FutbolMedia.Az
  • 03:39 Çərşənbə
    4 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov:

Ayxan Abbasov: "Hər kəs avroliqada oynamağa cəhd etməməlidir"

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 1-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

FUTBOLMEDİA.az
xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- İlk oyun idi, rəqib isə "Neftçi" və səfərdə. Bilirik ki, "Neftçi"də yeni futbolçular da var. Ona görə ilk oyunlarda rəqibi təhlil etməkdə çətinlik çəkirik. Bizim də yeni oyunçularımız var. Nə qədər yoldaşlıq görüşləri keçirsək də, ilk turda səfərdə "Neftçi"nin azarkeşləri qarşısında oynamaq çətin idi. Amma bunlara baxmayaraq, futbolçularımdan razı oldum. Birinci hissədə daha çox hücumlar oldu, ikinci hissə isə rəqibin üstünlüyü ilə keçdi. Bizdə də yorğunluq oldu, dəyişikliklər etdik. Əlbəttə ki, "Neftçi" ilə səfərdə bir xal qazanmaq bizi sevindirir. Bu il daha yaxşı olmaq istəyirik. İstəyirik ki, futbolçularımız daha çox inkişaf etsinlər. Bunun üçün əziyyət çəkməliyik, oyunçulara da bildirdib. Bizim azarkeşlərə də təşəkkür edirəm ki, Şamaxıdan gəlmişdilər və bizi tək qoymadılar. "Neftçi"yə uğurlar.

- Heyətin geniş olmaması mövsümün gedişində problem yaradacaq?

- Biz komandanı elə qurmuşuq ki, daha çox ehtiyyat qüvvə gənclərdir. Çəkinmədən onlara şans verəcəyik. Əlbəttə, onların oyunu ilə digərlər futbolçularının oyunlarında fərq olacaq. Heyətimiz qarşımıza qoyulan hədəfə çatmağa imkan verir. Hədəfdən çox şey asılıdır. Bizim də imkanımız çox olsaydı, biz də digər klublar kimi 15, 16 futbolçular, legionerlər transfer edərdik. Bizim üçün yerli futbolçu gətirmək legionerdən asandır. Bu da normaldır. Klub olaraq biz qarşımıza fərqli məqsəd qoymuşuq. Hər kəs avroliqada, yuxarı yerlərdə oynamağa cəhd etməməlidir. Əlbəttə, istəyirik, mən də bir məşqçi kimi istəyirəm. Amma bu gün hədəfimiz başqadır. Bu gün oyuna sonradan daxil olan bəzi gənc oyunçularımıza əsas heyətdə yer versəm inanıram ki, pis olmayacaq. Amma onlara da vaxt lazımdır. İnşallah, onları da meydanda görəcəyik.

- Ötən mövsüm üzə çıxardığınız Edqar Adilxanovun ehtiyat heyətdə olmasının səbəbi nədir?

- Edqar bizim əsas oyunçumuzdur. Təlim-məşq toplanışında son oyunlar heyətdə dəyişikliklər edirdik. Özünü son oyunlarda yaxşı tərəfdən göstərən futbolçulara üstünlük verdik. Edqarın cinahında rəqabət var. Bu onun inkişafına olacaq. Onun böyük potensialı var. Amma bizi tam qane etmək üçün çox çalışmalıdır.

- Elçin Məsiyevlə mübahisələriniz oldu. Narazılığınız nəyə görə idi?

- Birinci onu təbrik etdim. Kim bizi UEFA-da təmsil edirsə, bizim üçün uğurdur. Sonra xahiş etdim ki, qızıl medal alan hakimsən biraz xırda cərimələri az ver. O da mənə sarı vərəqə verdi. Ümumən, oyunu pis idarə etmədi. Sadəcə xırda məqamlarda bəzən bizdə sarı oldu, rəqibdə isə yox. Bu da matçın stressinə görə normaldır.

- Hər iki komandanın start heyətində 2-3 yerli futbolçu var idi. Həm də U-21 millinin baş məşqçisi kimi bu sizi narahat edir?

- Bununla bağlı öz fikrimi çox demişəm. Bu qərar çıxanda, yəqin ki, oxumusunuz. Yerli futbolçu çox oynamalıdır. Amma durumla mən də ayaqlaşmalıyam. Əsas heyətdə 2 oyunçu idi. Amma sonradan meydana girənlər gənc və yerlilər idi. Buna qayıtmaq, danışmaq gecdir. Artıq qərarlar verilib. Yeniliklər çoxdur. Özümüz üçün maraqlıdır ki, 12 komanda, iddialı transferlərdən sonra ab-havanı axıra qədər hansı komanda saxlayacaq.

- "Şamaxı"nın baş məşqçisiniz, amma U-21 yığmasını da çalışdırırsınız. Heyəti quranda nə qədər klubu fikirləşsəniz də, U-21 oyunçularının oynaması üçün, praktikasının olması üçün, onları meydana buraxmaq məcburiyyətindəsiniz. Bu sizin özünüz üçün ikiqat təzyiq yaradır?

16-08-2025, 22:20
10982
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-08-2025, 22:43
Samir Abasov:
Samir Abasov: "Müqavimət göstərməyə gücümüz var"
12-04-2025, 22:18
Ayxan Abbasov:
Ayxan Abbasov: "Gənc futbolçularımız meydanda inamlı çıxış edirlər"
14-03-2025, 21:52
Ayxan Abbasov:
Ayxan Abbasov: "Çox istəyirəm ki, Santuşla əlaqəmiz olsun"
10-03-2025, 22:26
Samir Abasov:
Samir Abasov: “Vuruşmaq vaxtla gələcək”
31-08-2024, 20:21
Ayxan Abbasov:
Ayxan Abbasov: "Klublarımızda idarəçilikdə böyük problemlər var"
25-08-2024, 23:27
Ayxan Abbasov:
Ayxan Abbasov: “Zirə”ni səfərdə məğlub etmək asan iş deyil"
4-08-2024, 20:31
Ayxan Abbasov:
Ayxan Abbasov: "Pulumuz bitənə kimi transfer edəcəyik"
28-04-2024, 20:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Elə qırmızı vərəqə almaq olmaz"
22-05-2023, 21:07
Ayxan Abbasov:
Ayxan Abbasov: "Ona təklifimizi etmişik, cavab gözləyirik"
5-03-2023, 22:06
Ayxan Abbasov:
Ayxan Abbasov: "Belə məğlubiyyətin üzücü olur"
16-04-2022, 20:50
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Mövqeyimiz bizi qane etmir"
5-12-2021, 18:34
Ayxan Abbasov:
Ayxan Abbasov: "Bir xal qazandığımız üçün sevinirik"
  Xəbər Lenti
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri 3.11.2026, 18:10
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər 3.11.2026, 17:06
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər 3.11.2026, 16:15
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı 3.11.2026, 15:24
Elçin Məsiyevə UEFA-dan təyinat 3.11.2026, 14:22
"Turan" voleybol klubu ÇL-də növbəti oyuna çıxır 3.11.2026, 14:04
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri 3.11.2026, 13:08
"Difai" - "Hypers" 3:1 - VİDEO 3.11.2026, 12:10
"Barselona"nın futbolçusu Qordon: "Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm" 3.11.2026, 11:31
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
6-10-2026, 11:28
"İmişli" klubunun kapitanı Azər Salahlı iki həftəlik sıradan çıxdı - Özəl Xəbər
2-11-2026, 18:08
Azərbaycanlı FIFA referisi  “Vilyarreal” – PSJ matçını idarə edəcək
Azərbaycanlı FIFA referisi “Vilyarreal” – PSJ matçını idarə edəcək
2-11-2026, 14:29
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
2-11-2026, 15:21
Harri Keyn:
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
2-11-2026, 16:14
“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott üçün “Çelsi”dən 120 milyonluq təklif -
“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott üçün “Çelsi”dən 120 milyonluq təklif - Transfer xəbərləri
2-11-2026, 12:20
Canlı əfsanə Peter Şmeyxel:
Canlı əfsanə Peter Şmeyxel: “Martines “Mançester Yunayted” səviyyəsində oyunçu deyil”
22-10-2026, 09:13
"Şahdağ Qusar" - "Səbail" 1:0 - VİDEO
2-11-2026, 17:06
“Bavariya”nın əsas üzvü Maykl Olise “Atletiko” ilə oyunda olmayacaq -
“Bavariya”nın əsas üzvü Maykl Olise “Atletiko” ilə oyunda olmayacaq - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb