, Azərbaycan futbolu üçün edilən investisiyadır. O uşaqlar tək “Sabah” yox, Azərbaycan millisi üçün də oynaya bilərlər.
- Bəzən baş məşqçilər vacib oyun ərəfəsində bəzi əsas oyunçularını qoruyur. Bu gün Umarali Raxmonaliyev və Stiv Solvet zədələndi. “Zirə” ilə matç sizin üçün vacib idi, yoxsa futbolçuları oyun tempində saxlamaq ön
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























