FutbolMedia.Az
  • 17:59 Şənbə
    7 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ehtiram Quliyev:

Ehtiram Quliyev: "Daha güclü "Turan Tovuz" görəcəyik"

"Belə bir əlamətdar gün "Turan Tovuz" klubu, ümumiyyətlə Azərbaycan futbolu üçün çox əlamətdar hadisədir. Demək ki, ölkəmizdə futbol inkişaf edir. Demək, ölkəmizdə idman inkişaf edir. Əvvəllər şirkətləri cəlb etməkdə çox çətinlik çəkirdik. İndi futbolumuzla paralel maliyyə dəstəklərimiz də şaxələnib".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

O, jurnalistlərə müsahibəsində əvvəlcə klubun yeni əməkdaşlıq müqaviləsindən danışıb: "Biz xüsusən sponsorluq məbləğinin gizli qalmamasını istədik. Bu, digər şirkətlərə də stimul olacaq. Digər klublara da ruh verəcək. Onlar da sponsor cəlb edə biləcəklərini görəcəklər. Məncə, əlamətdar gündür və belə bir gündə bizimlə birlikdə olduğunuza görə hər birinizə təşəkkür edirəm".

– Niyə "Turan Tovuz" bu yay cəmi iki yeni futbolçu transfer etdi?

– Bizim planlarımız var idi. Danışdığımız çox vacib oyunçular oldu. Məlum hadisə ilə əlaqədar planlarda bəzi dəyişikliklər etməli olduq. Uzun müddət apardığımız danışıqlar... Bilirsiniz də, avrokuboklarda iştirak etmək oyunçular üçün əlavə stimul idi. Bizdə alınmadı, ona görə planlarımızda dəyişiklik oldu. Minimum daha iki transfer nəzərdə tuturuq və heyətimizi gücləndirməyə davam edəcəyik.

– "Məlum hadisə" dediniz. Mümkünsə, o barədə bir az geniş danışaq.

– Bu gün keçmiş haqqında danışmayaq. Gəlin gələcəkdən danışaq. Biz bu gün keçmiş haqqında düşünmürük, xoş şeylər haqqında danışmağı planlaşdırırıq. Çünki keçmişə baxsaq, orada çox ilişib qalacağıq. Ancaq qabağa, ancaq irəli. Bu tədbirin bir mahiyyəti də ondan ibarətdir ki, biz həvəsdən düşməmişik. Daha enerjili, yeni qüvvələrlə yarışın içində olacağıq. Hamıya elan edirəm: bu ilki hədəfimiz çempionluqdur. Ən azından mövsümün sonuna qədər çempionluq yarışının içində olmaqdır. Mən hesab edirəm ki, keçən ildən daha güclü, daha dinamik, daha keyfiyyətli "Turan" görəcəyik.

– "Qarabağ"la bacara biləcəksiniz?

– Bacara bilməyəcəyimizi düşünsəydik, bu gün burada olmazdıq.

– Dünən Aziz Yıldırımla görüşdünüz. İstərdik bununla bağlı danışasınız.

– Çox əlamətdar və məhsuldar görüş oldu. "Fənərbaxça" klubu bizim təklifimizi, dəvətimizi qəbul edib. Artıq idarə heyəti Azərbaycanda oyunun keçirilməsi ilə bağlı qərar qəbul edib. Sadəcə, biz çox istəyirik ki, oyun Tovuzda olsun. Amma həm bizə gələn çoxsaylı azarkeş tələbləri, həm də "Fənərbaxça" azarkeşlərinin müraciətləri var. Stadionumuz çox balacadır, tutumunu hələ artıra bilməmişik. Ona görə müzakirələrimiz oldu ki, görüş yerinin Bakıya dəyişdirilməsi mümkün olar, ya olmaz. Bunları müzakirə etdik. Yaxın günlərdə bununla bağlı yekun qərar verəcəyik.

– Ortaq məxrəcə gəldiniz?

– Ortaq məxrəcə gəlmişik. Oyun sentyabrın 20-si ilə oktyabrın 10-u arasında olacaq. Çox istəyirik ki, şəhidlərimizin anım gününə həsr edək. Oradan əldə ediləcək vəsaiti də xeyriyyə məqsədilə fondlara köçürməyi planlaşdırırıq.

– Oyun Bakıda Olimpiya Stadionunda olacaq?

5-08-2026, 08:07
15803
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
22-05-2026, 22:30
Qurban Qurbanovdan transfer açıqlamaları
Qurban Qurbanovdan transfer açıqlamaları
16-05-2026, 08:16
Faiq Hacıyevi:
Faiq Hacıyevi: "Turan Tovuz"la avrokuboklarda daha irəli getmək istəyirik"
23-03-2026, 09:11
"Turan Tovuz" klubu və Azərbaycan futbolu üçün dəyər olan Ehtiram Quliyev -YAZI
10-03-2026, 18:07
"Turan Tovuz"un öz stadionunda oynayacağı vaxt məlum oldu
19-05-2025, 16:10
"Turan Tovuz"un futbolçusu: "Bundan artığına da nail ola bilərdik"
1-11-2024, 21:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə insanların Azərbaycanda olması faydalıdır"
1-09-2023, 21:39
Ayxan Abbasov:
Ayxan Abbasov: "Klubun daxilində möhtəşəm ab-hava var"
26-08-2023, 23:03
Ehtiram Quliyev:
Ehtiram Quliyev: "Yataqxanaya hansı ulduz futbolçunu gətirə bilərəm?"
13-08-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, HİK bizimlə oyunda sürpriz etsin, riskə getsin"
13-08-2023, 20:54
Ayxan Abbasov:
Ayxan Abbasov: "Biz hələ işin başlanğıcındayıq"
7-06-2023, 11:00
"Turan Tovuz"un futbolçusu Xəyal Nəcəfov: "Hal hazırda danışıqlar gedir" (Özəl açıqlama)
12-02-2023, 16:01
Tərlan Quliyev:
Tərlan Quliyev: "Kəpəz"ə daha çox qol vura bilərdik"
  Xəbər Lenti
"Roma" İngiltərə klubundan Ceymi Gittens üçün ağız açdı - Transfer xəbərləri 7.11.2026, 17:40
Azərbaycan U-21 millisinin heyəti açıqlandı 7.11.2026, 17:08
Leroy Sane "Qalatasaray"ı ABŞ klubuna dəyişə bilər - Transfer xəbərləri 7.11.2026, 16:07
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər 7.11.2026, 15:35
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - YENİLƏNİR 7.11.2026, 14:08
Neymarın atası “Santos”un baş direktoru oldu - Xarici xəbərlər 7.11.2026, 13:07
“Hamburq” “Borussiya”nı məğlub etdi - Almaniya Bundesliqası 7.11.2026, 12:06
PSJ hücumçusu Usman Dembeleilə yeni müqavilə imzalamağa yaxındır - Transfer xəbərləri 7.11.2026, 11:04
Millimizin üzvü Cəlal oynadı, komandası qalib gəldi Rumıniya çempionatı 7.11.2026, 10:12
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb