FutbolMedia.Az
  • 21:02 Çərşənbə axşamı
    22 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tahir Gözel:

Tahir Gözel: "Əlimizdən gələni edirik və çox aktiv işləyirik"

"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubu ilə keçiriləcək qarşılaşmadan öncə jurnalistlərə açıqlama verib.

Futbolmedia.az xəbər verir ki, klub rəhbəri "Qarabağ"ın hazırda Avropanın ən güclü 25 komandası sırasında olmasını "möcüzə" adlandırıb:

“Əvvəla biz bu gün hara qədər irəlilədiyimizi dərk etməliyik. Avropada yüksək liqalarda oynayan 850 komanda var. Onların xeyli hissəsinin büdcəsi bizdən qat-qat yüksəkdir. Avropanın aparıcı futbol ölkələrinin ikinci liqa klublarının da büdcəsi bizimlə müqayisədə yuxarıdır. Demək olar ki, biz 2000-2500 klub arasında ilk “25-lik”dəyik. Bu, doğrudan da möcüzədir. Onların büdcəsinin bəlkə də 10 qat aşağısı ilə bura qədər irəliləmişik. Bu, hamımızda möhtəşəm qürur və özünəinam yaratmalıdır ki, bura qədər gəlmişik”.

Tahir Gözel sıx qrafikdə oynayan Ağdam təmsilçisinin sabah da azarkeşlərə sevinc bəxş edəcəyinə inandığını qeyd edib:

“Son vaxtlar komandamızın çox sıx qrafiki var idi. Şamaxıda, süni örtüklərdə, Qubada, gilin içində, çox ağır oyunlar fiziki cəhətdən futbolçularımızda yorğunluq yaratsa da, indi baxıram ki, “Qarabağ”da motivasiya ən yüksək səviyyədədir. Klubumuz, biz, oyunçularımız sabahkı oyunun önəmini bilirik. Əminəm ki, futbolçularımız içlərində, ürəklərində, bədənlərində ilahi bir qüvvə tapacaqlar. O an gələcək. Necə ki, “Ayntraxt”la qarşılaşmada 65-ci dəqiqədən sonra oyuna diqtə etdik və nəticə qazandıq. Sabah da belə olmasını gözləyirəm”.

Klubun prezidenti iki klubun büdcəsi arasında fərqə toxunub:

“Nyukasl” İngiltərənin ən zəngin klublarından biridir. Büdcəsi 700-750 milyon funt sterlinqdir. Bu bir milyard dollardır. Bizdən 50 qat böyük klubdur. Amma onlar qarşılarında inamlı, hər zamankı kimi hücum futbolu oynayan, şücaətli bir “Qarabağ” görəcəklər. Nəticənin necə olacağını bilmirəm, kimsə də deyə bilməz. Əsas arzum budur ki, xalqımızdan alqış alaq və oyunun keyfiyyəti üstün olsun, dominant futbol oynayaq. Futbolçularımdan xahişim və gözləntim budur. Əlbəttə, biz bura möhtəşəm baş məşqçimiz Qurban Qurbanovun dahiliyi, zəhməti, texniki heyət, məşqçimiz Elçin Rəhmanov, futbolçularımızın əməyi, xalqımızın inanılmaz dəstəyi, Cənab Prezidentimizin dəstəyi ilə gəlmişik”.

17-02-2026, 21:27
7886
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-01-2026, 19:19
Tahir Gözel:
Tahir Gözel: “Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik”
30-12-2025, 12:05
Tahir Gözel:
Tahir Gözel: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
14-12-2025, 17:05
Tahir Gözel Əkbərlə görüşdü
Tahir Gözel Əkbərlə görüşdü
28-08-2025, 08:11
Tahir Gözel:
Tahir Gözel: "Azərbaycan hər yerdə sözünü deyir"
20-08-2025, 11:00
Tahir Gözel:
Tahir Gözel: “Musanın qoluna xüsusən sevindim”
30-05-2025, 13:04
Tahir Gözel:
Tahir Gözel: "Yeni avrokubok mövsümündə də "Qarabağ"a inanıram"
7-04-2025, 10:16
Tahir Gozel:
Tahir Gozel: “Qarabağ”ın Xankəndiyə səfəri nəzərdə tutulur
8-11-2024, 12:28
Tahir Gözəl:
Tahir Gözəl: "Komandamla fəxr edirəm"
23-09-2024, 14:23
"Qarabağ"ın prezidentinin "Tottenhem"lə oyundan gözləntisi
8-03-2024, 10:10
Tahir Gözəl:
Tahir Gözəl: "Bizim içimizdəki bu alovu heç kim söndürə bilməz"
16-12-2023, 11:15
Tahir Gözəl İsveçrəyə gedəcək
Tahir Gözəl İsveçrəyə gedəcək
11-07-2023, 08:30
Tahir Gözəl:
Tahir Gözəl: “Qarabağ”a inanıram”
  Xəbər Lenti
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq 22.09.2026, 20:30
Rio Nqumoha rəsmən "Liverpul"da - Transfer xəbərləri 22.09.2026, 19:25
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama) 22.09.2026, 19:00
Millimizlə oyundan öncə Litva yıömasında itki 22.09.2026, 18:13
“Qarabağ”ın rəsmi fanşopu Park Bulvar - da 22.09.2026, 17:38
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO 22.09.2026, 17:14
Braziliya çempionatında legionerlərin sayı azaldılır - Xarici xəbərlər 22.09.2026, 16:24
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama) 22.09.2026, 16:00
Almaniya millisində şok itki - Xarici xəbərlər 22.09.2026, 15:20
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb