



"Kəpəz" "Zirə"yə qarşı -
Misli Premyer Liqasında 16-cı tur davam edir.
Futbolmedia.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə 9-cu yerdəki "Kəpəz" 4-cü pillədəki "Zirə"ni qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.
Bu komandalar arasında 1-ci dövrənin oyununda "Zirə" 3:0 hesabı ilə qalib gəlib.
Günün 2-ci qarşılaşmasında isə "Sumqayıt" "Neftçi" ilə üz-üzə gələcək.
Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulacaq.
Misli Premyer Liqası, 16-cı tur
8 dekabr (bazar)
16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tovuz şəhər stadionu
18:00. “Sumqayıt” –“Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
9 dekabr (bazar ertəsi)
19:00. “Turan Tovuz”– “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Tovuz şəhər stadionu
Azərbaycan Premyer Liqası























