FutbolMedia.Az
  • 14:58 Bazar
    20 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəşad Sadıqov:

Rəşad Sadıqov: "1 xal üçün çox sevinirik"

"Oyun bizim üçün bir az həyəcanlı başladı. Rəqib ilk dəqiqələrdən böyük təzyiq göstərirdi".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 27-ci turunda "Sabah" ilə baş tutan matçdan (2:2) sonra bildirib. Mütəxəssis oyunun gedişatını və qazanılan bir xalın əhəmiyyətini dəyərləndirib:

"Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq. Çox məyusedici idi. Növbəti 10 dəqiqədə rəqib yenə bizə böyük təzyiq göstərdi. Amma sonrakı dəqiqələrdə fəal çıxış edərək iki qol vurduq. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Futbolçularımız əzmkarlıq göstərdilər, qol vurmağa çalışırdılar. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi. Müdafiəmiz etibarlı oynadı və 1 xal qazandıq. "Sabah"la oyunda qazanılan hər xal dəyərlidir. 1 xal üçün çox sevinirik. Düşünürəm ki, bu xal bizim üçün çox faydalı olacaq".

- Oyunun əvvəlində çox fəal idiniz, komandaya motivasiya verirdiniz.

- Bəli. Bu rəqiblə son oyunumuzun 27-ci dəqiqəsində hesab 3:0 olub. 15-ci dəqiqədə belə qol buraxanda narahat oldum ki, komanda dağıla bilər. Ona görə həmin dəqiqələrdə fəallıq göstərdim. Amma dəqiqələr ötdükcə, xüsusilə də ikinci hissədə passiv idim.

- Liderlə matçda xal qazanmaqda bir növ "Qarabağ"a da kömək etdiniz. Qarşıda isə əsas rəqiblərinizdən biri olan "Neftçi" ilə oyununuz var. Həmin qarşılaşma sizin üçün həlledici ola bilər?

- "Sabah" bu il həqiqətən də möhtəşəm futbol nümayiş etdirir. Səfərdə oynadığımızı nəzərə alsaq, qazanılan xal bizim üçün çox önəmlidir. Çempionatın favoritləri ilə oyunlarda qazanılan hər xal önəmli olur. "Qarabağ"dan 2, "Sabah"dan 1 xal almışıq. Bu xallar çox önəmli olur. Ötən tur son dəqiqələrdə qol buraxıb heç-heçə etdik. "Şamaxı" ilə matçda heç-heçə gözlənilməz deyil. Amma matçın gedişatı elə idi ki, rəqib azlıqda idi, çoxsaylı qol epizodlarımız var idi. Son dəqiqələrdə nəsə hadisə baş verdi və qol buraxdıq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdular. Əsas narahatlığım o idi ki, həmin məyusluq bu oyuna təsir etməsin. Şükürlər olsun ki, futbolçular bu gün onu hiss etdirmədilər. Növbəti turda "Neftçi" ilə oynayırıq, 4 gün sonra "Turan Tovuz"la kubokun cavab görüşü var. Əvvəl də demişdim ki, apreldə bizi çox ciddi oyunlar gözləyir. Həmin matçlara çox yaxşı hazırlaşmalıyıq.

- Ayron Qomislə İssa Cibrilla meydandan çıxanda sanki narazı görünürdülər...

- Mən də onları əvəzləmək istəmirdim. İkisi də çox yaxşı idi. Qomis zədədən qayıdıb. Bir epizodda ayağını tutdu, həm də sarı vərəqəsi var idi. Yoxsa daha çox oynayacaqdı. İssa bir məhsuldar ötürmə etdi, penalti qazandı. O da zədədən yeni qayıdıb. Daha çox gələcəyi düşünərək bu addımı atdım.

- Yeni mövsüm üçün izlədiyiniz futbolçular var?

- Xeyr, futbolçuları izləmirik. Klub rəhbərliyi ilə görüşdən sonra növbəti mövsüm üçün planlarımız məlum olacaq. Hələlik bütün fikrimizi çempionata vermişik. Ötən mövsüm 3-4 tur qalmış nəticə bəlli oldu. Buna görə avrokuboklara raha

11-04-2026, 20:43
7237
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
14-03-2026, 22:26
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Avrokubok üçün əlimizdən gələni edəcəyik"
9-03-2026, 20:42
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "çempionatda bu tip qolların sayı artıb"
12-09-2025, 22:17
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Mövzuya bir daha qayıtmayacağam"
1-08-2025, 08:10
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Özümü qalib kimi hiss edirəm"
13-04-2025, 21:35
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "İşimizi tərif üzərində qurmamışıq"
10-11-2024, 22:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bizə çox ciddi yanaşırlar"
20-10-2024, 19:55
Rəşad Sadıqov:
Rəşad Sadıqov: “Qurban Qurbanova o sualın ünvanlanması mənə qəribə gəldi”
25-07-2024, 23:29
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Rəqib amansız mübarizə aparacaq"
13-02-2024, 20:13
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Hücumçu axtarırıq"
5-11-2023, 21:09
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Bir xal da bizim üçün yaxşı nəticə sayılacaqdı"
6-10-2023, 21:07
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Rəhbərlik qarşımıza hədəf qoyub ki, Konfrans Liqasına gedək"
12-11-2022, 19:30
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Neftçi"ni bu mübarizədən silməyə tələsmək olmaz"
  Xəbər Lenti
"Şamaxı" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR 20.09.2026, 14:32
İngiltərə millisinin baş məşqçisi Tuxel futbolçusu Maquayrı tənqid etdi - Xarici xəbərlər 20.09.2026, 14:05
Mahir Emreli oynadı, “Rakuv” uduzdu - Polşa çempionatı 20.09.2026, 13:03
Millimizin üzvü Toral Bayramov “Bursaspor”da oynadı, komandası qalib gəldi 20.09.2026, 12:01
Rafinyanın durdura bilmirlər - het-trik-lər davam edir 20.09.2026, 11:09
"Brayton" – "Arsenal" 3:0 - VİDEO 20.09.2026, 10:07
İrlandiya tələb etdi, UEFA yox dedi - Xarici xəbərlər 20.09.2026, 09:16
"Sabah" - "İmişli" 3:1 - VİDEO 20.09.2026, 08:04
Valdas Dambrauskas: "Böyük klub olmaq istəyiriksə..." 19.09.2026, 23:03
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb