FutbolMedia.Az
  • 08:05 Çərşənbə axşamı
    29 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Gedənlər ola bilər, yeni komanda formalaşır"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Zirə”yə qarşı keçirilən yoxlama oyunundan (4:3) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolmedia.az
saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- İlk tsiklin son günü idi. İstəyirdik belə bir oyun olsun. “Zirə” ilə danışdıq. Düşünürəm ki, faydalı hazırlıq matçı alındı. Oyunu 3 hissəyə böldük. Ümumən 8-9 günlük hazırlıqdan razı qaldım. Futbolçular hamısı məsuliyyətlə hazırlaşırdı. Düzdür, zədə və ya başqa səbəbdən bütün futbolçuların bir yerdə olmaması bir qədər yaxşı deyil. Buna baxmayaraq, yoxlama oyununda yeni gələnləri də 30 dəqiqə iş başında gördük. Komandaya yeni qoşulublar. Hər biri haqqında təəssüratım xoşdur. Ümid edirəm ki, gələcəkdə daha yaxşı, daha aktiv olacaqlar və komandaya fayda verəcəklər.

- “Qarabağ”da gedən yenilənmə prosesinin sürəti sizi qane edir?

- Tam yox. Düzdür, ümumilikdə pis getmir. Yavaş-yavaş istədiklərimizi həyata keçiririk. Bəzən düşünmədiyimiz variantlar da olur. İşimizin daha sürətli olmasını istərdim. Vaxtımız var. İnanıram ki, düşündüklərimizi edə biləcəyik.

- Konkret danışıq apardığınız mərkəz müdafiəçisi var?

- Bu yöndə çox ciddi iş, danışıqlar gedir. İstərdik tez alınsın. Amma yubana da bilər. Vaxtımız var.

- Yenə gedənlər olacaq?

- Ola bilər.

- Heyətdəki yenilənməni nəzərə alsaq, avrokuboklara I mərhələdən start vermək “Qarabağ”ın lehinədir, ya əleyhinə?

- Bunun müsbət tərəfləri də var, mənfi də. Bəlkə daha çox zamanımız olsaydı, daha çox yoxlama oyunu keçirsəydik, bundan yaxşı olardı. Gedənlərə baxmayaraq, təcrübəli oyunçularımız var. İnanıram ki, avrokubokların startına qədər yaxşı formada olacağıq. Çatışmazlıqları aradan qaldıracağıq. Hansısa çətinliklər ola bilər. Yeni komanda formalaşır. Bu hallara hazır olmalıyıq.

- Neçə futbolçu alınsa, bu, sizi qane edəcək?

- Say deyə bilmərəm. Amma bir neçə mövqeyə oyunçu lazımdır.

- Yeni transferlərin durumunu necə dəyərləndirirsiniz?

- Hazırda pis deyillər. Lakin uyğunlaşma üçün vaxt lazım olacaq. Hər mövqeyə oyunçularla danışıqlarımız gedir. Həm müdafiə, həm orta, həm də hücumu gücləndirməliyik. Mütləq şəkildə bunu etməliyik.

- Çempionatda məlumdur, bəs avrokuboklarda “Qarabağ”ın hədəfi nə olacaq?

- Hədəfimiz eyni qalır. Yenə də avrokubokların qrup mərhələsində iştirak etmək istəyirik.

- Kamilo Duranı “Zirə” ilə yoxlama matçında cinahda gördük. Onu gələcəkdə də cinahlarda sınayacaqsınız?

- Oyundan asılıdır. Duranın həm hücumun mərkəzində, həm də vinger kimi oynaması mümkündür. Bu, əlavə üstünükdür.

- Bugünkü matçda həm də klubun bir neçə yetirməsinə şans verdiniz...

- Maraqlı uşaqlar var. Onlar məşqlərdə bizimlə daha çox olacaqlar. İstərdim ki, tezliklə formalaşsınlar və əsas heyətin üzvünə çevrilsinlər. Gənclər arasında çox razı qaldığım, ümid etdiyim 2-3 futbolçu var.

- Leandro Andrade və Fabian Buntiçin gedişi realdır?

- Hələ heç nə rəsmiləşməyib. Amma yaxın günlərdə nələrsə ola bilər. Tək onlarla yox, başqaları ilə bağlı da.

20-06-2026, 22:03
6559
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
12-01-2026, 21:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hazırlıq ümumilikdə pis getmir, futbolçular istəklidirlər"
30-07-2025, 23:01
Qurban Qurbanov:
Qurban Qurbanov: “Transferə ehtiyacımız var”
16-07-2025, 09:17
Qurban Qurbanov:
Qurban Qurbanov: “Yaxşı hazırlıq keçdik”
30-06-2025, 20:31
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transfer məsələsinin üzərinə çox ciddi düşmüşük"
8-03-2025, 21:23
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, çempionat daha da aktivləşsin"
1-09-2024, 23:23
Qurban Qurbanov:
Qurban Qurbanov: "Avropa Liqasındakı oyunlar bizim üçün daha çətin olacaq"
9-08-2024, 23:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Təklif edəcəklərsə, nə deyə bilərik?"
13-12-2022, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək"
22-01-2022, 12:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Rəqiblər bizi buna məcbur etdi"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
26-06-2021, 21:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kiçik problemlərimiz var"
  Xəbər Lenti
Azərbaycan cüdoçularıdan 5 medal 28.09.2026, 21:12
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri 28.09.2026, 19:21
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri 28.09.2026, 18:15
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər 28.09.2026, 17:08
Mahir Emreli: "Başımızı aşağı salmadıq" 28.09.2026, 16:05
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək 28.09.2026, 15:03
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama) 28.09.2026, 14:34
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu 28.09.2026, 14:00
Mateo Kovaçiç karyerasını İtaliya A Seriyasında davam etdirəcək - "Yuventus"a keçir 28.09.2026, 13:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb