FutbolMedia.Az
  • 05:52 Cümə
    9 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Çatışmazlıqlar var, amma zamanla düzələcək"

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ" İslandiyanın "Vestri" klubu ilə qarşılaşacaq.

Futbolmedia.az xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

"Bu, bizim ilk matçımızdır. Komandada dəyişikliklər var və biz çalışırıq ki, problemlərimiz gözə çarpmasın. Təəssüf ki, müəyyən çatışmazlıqlar mövcuddur. Lakin ümumilikdə hazırlıq pis getmir. Zamanla hər şey öz yoluna düşəcək. Yaxşı bir kollektiv formalaşdırıb, azarkeşlərimizi qələbələrlə sevindirəcəyik".

- Kamilo Duranın Şotlandiyanın "Seltik" klubuna transferi ilə bağlı vəziyyət hazırda hansı mərhələdədir?

- Duran hazırda "Seltik"in düşərgəsindədir. Bir neçə saat əvvəl onun tibbi müayinədən keçdiyi barədə məlumat aldıq. Əgər hər şey qaydasında olarsa, onun komandadan getmə ehtimalı böyükdür.

- Yeni transferlərinizin adaptasiya prosesi necə gedir?

- Bəzilərində yaxşı, bəzilərində nisbətən zəif alınır. Daha əvvəl qoşulanlar özlərini daha əmin hiss edirlər. Lakin daha gec qoşulanlar arasında gec uyğunlaşmaq ehtimalları var.

- Duranın gedişini nəzərə alsaq, hücum xətti barədə nə düşünürsünüz?

- Duran bizim əsas oyunçumuz idi. Avrokubok matçlarında o, özünü ən yaxşı tərəfdən göstərdi. Onda həm istək, həm də bacarıq var idi. Onun gedişi bizdə müəyyən boşluqlar yarada bilər. Biz Duranı itiririk, amma eyni zamanda təcrübəli klub olaraq Avropa bazarında varlığımız da vacibdir. Son vaxtlar "Qarabağ"dan nə qədər futbolçu xaricə yollanıb. Bu, özlüyündə bizim üçün əlavə üstünlükdür. Avropada bizə olan diqqət artır, getdikcə daha çox ölkə futbolçularımızı izləyir. Mən istərdim ki, Duran kimi oyunçu həmişə komandamızda qalsın. O, bir neçə mövqedə oynamağı bacarırdı. Yeni transferlərdən bəziləri isə sabah meydana çıxacaq.

- Durandan başqa daha kiminsə gedişi gözlənilirmi?

- Hazırda ciddi təklifləri olan futbolçularımız yoxdur. Kiminsə gediş ehtimalı barədə məlumatsızam.

- Cavab oyunu üçün İslandiyaya uzunmüddətli uçuşunuz olacaq. Bu, hansı çətinliklər yarada bilər?

- Mən heç vaxt püşkatmada rəqibləri ayırmamışam. Bu, mənim səlahiyyətimdə deyil. Biz həmişə Allahdan bizim üçün ən xeyirlisini istəmişik. Dəfələrlə olub ki, elə ilk mərhələdəcə güclü komandalarla düşmüşük, lakin mən yenə də razı qalmışam. Bəli, bizi 7 saat yarım davam edəcək uçuş gözləyir. Amma püşkatmadan sonra biz buna uyğun müvafiq proqram hazırlamışıq.

8-07-2026, 19:55
6505
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-07-2026, 15:42
"Qarabağ"ın hücumçusu "Seltik"in düşərgəsində - Rəsmi
4-07-2026, 16:09
“Qarabağ” “Seltik”in Kamilo Duran üçün rəsmi təklifini rədd etdi -
“Qarabağ” “Seltik”in Kamilo Duran üçün rəsmi təklifini rədd etdi -
20-06-2026, 22:03
Qurban Qurbanov:
Qurban Qurbanov: "Gedənlər ola bilər, yeni komanda formalaşır"
14-03-2026, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Tam özümüzə gəlməmişik"
21-10-2025, 21:47
Qurban Qurbanov:
Qurban Qurbanov: "Azarkeşlər mübarizəmizdən razı qalacaqlar"
26-08-2025, 14:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Həddindən artıq soyuqqanlı olmalıyıq"
26-08-2025, 11:23
“Qarabağ” hücum xətti üçün yeni futbolçu aldı
“Qarabağ” hücum xətti üçün yeni futbolçu aldı
31-01-2025, 08:06
Qurban Qurbanov:
Qurban Qurbanov: "5 milyon avro vəziyyəti düzəltməyəcək"
29-01-2025, 22:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Daha işgüzar olmalı, işimizə daha çox vaxt ayırmalıyıq"
17-05-2022, 20:46
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bizi qarşıdakı daha böyük döyüşlər, uğurlar gözləyir"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
  Xəbər Lenti
Rafinya sabah tibbi müayinədən keçəcək - Xarici xəbərlər 8.10.2026, 18:04
"Sabah" - "Slaviya" matçına nə qədər bilet satılıb? 8.10.2026, 17:03
"Adana Dəmirspor"da oynamış futbolçu "Səbail"də 8.10.2026, 16:02
La Liqa klubunun kapitanı saxlanıldı - Xarici xəbərlər 8.10.2026, 15:11
dörd cüdoçumuz mübarizəyə başlayaacq - Dünya kuboku 8.10.2026, 14:04
Sərtan Taşkın yenidən Azərbaycan klubunda 8.10.2026, 13:22
Qordon “Barselona” tarixinin ən yaxşı heyətini seçdi - Xarici xəbərlər 8.10.2026, 13:03
"Turan Tovuz"un futbolçusu R. Miller: "Ən əsası qalib gəldik və 3 xalı qazandıq" (Özəl Açıqlama) 8.10.2026, 12:05
"Şəfa" klubunun kapitanı Murad Musayev zədələndi - (ÖZƏL XƏBƏR) 8.10.2026, 11:25
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb