FutbolMedia.Az
  • 08:37 Çərşənbə axşamı
    18 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”

"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçını keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv SSKA (Bolqarıstan) ilə üz-üzə gəlib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Futbolmedia.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- İlk dəqiqələrdən gərgin oyun idi. Çox yaxşı komandaya qarşı oynayırdıq. Qarşımızda təkbətək mübarizələri yaxşı yerinə yetirən rəqib var idi. Baxımlı oyun alınmadı. Amma ümumən oyun hər iki komanda üçün tanışlıq oyunu idi. SSKA bizi bir az çətinliyə saldı. Fərqli sistemlərdə oynaya bilən komandadır. Səhvlərimiz oldu. Futbolçular ümumi oyun ritmindən çıxmadılar. Cavab matçı maraqlı olacaq. Daha da çox düşünmək lazım gələn oyun olacaq.

- Elvin Cəfərquliyev bu gün çox istəkli idi. Start heyətə qayıtmaqla mesajını verir? Bruno Lanqanın zədəsi ciddidir?

- Mənim özüm hələ əsas heyəti tam formalaşdırmamışam. Qarşıdakı günlərdə bilinəcək. Elvin bu cür davam etsə, bəli...Yaxşı olacaqsa, niyə də start heyətində oynatmayım? İstər Elvin, istərsə də başqası. Dəyişikliklər getdikcə daha çox olacaq.

- Vaxtı ilə "Ludoqorets"ə evdə uduzsanız da, səfərdə onları 7:2 hesablı qələbə qazanmışdınız. Bu, həminki "Qarabağ"dır?

- Rəqiblər həmişə fərqli olur, bizim də dəyişikliklərimiz olur. İstər heyət, istərsə də oyun baxımından...Futbol o qədər inkişaf edib ki, biz desək ki, həmin "Qarabağ"ıq... Həmişə düşündüyümüzdən daha yaxşı "Qarabağ" olmalıyıq. Hamı bizə hörmətlə, fərqli gözlə baxır. Daha ciddi, daha məsuliyyətli olmalıyıq.. Biz bunu hiss ediriksə, ancaq daha yaxşı olmalıyıq. Bizim fikrimiz, işimiz, niyyətimiz həmişə olduğumuzdan daha yaxşı oynamaqdır. Ola bilər ki, bu gün alınsın, sabah alınmasın. Ancaq biz olduğumuz yerdən daha üstdə olmalıyıq ki, stabil nəticələrimiz olsun.

- Bolqar jurnalistlər SSKA-nın baş məşqçisini heç-heçəyə görə təbrik edirdi, alqışladılar. Sizin üçün bu heç-heçə nə deməkdir? Cavab oyununda sürpriz ola bilər?

- Səfərdə oynayırdılar. Evə sərfəli nəticə ilə dönürdülər. Niyə də sevinməsinlər? Bəlkə də nəticədən çox komandanın göstərdiyi oyuna görə sevinirdilər. Son vaxtlar komandadan narazılıq var idi deyəsən. Amma bugünkü komandanın göstərdiyi oyuna görə razı qalıblar. Normaldır. Cavab oyunundakı nəticəyə gəldikdə, biz Sofiyaya qalibiyyət üçün gedəcəyik. Belə oyunlar elədi ki, sürpriz deyə, bəlkə bunu qəbul etmərəm. Çünki aşağı-yuxarı hər iki komandanın bacarığı eynidir. Hər ikisi də köklü komandadır, Avropa təcrübəsinə malik komandalardır. Biz lap böyük komanda deyilik ki, uduzsaq sürpriz olsun. SSKA-nın da gücü var ki, bizim səviyyədə komandaya qalib gəlsinlər. Biz 100 faiz cavab oyununda daha diqqətli, daha səbirli oynamalıyıq. Çünki yaxşı məşqçiləri var, azarkeşlərin hörməti olan futbolçu olub. İndi də hər dəfə fərqli sistemlər oynadır, bu da onu göstərir ki, daim rəqibi analiz edir. Mən buna sürpriz kimi baxmıram. Bizim də gücümüz var ki, onlara qalib gələk. Onların da gücü var ki, bizə qalib gəlsin.

- Rəqiblər nə qədər güclü olsa belə, “Qarabağ” adətən oyunlar ərzində saysız-hesabsız qol epizodları yaradırdı. Bu gün o qədər də çox deyildi. Bu, yeni futbolçuların hələ ki uyğunlaşma, sistemə öyrəşmək prosesindən keçdiyini göstərirdi?

- Səbəblər çoxdur. Həm yeni kollektiv, həm ümum hazırlıq, həm rəqib.. SSKA çox bərk rəqib idi, xüsusən də müdafiədə bacarıqlı kollektiv idi. Çox sürətli əks-hücumlara keçirdi. Təkbətək müdafiə olunmaqdan həzz alırdılar. Səbəblər çoxdur. Dəfələrlə demişəm ki, biz bəzi nüanslar var onları özümüzdə axtarmalı və yaxşılaşdırmalıyıq.

23-07-2026, 23:13
25673
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
22-07-2026, 12:15
SSKA-nın futbolçusu:
SSKA-nın futbolçusu: “Qarabağ”la oyunda heç-heçə məğlubiyyət kimidir”
17-07-2026, 09:15
Qurban Qurbanov:
Qurban Qurbanov: "SSKA ilə oyuna daha yaxşı hazırlaşmalıyıq"
18-08-2025, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu "Ferensvaroş" əvvəlkindən daha sürətli oynayır"
30-06-2025, 20:31
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transfer məsələsinin üzərinə çox ciddi düşmüşük"
24-08-2024, 21:33
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə məğlubiyyətlərin mənə, komandaya faydası çox olur"
9-08-2024, 23:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Təklif edəcəklərsə, nə deyə bilərik?"
3-08-2024, 08:13
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq"
14-04-2024, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir komandaya qarşı 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
13-08-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, HİK bizimlə oyunda sürpriz etsin, riskə getsin"
27-07-2023, 07:47
Qurban Qurbanov:
Qurban Qurbanov: "Həmişə Şahruddin barədə sual verməyə tələsirsiniz"
9-04-2023, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq"
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
  Xəbər Lenti
Azər Bağırov: “Zamanla daha yaxşı “Şamaxı” görəcəyik” 17.08.2026, 21:55
Qurban Qurbanov: “İlk oyundan bizim üçün böyük siqnal oldu” 17.08.2026, 21:34
"Qarabağ" - "Şamaxı" 3:1 - VİDEO 17.08.2026, 21:27
Benzema “Əl-Hilal”dan gedə bilər - Xarici xəbərlər 17.08.2026, 18:06
“Mançester Siti” 100 milyon avroluq transferi yekunlaşdırır - Transfer xəbərləri 17.08.2026, 17:04
“Sumqayıt”ın kapitanı Səbuhi əməliyyat olundu - 5 ay oynamayacaq 17.08.2026, 16:13
Con Lukumi “Yuventus”a keçdi - Rəsmi 17.08.2026, 15:31
"İmişli" bu futbolçusunu göndərdi 17.08.2026, 14:29
"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə əməliyyat ediləcək 17.08.2026, 14:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb