FutbolMedia.Az
  • 17:03 Bazar
    11 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Fernandu Santuş:

Fernandu Santuş: "Bütün qərarlar mənə aiddir, kənardan deyilən heç bir fikir mənə təsir etmir"

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

Futbolmedia.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün məşqin səhər saatlarında olmasının xüsusi səbəbi var?

- Səbəb odur ki, komandanın bərpa olmaq üçün daha çox vaxtı olsun. Milli bir həftədir buradadır, gündə iki məqşimiz olur. Komanda oyuna çox yaxşı hazırlaşıb. Düşündük ki, futbolçuların bərpa olunmaq üçün 24 saat vaxtları olsun.

- Dörd oyundan sonra komandanın aktivində xal yoxdur. Baş məşqçi kimi belə nəticəni gözləyirdiz?

- Əlbəttə ki, oyunları təhlil edəndə çatışmayan cəhətləri görürük. Son iki matçda komanda yaxşı oynadı, futbolçularımız inkişaf edir. Estoniya ilə matçda yaxşı oyun nümayiş etdirdik. Qapımızda gözlənilməz qollar buraxdıq. Səhvlərimizi görürük. Bunları aradan qadırmağa çalışırıq. Slovakiyaya qarşı da yaxşı oynadıq. Qırmızı vərəqə hər şeyi dəyişdi. Futbolda belə detallar vacibdir. Oyunçularım yaxşı məşq ediblər, çox istəklidirlər, pozitiv nəticə qazanmaq üçün sabah əllərindən gələni edəcəklər. Oyundan-oyuna inkişaf edirik, istədiyimiz yerə gəlib çatacağıq.

- Millimiz qrupu xalsız bitirsə. Gələcəyinizlə bağlı qərarınız necə olacaq?

- Mənim 2028-ci ilə qədər müqaviləm var. Məqsədimiz yaxşı heyət qurmaqdır. Azərbaycan millisinə indiyə qədər əldə etmədiyi uğurları qazandırmaq istəyirik. Bütün bunları 2027-ci ildə təhlil etmək olacaq.

- Milliyə futbolçular dəvət edərkən ictimaiyyətin fikrini nəzərə alırsız? Rüfət Abdullazadə də yığmaya dəvəti gözlənilən oyunçulardan idi. Onu izləyirsiz?

- Bütün oyunları izləyirəm, futbolçuların hamısını tanıyıram. Heyətlə bağlı verilən bütün qərarlar mənə aiddir. Kənardan deyilən heç bir fikir mənə təsir etmir. Kimin bizə kömək edəcəyini düşünürəmsə, onu da milliyə dəvət edirəm.

15-11-2024, 12:09
11230
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
11-10-2024, 22:42
Fernandu Santuş:
Fernandu Santuş: "Bunları 1-2 həftəyə həll etmək mümkün deyil"
8-10-2024, 11:07
Fernandu Santuş media önünə çıxacaq
Fernandu Santuş media önünə çıxacaq
4-10-2024, 12:04
Fernandu Santuş:
Fernandu Santuş: "Əmin ola bilərsiniz ki, seçimlərimdə kənar müdaxilələr yoxdur"
9-09-2024, 08:10
Fernandu Santuş:
Fernandu Santuş: "Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq"
5-09-2024, 23:12
Fernandu Santuş:
Fernandu Santuş: "Biz 4 səhvə yol verdik, İsveç millisi isə 20"
22-02-2023, 22:38
Qurban Qurbanov:
Qurban Qurbanov: "Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar"
1-03-2023, 09:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "De Byazi və Arif Əsədovdan milliyə dəvət gözləyirəm"
11-12-2022, 08:16
Fernandu Santuş:
Fernandu Santuş: "Mundialın qalibi olacağımıza ümid edirdik"
23-09-2022, 08:17
De Byazi:
De Byazi: "Daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim"
18-09-2022, 23:42
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hesabda irəli olduqda belə, futbolçularım dayanmırdılar"
10-09-2022, 23:40
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Müdafiədə oturmağın da yeri yoxdur"
15-09-2021, 17:40
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm”
  Xəbər Lenti
"Mançester Yunayted" - "Tottenhem" 1:1 VİDEO 11.10.2026, 13:05
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - YENİLƏNİR 11.10.2026, 12:04
Olise “Bayern”i ancaq iki kluba dəyişə bilər - Transfer xəbərləri 11.10.2026, 11:03
"Real" və "Barselona"dan qələbə - La Liqa 11.10.2026, 10:12
Nəriman Axundzadənin komandası xal qazandı - Türkiyə Superliqası 11.10.2026, 09:32
"Sumqayıt" - "Qəbələ" 4:1 - VİDEO 11.10.2026, 08:59
“Sumqayıt"ın baş məşqçisi: “Qələbəni tam haqq etdik” 10.10.2026, 22:28
“Zirə” - “Şamaxı” 1:1 - VİDEO 10.10.2026, 21:15
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir 10.10.2026, 20:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb