FutbolMedia.Az
  • 19:13 Bazar ertəsi
    14 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Elə qaydalar deyirlər ki, eşitməmişik"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda “Şamaxı”ını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.

Futbolmedia.az xəbər verir ki, o, oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. İlk hissədə çox yaxşı müdafiə olunmuş komandaya qarşı oynayırdıq. "Şamaxı" çox sıx, çox kompakt oynayırdı. Ona görə ilk hissədə bir, ya iki qol epizodumuz oldu. İkinci hissə daha açıq oyun getdi. Futbolçularımıza oynamaq daha rahat oldu. Vacib qələbə idi. Hər qələbə çempionatdakı yerimizi qoruyub-saxlamağımız üçün vacibdir. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram. Oyunun əvvəlində mənə və komandama dəstək olan azarkeşlərimizə təşəkkür edirəm".

- "Zirə" "Azərsun Arena"da məskunlaşdığı üçün oyununuz Tofiq Bəhramovda keçirdiniz, yoxsa başqa səbəb var?

- Xeyr. Bir az meydançada təmir işləri gedir. Ot örtüyü ilə bağlıdır. İki meydançamız var orada, məşq və oyun. Bu ay ola bilər ki, həmin meydançalarımız təmir edilsin və oyunlarımızı burada keçirək.

- Juninyoya istirahət vermişdiniz?

- Son oyunda əzələsində bir az ağrı hiss olundu. Həkimlər çox da risk etməyin tərəfdarı olmadı. Ona görə heç heyətə daxil etməmişdik.

- "Şamaxı"nın qapısına təyin edilən penalti qərarı barədə fikriniz necədir? Digər məşqçilər hakimlikdən çox şikayətçidir. Onların performansında eniş var?

- Əfsuslar olsun ki, nə qədər futboldan danışılırsa, bir o qədər də hakimlikdən danışılır. Bu, heç yaxşı hal deyil. Dünya futboluna baxsaq, hər yerdə eyni ssenaridir. Bəzən biz də anlaya bilmirik ki, bizim düşüncəmizlə düzdür demək, hansı epizodda hakimin qərarının düzgün olduğunu düşünmək olar. Elə qaydalar deyirlər ki, biz onu bilmirik, görməmişik, eşitməmişik. Kitabla elə şeylər deyirlər ki, belə qalırıq. Bəli, elə bugünkü penalti də yüngül, asan penalti idi. Amma ümumən avrokuboklardakı son oyunda gördüklərimdən sonra öz hakimlərimizə deyəcək söz yoxdur. İşlərini görürlər. Həmişə tərəfdarı olmuşam ki, bəsit sarı, qırmızı kartlar verilməsin. Çünki hər bir komanda həftəboyu hazırlaşır ki, hansısa oyun üslubunu qursun, rəqabət göstərsin. Ancaq görürsən ki, bəsit sarı vərəqə oyunçunu ehtiyatlandırır və ikinci sarı vərəqədən sonra komanda azlıqda qalır, bütün planlar pozulur. Burada həm futbolçuların, məşqçinin, rəhbərliyin əziyyəti heç olub gedir. Futbol çox kapriz idman növüdür. Hakimlik də ağır peşədir. Hamımız mən qarışıq gedək hakimliyin üstünə, onlar da çətinlik çəkə bilərlər. Futbol mübarizə oyunudur. Bugünkü oyunun tempi o qədər dayandı ki, futbolçularım, bəlkə, yorğun idilər. Amma yorğun halda da, tempi gərək qaldırmaq qabiliyyətində olsunlar. Oyun, sanki, çox dayandı, pauzalar çox idi. Hakimlərdə də, bizdə də, futbolumuzda da temp qalxmalıdır. Çox cüzi olaraq hakimləri qınayıram. Çünki onların peşəsi çox ağırdır, qayda-qanunlar var.

- Avropa Liqasındakı ardıcıl üç məğlubiyyət komandada ruh düşkünlüyünə səbəb olmayıb?

- Hər məğlubiyyətdən sonra istər-istəməz ruh düşkünlüyü olur. Amma bizim işimiz bir günlə, 1-2 oyunla bitmir. İlboyu oyunlarımız, mübarizəmiz davam edir. Belə hallarla biz hər il üzləşirik. Çalışmışıq ki, məğlubiyyətləri doğru qəbul edərək, səhvlərimizi özümüz görərək onları aradan qaldıraq. Bu vəziyyətdən də çıxmağa çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda bu məqam bizim üçün bir o qədər də psixoloji sarıdan mane olmayacaq. Biz peşəkarıq, peşəkar kimi davranmağa çalışırıq. Meydana çıxmışıqsa, məğlubiyyətdən də qaça bilmərik. Əksinə, digər oyunlara necə hazırlaşacağıqsa, onu tez bir zamanda ələ almaq lazımdır. Ruh düşkünlüyü olsa da...Belə oyunlardan sonra həmişə olacaq. Çalışırıq ki, digər oyunlarda bunu hiss etməyək.

- Avropa Liqasındakı digər rəqiblərinizi indidən təhlil etməyə başlamısınız?

- Ümumən bütün rəqiblərin oyunlarına baxmışam, hər biri haqda məlumatım var. Amma tam olaraq, həmin oyuna hazırlaşdığımız müddətdə analiz edəcəyik.

- Maksimum nə qədər xal toplamaq fikriniz var? Hədəfləriniz nədir?

- Hədəfimiz hər növbəti oyuna hazırlaşmaqdır.

27-10-2024, 22:11
11891
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-10-2024, 08:33
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hakimin qərarının arxasında nəsə dayanır"
6-10-2024, 22:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir"
4-10-2024, 23:41
Qurban Qurbanov:
Qurban Qurbanov: "Əvvəl ola bilər ki, daha istəkli idik"
29-09-2024, 22:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bilmirəm fikirlərimi nə cür çatdırım ki, düzgün qarşılansın"
1-09-2024, 23:23
Qurban Qurbanov:
Qurban Qurbanov: "Avropa Liqasındakı oyunlar bizim üçün daha çətin olacaq"
30-03-2024, 08:28
Qurban Qurbanov :
Qurban Qurbanov : "İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti vəzifəsi təklif edilsin"
10-11-2023, 08:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə penalti vermək çox sadəlöhvlükdür"
13-08-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, HİK bizimlə oyunda sürpriz etsin, riskə getsin"
2-05-2023, 22:38
Qurban Qurbanov:
Qurban Qurbanov: "Neftçi" məğlub olmaq istəmirdi"
28-11-2022, 22:04
Qurban Qurbanov:
Qurban Qurbanov: "Görünür, futbolçular lap yaxşı istirahət ediblər"
20-10-2022, 22:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qalibiyyətlər üzərimizə daha çox yük qoyur"
10-09-2022, 23:40
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Müdafiədə oturmağın da yeri yoxdur"
  Xəbər Lenti
"Şəfa" Vüsal Qənbərovun transferini təsdiqlədi - Rəsmi 14.09.2026, 19:11
“Liverpul” Braziliya millisinin üzvünü 150 milyon avroya ala bilər - Transfer xəbərləri 14.09.2026, 18:07
Rüstəm Əhmadzadə: "Çox təəssüflər olsun ki,qələbə qolunu vura bilmədik" 14.09.2026, 17:04
Alessandro Bastoni fantastik məbləğə "Çelsi"yə keçir - Transfer xəbərləri 14.09.2026, 16:14
“Qarabağ”ın vingeri Taofeek İsmaheel: Təəssüf ki, ikinci qolu vura bilmədik 14.09.2026, 15:31
Dünya ulduzu Lionel Messi İspan klubu “Eldense”ni alır - Xarici xəbərlər 14.09.2026, 15:23
“Şəfa” – “Sabah”a qarşı - YENİLƏNİR 14.09.2026, 15:00
Ömər Buludov: "Düşünürəm ki, penalti vardı" (AÇIQLAMA) 14.09.2026, 14:20
Əli Səmədov: "Bilirdik ki, rəqibin heyətində yaxşı legionerlər var" (Açıqlama) 14.09.2026, 14:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb