FutbolMedia.Az
  • 14:16 Çərşənbə axşamı
    28 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov:

Ayxan Abbasov: "Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"

"Şamaxı" Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.

Futbolmedia.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərə təşəkkür edirəm. Bilirdik ki, "Qarabağ" hər oyuna final kimi yanaşır. Çempionatın sonudur, hər matç gərgin keçir. Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular. Bilirdik ki, rəqib son dəqiqələrdə üstümüzə gəldi. Amma dözə bildik. Bizim üçün hər xal vacibdir. İstəyim odur ki, çempionatın sonuna qədər oyunlara yanaşmamız bu cür olsun. Növəbti turda səfərdə "karvan-Yevlax"la çətin matçımız var. Həmin görüşə hazırlaşacağıq.

- Kərim Rossi və Dioqo Balaunun yoxluğu oyununuza nə dərəcədə təsir etdi?

- Hər futbolçu bizim üçün önəmlidir. Onların yoxluğu böyük itkidir. Amma digər futbolçular üçün də özlərini göstərmək üçün şansdır.

- Komandanız ötən tur "Zirə"yə, bu gün isə "Qarabağ"a qarşı əzmkar oyun mümayiş etdirdi. Bu mübarizə əzmi rəqiblərin adlarına görədir?

- Xeyr. Əzmkarlığımız az ols, bəlkə bu gün biz də digər komandalar kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparardıq. Futbolçularımız bizə yaxın olan komandalarla oyunlarda da əzmkarlıq göstəriblər. Böyük hesabla məğlub olduğumuz oyunlar da oldu. Bu tempi saxlamaq asan deyil. Futbolçular ilk turdan bu günə kimi maksimumu etməyə çalışırlar. Heyətimizdə gənclər var. Futbolçular çox "artırıblar". Onlara görə sevinirəm.

- Qazanılan nəticələrdə sizin taktiki biliyiniz əsas rol oynayır, yoxsa hansısa xüsusi sözləriniz var?

- Bu gün tam başqa taktika ilə oynadıq. Bunu "Qarabağ"a görə etdik, məcburuq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olur. Oyunçulara dəstək olmaq, onlara motivasiya vermək lazımdır.Təbii ki, komanda ruhu da çox vacibdir.

- Əsas qapıçınız cəza səbəbindən növbəti turda oynamayacaq. Bu sizi qayğılandırır?

- Bilirik ki, Rikardo bu gün Azərbaycan çeempionatında ən yaxşı qapıçılardandır. Bu, müzakirə olunmur. Amma bir tərəfdən də Abdullaha şans verə biləcəyimə görə sevinirəm. Onun üçün bir şans olacaq. Ümumən qarşıdakı turlarda hər kəsə şans verəcəm. Futbolçuları da fikirləşmək lazımdır. Əsas heyətdə debüt etməyi gözləyənlər var.

- Belə xəbərlər var ki, mövsümün sonunda "Şamaxı"dan ayrılacaqsız və sizin yerinizə Şərqi Avropadan yeni məşqçi gətiriləcək. Hətta deyilənə görə, danışıqlar gedir. Bununla bağlı nə deyə bilərsiniz?

- Kiminlə danışdıqlarını deyə bilmərəm. Gerçək deyil. "Şamaxı" mənim üçün doğmadır. Burada işimi davam etdirmək istəyərdim. Maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olub. Amma heç bir çətinlikdən danışmamışıq. Çalışmışıq ki, bunun öhdəsindən gələk. Məncə, klub düz yoldadır. Bunu davam etdirmək lazımdır. Rəhbərliyə böyük iş düşür. Onların yanaşmalarını bilirəm. İnanıram ki, düzgün qərar verəcəklər. "Şamaxı" həmişə mənim üçün doğma olacaq. Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm.

11-04-2026, 18:40
6210
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
7-04-2026, 19:27
Ayxan Abbasov:
Ayxan Abbasov: "Zirə" kimi komandadan xal qazanmaq uğurdur"
8-03-2026, 17:54
Ayxan Abbasov:
Ayxan Abbasov: "Heyət seçimi rəhbərliklə müzakirə olunmur"
26-10-2025, 21:11
Ayxan Abbasov:
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
16-08-2025, 22:20
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hər kəs avroliqada oynamağa cəhd etməməlidir"
7-04-2025, 18:05
Ayxan Abbasov:
Ayxan Abbasov: "Mövsümün sonu gərgin keçəcək"
31-08-2024, 20:21
Ayxan Abbasov:
Ayxan Abbasov: "Klublarımızda idarəçilikdə böyük problemlər var"
25-08-2024, 23:27
Ayxan Abbasov:
Ayxan Abbasov: “Zirə”ni səfərdə məğlub etmək asan iş deyil"
4-08-2024, 20:31
Ayxan Abbasov:
Ayxan Abbasov: "Pulumuz bitənə kimi transfer edəcəyik"
1-09-2023, 21:39
Ayxan Abbasov:
Ayxan Abbasov: "Klubun daxilində möhtəşəm ab-hava var"
13-05-2023, 23:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionluq bitdi, qarşıdakı turnirə hazırlaşmalıyıq"
28-10-2022, 18:18
Ayxan Abbasov:
Ayxan Abbasov: "Yəqin Samir müəllim bu komandalarda işləyəndə çətinlik çəkir"
18-03-2022, 22:11
Samir Abasov:
Samir Abasov: "Digər komandaları "Qarabağ" kimi rahat uda bilmirik"
  Xəbər Lenti
Almaniyalı yarımmüdafiəçi Leon Qoretska “Bayern”dən gedir - Transfer xəbərləri 28.07.2026, 14:01
"Real"da ciddi itki - Xarici xəbərlər 28.07.2026, 13:18
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 28.07.2026, 12:29
“Liverpul” fransalı futbolçu üçün ilk rəsmi təklifini edəcək - Transfer xəbərləri 28.07.2026, 12:06
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri 28.07.2026, 11:07
"Zirə"nin yeni transferinə baxın - VİDEO 28.07.2026, 10:15
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı - Xarici xəbərlər 28.07.2026, 09:13
Azərbaycan 1-ci və 2-ci liqalarında püşk bu tarixdə atılacaq 28.07.2026, 08:11
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər 27.07.2026, 18:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 11:07
"Yuventus" PSJ-nin qolkiperini transfer etmək istəyir - Transfer xəbərləri
25-07-2026, 17:04
"Mançester Siti" özbəkistanlı müdafiəçi ilə müqavilə imzaladı - Transfer xəbərləri
26-07-2026, 10:11
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Bəzi yeni oyunçuların yolunu gözləyirik"
25-07-2026, 16:12
"Turan Tovuz" akademiya üçün futbolçular seçdi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb