FutbolMedia.Az
  • 06:24 Çərşənbə axşamı
    20 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Azarkeşlər mübarizəmizdən razı qalacaqlar"

"Sabah çox yaxşı komandaya qarşı oynayacağıq. "Atletik"in təcrübəli baş məşqçisi var. Rəqib xal fərqini yaxşılaşdırmaq üçün qalib gəlməyə can atacaq. Bizim də təcrübəmiz ildən-ilə artır. Çalışacağıq ki, meydanda möhkəm və yığcam olaq. Bu cür rəqibin tempinə davam gətirməliyik. Ümidvaram ki, azarkeşlər mübarizəmizdən razı qalacaqlar".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Atletik"ə qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.

Mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında Marko Yankoviçin zədəsini sağaltdığını bildirib: "Yankoviç komandayla məşq edir. Bəlkə də idman formasından bir az uzaqdır. Hər bir halda, onun təcrübəsindən istifadə etməyə çalışacağıq. Lakin onun ilk dəqiqlərdən, yoxsa sonradan meydana buraxacağımız barədə qərar verməmişəm".

O, hücum mövqeyi üçün Nəriman Axundzadə ilə Kamilo Duran arasında seçim edib-etmədiyinə dair sualı cavablandırıb: "Hər ikisi yaxşı formadadır. Həm məşqlərdə, həm də oyunlarda özlərini yaxşı tərəfdən göstərirlər. Sabaha kimi vaxtımız var. Sabah dəqiq bilinəcək".

Mütəxəssis türk jurnalistin "Qarabağ"ın uğurları təkcə Azərbaycan yox, türk dünyası üçün böyük hadisədir. İnsanlara bu hissləri yaşatmaq necə hissdir" sualına belə reaksiya verib: "Sizi burada görmək xoşdur. İstər Bakıda, istərsə də xarici ölkələrdə oyunlarımız olanda türkiyəli qardaşlarımızdan həmişə dəstək görürük. Hər birinə təşəkkür edirəm. Bu hissləri bəlkə də sözlə ifadə etmək olmaz. Çox xoş hisslərdir. İnsanların bu inamı məsuliyyətimizi daha da artırır, həvəsimiz çoxalır. Çalışırıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edək".

Q.Qurbanov ilk iki turda "Benfika" və "Kopenhagen"lə oyunlarda qazanılan qələbələrin komandada hansı dəyişikliklərə səbəb olduğunu da açıqlayıb: "Dəyişiləcək bir şey yoxdur. Futbol elə bir peşədir ki, hər oyunda uğur əldə edə bilməzsən. Çox böyük klublar var ki, Çempionlar Liqasını qazanırlar, amma növbəti il bunu təkrarlaya bilmirlər. Biz kiçik bir futbol ölkəsiyik və bu cür turnirlərdə təcrübə qazanırıq. Hər il belə qalibiyyətlərimiz olub. Amma son iki qələbəmiz inamımızı daha da artırıb. Bu, təkcə bizə yox, Azərbaycan futboluna da böyük inam bəsləməyə rəvac verir. Həmişə çalışmışıq ki, üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirək. Bu, bizim missiyamızdır".

O, sonda "Çempionlar Liqasında mövsüm başlamazdən əvvəl "24-lüy"ə düşmək xəyal kimi görünürdü, lakin ardıcıl 2 qələbədən sonra artıq bu sizin üçün məqsədə çevrilib? Ümumiyyətlə, bu yöndə söhbətlər futbolçulara necə təsir edir" sualını cavablandırıb: "Deməzdim ki, narahatlıq var. Bəlkə də bu söhbətlər futbolçulara hansısa formada təsir edir. Qarşıda hələ 6 oyunumuz var və bu matçlar 18 xal deməkdir. Bu gün əlimizdə xal qazanmaq üçün imkan varsa, bundan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Bütün azarkeşlər istəyir ki, öz komandası yuxarı pillələrdə olsun. Bizim üçün bu tip ifadələri eşitmək xoşdur, amma qarşıda daha çətin oyunlarımız var".

21-10-2025, 21:47
12234
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
17-10-2025, 12:14
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bütün dünya bizimlə maraqlanmağa başladı” - Video
2-10-2025, 00:15
Qurban Qurbanov:
Qurban Qurbanov: “Avropadan mənə təklif haqda düşünmürəm”
15-09-2025, 22:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Benfika"ya qarşı çəkinmədən oynayacağıq"
26-08-2025, 14:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Həddindən artıq soyuqqanlı olmalıyıq"
18-08-2025, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu "Ferensvaroş" əvvəlkindən daha sürətli oynayır"
13-08-2024, 08:17
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstəyirəm ki, komandam meydanda vuruşsun"
14-04-2024, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir komandaya qarşı 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
15-03-2024, 08:35
Qurban Qurbanov:
Qurban Qurbanov: "Özümə görə yox, azarkeşlərə və futbolçulara görə üzülürəm"
29-11-2023, 22:27
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım həmişəkindən daha artıq xarakter göstərməlidir"
20-09-2023, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Molde" meydanda ən intizamlı rəqiblərdən biridir"
3-11-2021, 17:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu seriyamız bir tərəfdən narahatlıq yaradır"
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
  Xəbər Lenti
Vinisius ÇL matçında əsas heyətdə olacaq Xarici xəbərlər 19.10.2026, 18:03
Van Dayk İspaniya klubuna keçə bilər - Transfer xəbərləri 19.10.2026, 17:07
PSJ ilə oyun öncəsi “Barselona”da itkilər - Xarici xəbərlər 19.10.2026, 16:15
“Dinamo” baş məşqçini istefaya göndərdi - Xarici xəbərlər 19.10.2026, 15:32
“Qarabağ” və ASA-dan məşqçilərin peşəkar inkişafına dəstək 19.10.2026, 14:21
“Barselona”nın hücumçusu Rafinya ən çox oyun keçirən braziliyalı oldu - Xarici xəbərlər 19.10.2026, 14:04
“Fiorentina”nın futbolçusu “Mançester Yunayted”in transfer siyahısında - Transfer xəbərləri 19.10.2026, 13:08
"Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir - Özəl Xəbər 19.10.2026, 12:12
Portuqaliyalı futbolçu “Sabah”ın rəqibinin transfer siyahısındadır 19.10.2026, 11:29
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb