



"Şamaxı" "Sabah"a qarşı - YENİLƏNİR
Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
Futbolmedia.az xəbər verir ki, sonuncu - 3-cü oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə "Şamaxı" "Sabah"ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.
Bu komandalar arasında 1-ci dövrənin matçında 2:2 hesabı qeydə alınıb.
Hazırda isə turnir cədvəlində "Sabah" 26 xalla 5-ci, "Şamaxı" 14 xalla 8-cidir.
Tura “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.
Misli Premyer Liqası, 18-ci tur
22 dekabr
14:00.“Şamaxı” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov
Şamaxı şəhər stadionu
16:30.“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Tofiq Bəhramov adına Respublika Stadionu
20 dekabr
“Kəpəz” - “Sumqayıt” - 0:0
21 dekabr
“Səbail” - “Zirə” - 0:1
“Turan Tovuz” - “Neftçi” - 1:1
Azərbaycan Premyer Liqası























