FutbolMedia.Az
  • 17:58 Bazar
    11 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Musa Qurbanlı:

Musa Qurbanlı: "Yalnız qələbəyə köklənmişik"

"Əvvəlcə hamınızı salamlayıram. Artıq 5 gündür ki, Qəbələdə təlim-məşq toplanışındayıq. Estoniya ilə matç bizim üçün çox vacibdir. Oyuna həm taktiki, həm də psixoloji baxımdan hazırlaşırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İstəyirik ki, mübarizə aparaq və yaxşı nəticə qazanaq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Musa Qurbanlı Millətlər Liqasının 5-ci turunda sabah Estoniyaya qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, görüş haqqında fkirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırb.

- Azərbaycan millisi sabah qələbə qazanmasa, artıq D Liqasına düşə bilər. Komanda bunun fərqindədirmi?

- Əlbəttə ki, fərqindəyik. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik. Əzmkar mübarizə aparacağıq ki, layiqli qələbə qazana bilək.

- Bu mövsüm hələ də qol vura bilməməyinin səbəbi nədir?

- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Hələ təzə-təzə oynamağa başlamışam. Çalışıram ki, optimal formamı bərpa edim. Ondan sonra hər şey özü yerini tapacaq.

- Fernandu Santuş milliyə baş məşqçi təyin olunandan sonra nəticələr dəyişmədi. Komanda yenə uduzur. Bəs sizcə Santuşun gəlişi yığmada nəyi dəyişib?

- Hər məşqçinin öz fəlsəfəsi var. Fernandu Santuş böyük məşqçidir, nailiyyətləri göz qabağındadır. Bu, mənim onunla ilk təlim-məşq toplanışımdır. Onun öz düşüncələri var. Biz isə oyunçular olaraq lk növbədə buna öyrəşməli, alışmalıyıq. Fernandu Santuşun fəlsəfəsini meydanda 100 faiz həyata keçirməliyik. Düşünürəm ki, bunu edəndən sonra nəticələr daha da yaxşılaşacaq.

- "Yurqorden"də gözlənilən kimi oyun nümayiş etdirmədin. Azərbaycana gələndən sonra da zədələndin. Həmin dövr sənə travma yaşatdı, yoxsa hər şey qaydasındadır?

- Bunu normal qarşılayıram. Amma çətin oldu. Psixoloji baxımdan asan deyildi. Fərqindəydim ki, məndən gözləntilər böyükdür. Çünki gənc azərbaycanlı futbolu kimi Avropaya yollanmışdım. Özümün də özümdən gözləntilərim yüksək idi. Bir az çətinliklər oldu. Çalışıram ki, bunu müsbət tərəfə aparım. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu, normaldır. Çətinliklər olmasa, nailiyyətlər də böyük olmaz. Bundan nəticə, yaxşı mənada dərs çıxarmalıyam. Hər nə qədər çətin olsa da, bu, məni həvəsdən salmamalıdır. Hələ gəncəm, karyeramın əvvəlidir, 22 yaşım var. Hər şey düşündüyüm kimi olmasa da, fikrimcə, bu, mənim üçün yaxşı təcrübə idi. 1 il Avropada, ölkə xaricində futbol oynadım. Çalışacağam ki, dərs çıxarım və gələcəkdə hər şey daha yaxşı olsun.

- İsveç kimi rəqiblərin heyətində Avropada oynayan fut

15-11-2024, 13:08
11040
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-11-2024, 12:09
Fernandu Santuş:
Fernandu Santuş: "Bütün qərarlar mənə aiddir, kənardan deyilən heç bir fikir mənə təsir etmir"
11-10-2024, 22:42
Fernandu Santuş:
Fernandu Santuş: "Bunları 1-2 həftəyə həll etmək mümkün deyil"
9-09-2024, 08:10
Fernandu Santuş:
Fernandu Santuş: "Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq"
5-09-2024, 23:12
Fernandu Santuş:
Fernandu Santuş: "Biz 4 səhvə yol verdik, İsveç millisi isə 20"
11-05-2024, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım çox əziyyət çəkdilər"
19-01-2024, 12:16
"Kəpəz"in futbolçusu Papu: "Əsas düşüncəm Premyer Liqada qalmaqdır"
6-07-2023, 09:00
Musa Qurbanlı:
Musa Qurbanlı:
16-06-2023, 12:03
De Byazi:
De Byazi: "Bu, bizə çox baha başa gəldi"
23-10-2022, 20:52
Murad Musayev:
Murad Musayev: "Azərbaycan çempionatı barədə fikrim tam dəyişib"
15-04-2022, 22:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu, karyeramın ən dəyərli hədiyyəsi idi"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
6-09-2021, 19:45
De Byazi:
De Byazi: "Santuş hələ də mənim hədiyyəmi verməyib"
  Xəbər Lenti
"Mançester Yunayted" - "Tottenhem" 1:1 VİDEO 11.10.2026, 13:05
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - YENİLƏNİR 11.10.2026, 12:04
Olise “Bayern”i ancaq iki kluba dəyişə bilər - Transfer xəbərləri 11.10.2026, 11:03
"Real" və "Barselona"dan qələbə - La Liqa 11.10.2026, 10:12
Nəriman Axundzadənin komandası xal qazandı - Türkiyə Superliqası 11.10.2026, 09:32
"Sumqayıt" - "Qəbələ" 4:1 - VİDEO 11.10.2026, 08:59
“Sumqayıt"ın baş məşqçisi: “Qələbəni tam haqq etdik” 10.10.2026, 22:28
“Zirə” - “Şamaxı” 1:1 - VİDEO 10.10.2026, 21:15
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir 10.10.2026, 20:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb