FutbolMedia.Az
  • 14:41 Şənbə
    10 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasov:

Samir Abasov: “Vuruşmaq vaxtla gələcək”

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 26-cı turunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

FutbolmediaL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?

- Oyuna yaxşı başlamışdıq. Görsənirdi, nə etmək istəyirik. Oyundan əvvəlki fikirlərimizi meydana qoya bilirdik. Bəlkə də, siz bunu sezə bilmədiniz. Amma əsas odur ki, biz istədiklərimizi bütün futbolçular yerinə yetirirdi. Top ötürmələr və açılmalarda dinamika və sürət var idi. Onsuz da rəqibin oyun bəllidir. Çox adamla, demək olar ki, bütün komanda ilə müdafiə olunurlar. Bu da bizim üçün müdafiəni yarmağa çətinlik yaradırdı. Birinci hissədə iki dənə real fürsətimiz oldu. Bu da yaxşı məqam idi. İkinci hissədə hücumda daha da aktivləşdik. Onsuz da istəkli idik, amma hücuma daha ürəkli getməyə başladıq. Sonra isə qolda əvəzetmələrin təsiri oldu. Suala aid olaraq deyərdim ki, onsuz da oyuna hazırlaşanda 11 nəfərə hazırlaşırsan, 10 nəfərə yox. Amma biləndə ki, rəqib hər iki halda eyni oyun tərzini göstərir, plan üzrə də davam etdik.

- Komandanın çempionatdakı qeyri-sabit zolağı bitmir. Demək olar ki, bütün üstünlüyü kuboka verəcəksiniz və ya artıq vermişiniz?

- Onsuz da mən bura gələndən kuboku çıxış yolu kimi görürdük. Düşünürəm, hamı anlayırdı ki, 5 xalla çempionata girmək və bunun davamını gətirmək təzə məşqçi və komanda üçün bir az çətin olacaq. Amma çempionatdan əsla qorxmamışıq. Kuboka da, çempionat oyunlarına da köklənirik. Bütün oyunlara qalibiyyət üçün çıxırıq. Bu gün oyunçularımdan razı qaldım və belə davam etmək istəyirik.

- Ötən matçdan sonra Ağadadaş Salyanskini, bəlkə də, haqlı olaraq tənqid etdiniz. Amma bu oyun əsas heyətdə çıxdı. Bunu onun qəlbinə dəyməmək üçün etdiniz?

- Yox, əsla belə düşünmədim. Kiminsə qəlbinə nəsə dəyəcək, ya dəyməyəcək yöndə işləmirik. Futbolçunu tənqid edirik, onunla danışırıq. Onsuz da özünüz bilirsiniz ki, bu, mənim üçün birinci dəfə deyil. Mənim iş prinsipimdir və mənim işimdə bu cür şeylər olur. Xoş hal odur ki, o açıqlamadan sonra Ağadadaşın vəkilləri çoxaldı və üzə çıxdı. Bu, çox xoşdur. Təki belə olsun, təki azərbaycanlı futbolçunu bu cür qorusunlar. Bu, bizim üçün xoşdur. Ötən səfər tənqid etdiyimiz üçün bu səfər əsas heyətdə çıxmayacaq deyə, bir şey deməmişdik. Əsas odur ki, futbolçu bu tənqid və iradlardan nəticə çıxarsın. Düşünürəm, Ağadadaş bu gün çox hərəkətli idi və düşünürəm ki, o, bundan sonra daha da yaxşı olmalıdır. Ağadadaş və əvəzedici komandamızdan gələn digər oyunçular da bilməlidilər ki, bu, bir şansdır. Ən azından yerli baş məşqçinin burda olması onlar üçün şansdır. Baxmayaraq ki, legionerlər və daha yüksək maaş alan futbolçular var, bizdən öncə aşağı-yuxarı 9 dəqiqə oynayan Ağadadaşa şans veririk. Ağadadaş və digərləri də bu şansı "cavanam, akademiyadan gəlmişəm" deyə, dəyərləndirməli deyillər. Bu gün hücumçu olaraq heyətə buraxılırsa, bunu meydanda göstərməlidir. Həm məşqlərdə, həm oyunda hər şeyi etməlidir. Təkcə Ağadadaş yox, bütün gənc oyunçularımızdan istəyimiz budur. Baxmayaraq ki, tənqid edirik və irad bildiririk, həmişə şans qazanacaqlar.

- Hazırkı "Neftçi" 10 nəfərlə qalan "Turan Tovuz"a qalib gəlmək gücündə deyil?

- Epizodlara girmək üzərində işləyirsən. Məsələn, dayaq yarımmüdafiəçi, cinah müdafiəçilərinə bununla bağlı tapşırıqlar verirsən. Amma sonda elə fürsət gəlib çıxır ki, artıq orada sən qərar verməlisən. Çünki o fürsətləri əvvəlcədən görə bilmərsən. Sənin kreativliyin üzə çıxır. Əsasən də 10 nəfərə qarşı oynayanda. Yenə də deyirəm, 10 və ya 11 nəfərlə olsa da, bu komanda eyni cür oynayır. Bəlkə də, 11 nəfərə qarşı da eyni vəziyyət olacaqdı. Ola bilər ki, bir-iki epizod onların xeyirinə olardı. "Neftçi"nin və ya digər komandanın oyunçusu olmaq fərq etmir. Bu cür vəziyyətlərdə verdiyin qərarlar böyük rol oynayır. Siz rəqibin 10 nəfərlə qalmasını ba

10-03-2025, 22:26
11168
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
5-03-2025, 19:50
Samir Abasov:
Samir Abasov: "İntizam Komitəsinin mənimlə qərəzi var ki?"
16-02-2025, 22:15
Samir Abasov:
Samir Abasov: "Qırmızı vərəqə oyunumuzu pozdu"
15-12-2024, 21:32
Samir Abasov:
Samir Abasov: "Heç vaxt belə şeylərə rast gəlməmişəm"
8-12-2024, 21:17
Samir Abasov:
Samir Abasov: “Mən çox yaxşı bilirəm, bunu kimlər etdirir, siz də bilirsiniz”
23-11-2024, 22:14
Samir Abasov:
Samir Abasov: "Neftçi" adını qaytarmaq üçün çox çalışmalıyıq"
11-08-2024, 21:10
Samir Abasov:
Samir Abasov: "Transfer yoxdursa, belə davam edəcəyik"
25-07-2024, 23:00
Samir Abasov:
Samir Abasov: "30 faizlik şansımızdan bərk yapışacağıq"
2-09-2023, 23:23
Samir Abasov:
Samir Abasov: "Ümid edirəm ki, daha yaxşı olacaq"
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
12-10-2022, 15:19
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Gəncə səfərindən qələbə ilə dönmək istəyirik"
17-09-2022, 08:26
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bəzi komandalar var ki, onlarla mübarizə aparmağa gücümüz çatmır"
31-10-2021, 21:09
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Mənim kimi səbirli adam da artıq dözmür"
  Xəbər Lenti
“Yuventus” hücumuçsu Nik Voltemadeni transerindən peşimandı - Xarici xəbərlər 10.10.2026, 13:25
Ronaldodan 980-cı qol - Xarici xəbərlər 10.10.2026, 12:29
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı - YENİLƏNİR 10.10.2026, 12:00
Mikels: “Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” 10.10.2026, 11:06
"Qalatasaray" - "Kasımpaşa" 3:1 - VİDEO 10.10.2026, 10:15
Millimizin üzvü Mahirin komandası yenə uduzdu 10.10.2026, 09:14
“Neftçi” - “Sabah” 0^0 - VİDEO 10.10.2026, 08:12
Yuri Vernidub: “1 xal da bizi qane edir” 9.10.2026, 22:50
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik” 9.10.2026, 22:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb