



Kurban Berdıyev: "Oyun intizamı istədiyimiz kimi deyildi"
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 28-ci turunda "Qarabağ"a 1:4 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Futbolmedia.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Üçüncü qola qədər ümidimiz var idi. Amma 3-cü qoldan və "Qarabağ"ın əvəzetmələrindən sonra hər şey bitdi.
- Fərdi səhvlər nə vaxta qədər davam edəcək?
- Buna cavab verə bilməyəcəm.
- "Qarabağ"a bu mövsüm ilk dəfə məğlub oldunuz. Əvvəlki oyunlarla müqayisədə bu gün nələri edə bilmədiniz?
- Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu.
- Azarkeşləri ümidləndirəcək nəsə deyə bilərsiniz?
- Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, onları sevindirə bilmirik.
- Artıq rəqib baş məşqçilərin sizin oyun üslubunuzu çözdüyünü demək olar?
- Məsələ taktikada deyil, hər oyunda dəyişə bilər. Məsələ düzülüşdədir. Biz bunu hər oyunda yaxşı edə bilirdik. Bu gün edə bilmədik.
Azərbaycan Premyer Liqası























