FutbolMedia.Az
  • 22:49 Cümə
    31 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Bu cür oyunda belə qırmızı vərəqə çox sərt qərardır"

"Sabah"ı təbrik edirəm. Futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. Sona qədər mübarizə getdi. Azarkeşlərin oyundan zövq aldığına inanıram".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Sabah"la baş tutan matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis qarşılaşmanın taleyini həll edən penalti epizodu barədə danışıb:

"Fikir bildirməyim fərqli alınar. Topun ələ dəydiyini görmək olurdu. Amma Rəhim Həsənov yəqin açıqlamasını verəcək. Son saniyədə belə epizodun olması daha gərginlik yaradır. Bəzən belə fikirlər deyəndə bildirirlər ki, rəqibin qələbəsinə kölgə salınır, xeyr. "Sabah" finala layiq idi. 2:2 olsaydı da, yenə 10 nəfərlə oynayacaqdıq. Əlavə güc lazım idi. Epizodu penalti kimi gördüm. Olan şeylərdir".

Baş məşqçi son oyunlarda VAR sisteminə müraciət edilməməsi ilə bağlı sualı belə cavablandırıb:

"Baxsaydılar, yəqin nəsə problem olardı. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Hakimlik məndən uzaq sahədir. Yəqin izahı veriləcək. VAR sistemi fərqli baxır".

Qurban Qurbanov oyundan sonra yaşanan gərginliyə və futbolun emosional tərəfinə toxunub:

"Futbolçularla hakimlər arasında gərginlik oldu. Paltardəyişmə otağının qarşısında olanları görmədim. Bəzən belə emosiyalar futbolu daha gözəlləşdirir. Nadir hallarda belə anlar olur. Çempionlar Liqasının finalında da bəzən belə şeylər görürük. Bu emosiyalar futbolu daha gözəlləşdirir".

Mütəxəssis ölkə futbolunda hakim qərarlarından sonra yaranan kənar müzakirələrə münasibət bildirib:

"Hadisələr hakim qərarlarından sonra baş verənlərdir. Hakimlərə o qədər basqı olur ki, bilmir özünü necə idarə etsin. Epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Bəzən onlara yazığım gəlir. Düşünürlər ki, birdən səhv qərar verərəm, həyəcanları yüksək olur. Məncə, ili sakit formada başa vurmalıyıq. Bugünkü matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Son matçlarda eniş var idi. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yeni mövsüm daha diqqətli olarlar. Hər biri özümüzündür, azərbaycanlılardır. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Sadəcə çox basqı onları səhvlərə aparır".

Titulsuz mövsüm və komandanın fiziki durumu barədə danışan baş məşqçi bunları qeyd edib:

"Dünya futbolunda da belə hallar gözləniləndir. 2021-ci ildə də titulsuz qalmışdıq. Belə hallar olur. Çempionlar Liqası bizi çox yordu. Belə deyək, "suyumuz çıxdı". Avropadakı böyük komandalara baxanda da eyni situasiyadır. Məsələn, "Liverpul" bir neçə il əvvəl bir nəfəsə çempion oldu, amma bu gün enişdədirlər. Çempionlar Liqası elədir ki, bir addım irəli gedəndə yorğunluq daha artır. Dünya futbolunda belə praktikalar çoxdur. Düzdür, ola bilsin, Premyer Liqaya çox yaxşı köklənə bilmədik. Aleks Ferqyusonun sözü var, komandanın zirvədə qalması 3-4 il olur. Biz şükürlər olsun, daha çox qaldıq. Məsuliyyətimizi başa düşürük. Biz də çox çalışdıq, səviyyəmizi qoruya bildik. Ciddi narahatlığım yoxdur. İşin içindəyəm və çatışmayan şeyləri bilirəm. Ola bilsin, gələn il də çətinliklər olsun. Bunlar normaldır. Bu, o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa böyüyür. Qarşıdakı mövsümlər daha maraqlı olacaq. Buna ancaq sevinirəm. Digər komandaların artırması ilə intriqa böyüyür. Ölkə futbolu bir komanda ilə böyüməz. Normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. "Sabah"a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldı. Fanatlarımız üzüldü, amma buna ehtiyac yoxdur. Azarkeşlərimiz yıxılanda da, qalxanda da yanımızda olub. Belə oyunlar həmişə ailəni möhkəmləndirir".

22-04-2026, 23:13
7254
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-04-2026, 22:07
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Ofsayd olduğunu biləndə məyus oldum"
19-02-2026, 00:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımız özlərini ələ ala bilmədilər"
22-01-2026, 01:21
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç istəmərəm ki, məni tərifləsinlər"
31-05-2025, 22:02
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mövsüm bizim üçün gərgin keçdi"
16-02-2025, 21:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu cür qalibiyyətlərin başqa dəyəri var"
31-08-2023, 23:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Püşkdə böyük klublar düşsə, sevinəcəm"
28-08-2023, 00:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəzən belə xal itkilərinə sevinirəm"
9-04-2023, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq"
8-12-2022, 23:05
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəlkə də "Qəbələ" qələbəyə layiq idi"
12-07-2022, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bu cür qalibiyyətlər nadir hallarda olur”
10-12-2021, 08:43
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstərdim ki, heç bir komandanın haqqına girməsinlər"
7-12-2021, 18:37
Qurban Qurbanov:
Qurban Qurbanov: “Hakim nəsə etmək istəsə, edəcək”
  Xəbər Lenti
İngiltərə klubu Leao üçün hərəkətə keçib - Transfer xəbərləri 31.07.2026, 18:15
"Turan Tovuz" Türkiyə klubuna qarşı 31.07.2026, 17:03
"Orhus" - "Sabah" matçının hakimləri açıqlandı 31.07.2026, 16:10
FIFA-nın baş müşaviri İnfantinoya etiraz olaraq istefa verdi - 31.07.2026, 15:28
Azərbaycan Premyer Liqası ilə bağlı yeni layihə - APL Fantasy təqdim olundu 31.07.2026, 14:27
“Qarabağ” “Dinamo”nu keçərsə “Pley off”dakı mümkün rəqibləri 31.07.2026, 14:03
“Roma” hücumçusunu icarəyə göndərdi – Transfer xəbərləri 31.07.2026, 13:31
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 31.07.2026, 12:19
La Liqanın ən yaxşı gənc oyunçusu "Real"ın hədəfində - Xarici xəbərlər 31.07.2026, 11:38
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb