FutbolMedia.Az
  • 03:28 Cümə axşamı
    24 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Qurban Qurbanov sərt addım atıbsa, əsası var"

"Oyun bizim üçün yaxşı başladı. Erenin iştirakı ilə təhlükəli epizod yaratdıq, daha sonra qol vurduq, lakin ofsayd qeydə alındı. Təxminən 15-30-cu dəqiqələr aralığında üstünlük "Turan Tovuz"un tərəfində idi. Rəqibin heyətində standart vəziyyətlərdə xüsusilə təhlükəli olan Joarlem Santos və Roderik Millerin oynamamasına rəğmən, məhz belə bir vəziyyətdən qol buraxdıq. Lakin 35-ci dəqiqədən sonra təşəbbüsü yenidən ələ aldıq. İkinci hissədə komandam daha yaxşı çıxış etdi, oyunun tempini artıraraq hesabı bərabərləşdirməyi bacardı. Yaxşı hücumlarımız oldu və hətta önə də keçə bilərdik. Düşünürəm ki, "Turan Tovuz"la çətin səfər oyununda qazanılan 1 xal yaxşı nəticədir".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 29-cu turunda "Turan Tovuz"la baş tutan matçdan (1:1) sonra bildirib. Mütəxəssis qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadənin idarəçiliyinə münasibət bildirərək onun təyinatını müsbət qiymətləndirib:

"Rəvan Həmzəzadə daxili çempionatımızın ən təcrübəli və keyfiyyətli hakimlərindən biridir. Bu gün meydanda çox gərgin mübarizənin gedəcəyi əvvəlcədən bəlli idi. Məhz buna görə də onun bu cür məsuliyyətli oyuna təyinat alması tamamilə normaldır".

Məğlubiyyət zamanı günahı hakimlərdə axtarmaqdansa, baş məşqçi diqqəti yalnız meydandakı oyuna yönəltməyin tərəfdarı olduğunu vurğulayıb:

"Ötən mətbuat konfransında hakimliklə bağlı kifayət qədər suallar səsləndirilmişdi. Bu gün isə meydanda ancaq öz işini ən yaxşı şəkildə görməyə çalışan iki komanda var idi. Məhz buna görə də yalnız gözəl futboldan danışmaq lazımdır. Bu cür gərgin oyunların dəyərini bilməliyik. Çempionatımızda futbolun keyfiyyəti ildən-ilə artır və inanıram ki, növbəti mövsümlərdə hər şey daha da yaxşı olacaq".

Rəşad Sadıqov komandasının həm çempionat, həm də kubokdakı hədəfləri və avrokuboklara vəsiqə şansları barədə danışıb:

"Təbii ki, biz də öz daxilimizdə müəyyən hesab-kitablar aparırıq. Hazırda çempionatda "Araz-Naxçıvan" və "Neftçi" ilə gərgin rəqabət gedir, eyni zamanda "Sumqayıt"ı da bu siyahıdan çıxarmaq olmaz. Turnir cədvəlini 4-cü pillədə başa vurmağı çox istəyirik. Digər tərəfdən, Azərbaycan Kubokunun finalında bizi "Sabah" kimi güclü rəqiblə həlledici matç gözləyir. Mövsümün əvvəlində də bilirdik ki, avrokuboklara qatılmaq asan olmayacaq. İndi isə hədəfə çatmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Çox istəyərəm ki, ölkəmizi Avropada təmsil edəcək komandalardan biri məhz "Zirə" olsun".

Mütəxəssis millimizin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin əvəzedici komandaya göndərilməsi hadisəsinə də toxunub:

"Bu, həqiqətən də məyusedici haldır. Prosesin daxilində nə baş verdiyini dəqiq bilmirəm, çünki klub bu barədə rəsmi açıqlama verməyib. Lakin bircə onu bilirəm ki, əgər Qurban Qurbanov yerli futbolçuya qarşı belə sərt addım atıbsa, deməli, bunun ciddi əsası var. Elvinin son müsahibələrin

27-04-2026, 21:00
7937
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-04-2026, 22:07
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Ofsayd olduğunu biləndə məyus oldum"
17-04-2026, 22:00
Rəşad Sadıqov:
Rəşad Sadıqov: “Baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm"
11-04-2026, 20:43
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "1 xal üçün çox sevinirik"
14-03-2026, 22:26
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Avrokubok üçün əlimizdən gələni edəcəyik"
9-03-2026, 23:00
Kurban Berdiyev:
Kurban Berdiyev: "Bu uğurun sirri barədə danışmaq çətindir"
9-03-2026, 20:42
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "çempionatda bu tip qolların sayı artıb"
27-02-2026, 20:30
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Mən də Saşa İliçin yerində olsaydım, eyni şeyi edərdim"
14-02-2026, 19:40
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Rəqibə qol epizodu vermədik"
9-08-2024, 08:08
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "İkinci hissədə üstün tərəf biz idik"
13-02-2024, 20:13
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hücumçu axtarırıq"
24-12-2023, 23:19
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Tərəfdarıyam ki, çempionatda fasilə olmasın"
9-12-2023, 20:00
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Problemi həll etməliyik"
  Xəbər Lenti
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu klubda saxlamaq istəyir - Transfer xəbərləri 23.09.2026, 21:22
"Bandırmaspor" klubunun Türk futbolçusu gənc yaşda vəfat etdi - Xarici xəbərlər 23.09.2026, 20:11
"Sumqayıtın qapıçısı zədələndi - Özəl Xəbər 23.09.2026, 19:09
İspaniyanın "Valensiya" klubun yeni baş məşqçi - Xarici xəbərlər 23.09.2026, 18:15
"Aiqsburq"un yarımmüdafiəçisi Mert Kömür "Beşiktaş"a keçir - Transfer xəbərləri 23.09.2026, 17:13
Azərbaycan - Tacikistan oyunu bu kanalda 23.09.2026, 16:31
"Zirə"nin qapıçısı Anar Nəzirov: "Biz də meydana qalib gəlmək üçün çıxacağıq" (Özəl Açıqlama) 23.09.2026, 16:00
Italiya klubu “Udineze” David Alabanı heyətinə qatdı - Transfer xəbərləri 23.09.2026, 15:09
İspaniya millisinin üzvü Markos Lyorente “Milan”a keçir - Transfer xəbərləri 23.09.2026, 15:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb