FutbolMedia.Az
  • 13:47 Bazar ertəsi
    12 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Tam özümüzə gəlməmişik"

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ" və "Zirə" üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbolmedia.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Çox yaxşı mübarizə və yüksək dinamika ilə yadda qalan vacib bir matç izlədik. Qarşımızda bizi çox yaxşı təhlil edən, olduqca istəkli bir kollektiv var idi. "Zirə" sona qədər təslim olmadı və bizə rahat oynamağa imkan vermədi. Rəşad Sadıqova və komandasına gələcək oyunlarda uğurlar arzulayıram".

Təcrübəli mütəxəssis avrokuboklardan sonra daxili çempionata köklənməyin üstünlüklərindən və komandadakı yorğunluqdan söz açıb:

"Avrokubok oyunları olmayanda daxili çempionata fokuslanmaq daha sərbəst olur, bu həqiqətdir. Lakin hələ ki, optimal formamızdan uzağıq və tam özümüzə gəlməmişik. Bəzi futbolçuların performansında çatışmazlıqlar hiss olunur. Komandada ciddi yorğunluq var. Çempionlar Liqasında hər matçda böyük enerji sərf etdik. Gərgin mövsüm, daimi məsuliyyət və stress futbolçuları, hətta məni də çox yüklədi. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəyik. Bizi yenidən 3-4 gündən bir keçiriləcək oyunların olduğu sıx qrafik gözləyir. Çalışacağıq ki, heyəti bu tempə tam hazır edək".

Q.Qurbanov heyətdəki rotasiyalar və fərdi çıxışlar barədə də fikirlərini bölüşüb:

"Leandro Andradenin mərkəzdə başlaması oyunun gedişatına uyğun bir rotasiya idi. O, həm cinahlarda, həm də ortada effektiv oynamağı bacarır və bu gün çox yaxşı performans göstərdi. Kamilo Duranın Kolumbiya millisinə dəvət almasına gəlincə, o, kifayət qədər qabiliyyətli futbolçudur. Sürəti və idman xarakteri ona daha böyük turnirlərdə oynamaq imkanı verir. Onun uğurlarına ancaq sevinə bilərik. Joni Montiel və Marko Yankoviç arasında seçim etmək isə xoş bir çətinlikdir. Son bir neçə matçda Yankoviç ardıcıl oynadı və yorğunluq ola bilər. Əsas odur ki, hər ikisi formada olsun, mən də kimi oynadacağım barədə düşünüm (gülür)".

Mütəxəssis aprel ayındakı sıx qrafik və rəqiblərin gücü barədə danışıb:

"Kubok və çempionatda ardıcıl eyni rəqiblə oynamaq çox da xoş deyil. İstərdim ki, hər matçdan sonra hazırlaşmaq üçün daha çox vaxtımız olsun, lakin qrafik belədir. Hazırda çox güclü bir "Sabah" var, özünəməxsus üslubları və yaxşı baş məşqçiləri var. Hazırda üstünlük onlardadır, lakin biz sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Heç vaxt taleyimiz öz əlimizdədir demirəm, hər şey Allahın əlindədir. Biz sadəcə daha ciddi və istəkli olmalıyıq".

Mütəxəssis hazırda çempionatın lideri olan "Sabah"ın bugün Qubadakı qarşılaşmasında rəqibinə böyükhesablı qələbəsini qiymətləndirib:

"Açığı, hazırkı "Sabah"ın istənilən rəqibə qarşı bu qədər qol vuracağını gözləyirəm. Onlar həqiqətən çox yaxşı formadadırlar. Qubadakı stadionun durumuna gəldikdə isə, meydança bizim onlarla oynadığımız vaxtla müqayisədə xeyli yaxşı idi. Sevindirici haldır ki, bir neçə futbolçu məhz orada zədələnməkdən qurtuldu

14-03-2026, 22:00
7222
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
4-03-2026, 22:13
Qurban Qur:banov
Qurban Qur:banov "Yeni mövsümdə hər şey gözlənilir"
6-12-2025, 19:30
Qurban Qurbanov
Qurban Qurbanov “Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar”
30-09-2025, 14:34
Qurban Qurbanovdan
Qurban Qurbanovdan "Kopenhagen"lə oyun öncəsi açıqlamalar
21-09-2025, 19:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçular daha rahat oynayırdılar"
8-07-2025, 08:09
Qurban Qurbanov:
Qurban Qurbanov: “Həm yaxşı, həm də çatışmayan cəhətlər gördüm”
1-12-2024, 21:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir"
14-04-2024, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir komandaya qarşı 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
3-02-2024, 18:26
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bizdə bu baxımdan problemlər olur”
4-11-2023, 18:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Dedim ki, 100 manat bonus olacaq"
7-09-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: “Frayburq”un bütün futbolçularının adlarını əzbər bilirəm”
10-04-2022, 21:05
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hələ çempion deyilik"
28-02-2022, 21:31
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu oyun bir daha göstərdi ki, daha ciddi oynamalıyıq"
  Xəbər Lenti
“Real”da baş məşqçi Joze Mourinyo fasilədən narazıdı - Xarici xəbərlər 12.10.2026, 13:11
Gürcüstanlı futbolçu İtaliya klublarının diqqətində - Transfer xəbərləri 12.10.2026, 12:09
"Sassuolo" - "Milan" 1:1 - VİDEO 12.10.2026, 11:27
Millimizin üzvü Renatın komandası qələbə qazana bilmədi 12.10.2026, 11:05
Klarens Zeedorf Braziliyanın “Korintians” klubunun baş məşqçisi oldu - Xarici xəbərlər 12.10.2026, 10:06
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu 12.10.2026, 09:07
Toral oynamadı,klubu məğlub oldu - Türkiyə Superliqası 12.10.2026, 08:16
"Şəfa" - "Turan Tovuz" 0:1 - VİDEO 11.10.2026, 22:09
Zaur Həşimov: “Ustalıq səviyyəmiz hələ kifayət etmir” 11.10.2026, 21:27
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb