FutbolMedia.Az
  • 19:43 Bazar
    11 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Özümə görə yox, azarkeşlərə və futbolçulara görə üzülürəm"

"Futbolçularıma təşəkkür edirəm. Ağır mübarizə oldu. Azərkeşlərə bizimlə olduqları üçün təşəkkür edirəm. Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdi. Həm "Bayer"ə, həm də özümüzə uğurlar arzu edirəm".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında "Bayer"lə cavab oyunundan (2:3, ilk oyun - 2:2) sonra mətbuat konfransında deyib.

O, "Qarabağ"ın və Azərbaycan futbolunun daha çox təcrübəyə ehtiyacının olduğunu deyib: "Bəlkə də çox müzakirə etmək düzgün olmaz. Şansımız var idi. Daha çox bu mərhələlərə çıxmalıyıq, təcrübə toplamalıyıq. Bu cür rəqiblərə qarşı fiziki cəhətdən hazır olmalıyıq. Azərbaycan çempionatının, klubumuzun yaşı azdır. Bir neçə klubumuz bu kimi turnirlərdə çıxış etməlidir. Görünür ki, üzərimizdə çox işləməliyik. Belə oyunlarda bir səhv bu kimi nəticələrə gətirib çıxarır. Bu gün "Qarabağ"ın futbol səviyyəsi "Bayer"dən aşağıdır. Amma rəqibdən çəkinmədik. Daha çox işləmək lazımdır. Digər klunarın səviyyəsi də yüksəlməlidir".

Mütəxəssis bu cür oyunların təcrübə baxımından gələcəkdə komandaya fayda verəcəyini söyləyib: "Belə oyunlar mənə və oyunçulara təcrübə verir. Futbolun hansı səviyyədə olduğunu gördük. Böyük oyunlarda bəzən elə elementlər olur ki, matçın taleyini həll edir. "Bayer"ə qalib gəlməyə 2 qol bəs etmədi. Ümumən təcrübə qazandıq. Bəzən oyunçuya təzyiq olmayanda böyük futbol haqda düşünmür. Amma bu gün dinamikanı hiss etdik və necə yaxşılaşdırmalıyıq, onu öyrəndik. Bayer"in bazasında olanda çox şeyi qeyd etdim. Bunu da özümüzdə yerinə yetirməyə çalışacağıq. Təcrübəmi, elmimi artırmalı, üzərimdə daha çox işləməliyəm".

15-03-2024, 08:35
24857
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-03-2024, 08:24
Qurban Qurbanov:
Qurban Qurbanov: "Leverkuzenə ümidsiz getmirik"
24-02-2024, 10:14
Qurban Qurbanov püşkü dəyərləndirdi
Qurban Qurbanov püşkü dəyərləndirdi
8-12-2023, 22:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Yerli futbolçularla çox ciddi maraqlanırıq"
1-12-2023, 09:22
Erlinq Moe:
Erlinq Moe: "Bu gün "Qarabağ"dan daha yaxşı idik"
27-10-2023, 08:21
Qurban Qurbanov:
Qurban Qurbanov: "Səviyyə fərqi elə-belə deyil, hərtərəflidir"
6-10-2023, 08:24
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bayer"ə qarşı yaxşı oyun və mübarizə göstərəcəyik"
26-03-2023, 23:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin"
22-02-2023, 22:38
Qurban Qurbanov:
Qurban Qurbanov: "Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar"
19-02-2023, 20:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "İngiltərədə özümün yox, Qarabağ"ın adının çəkilməsinə görə şadam"
28-10-2022, 08:26
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nant"dan çəkinmədik"
28-07-2022, 00:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi"
19-11-2021, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu"
  Xəbər Lenti
"Mançester Yunayted" - "Tottenhem" 1:1 VİDEO 11.10.2026, 13:05
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - YENİLƏNİR 11.10.2026, 12:04
Olise “Bayern”i ancaq iki kluba dəyişə bilər - Transfer xəbərləri 11.10.2026, 11:03
"Real" və "Barselona"dan qələbə - La Liqa 11.10.2026, 10:12
Nəriman Axundzadənin komandası xal qazandı - Türkiyə Superliqası 11.10.2026, 09:32
"Sumqayıt" - "Qəbələ" 4:1 - VİDEO 11.10.2026, 08:59
“Sumqayıt"ın baş məşqçisi: “Qələbəni tam haqq etdik” 10.10.2026, 22:28
“Zirə” - “Şamaxı” 1:1 - VİDEO 10.10.2026, 21:15
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir 10.10.2026, 20:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb