FutbolMedia.Az
  • 11:09 Bazar
    18 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Belə penalti vermək çox sadəlöhvlükdür"

"Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq".

Futbolmedia.az
xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində Bakıda "Bayer"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Bu oyun komandaya həm təcrübə, həm dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən tərəfdarıyam ki, özümüz daha diqqətli olmalıyıq. Xüsusən də, belə komandalara qarşı .Məğlub olduq. Amma 90 dəqiqə heç olmasa azarkeşlər yaxşı mübarizə, yaxşı oyun izlədilər. Bu cür komandanı, bu cür futbolçuları canlı gördülər. Belə oyunlar futbolumuzun inkişafına, sevilməsinə böyükl fayda verir".

Q.Qurbanov ilk oyundan fərqli olaraq üstün oyun nümayiş etdirmələrinin səbəbini də açıqqlayıb: "Futbolçuların köməyi ilə bunu etdik. Böyük hesablı məğlubiyyət mən qarışıq, futbolçulara da pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol vurmaq problem deyil. Hər tur bunu görə bilirik. Futbolçular həqiqətən rəqibi analiz edəndə çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar, çox səbirli oldular. Məncə, birlikdə yaxşı kollektiv hesabına rəqibə qarşı intizamlı oyun qurduq".

Baş məşqçi müdafiəçiləri əvəzləməyinə də aydınlıq gətirib: "Müdafiə xəttində nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə qarşı ilk onbirliklə hazırlaşırıq. Onlar daha yaxşı icra edirlər tapşırığı. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin də çox yorulmuşdu. Özü istədi. İlk dəyişiklik düşündüklərimə görə olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Elvin və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da bəlkə daha intizamlı oynamaq olardı".

Q.Qurbanov qeyd edib ki, "Qarabağ"ın qapısına təyin edilən penalti epizodu Leverkuzende olsaydı, hakim fərqi qərar verərdi: "Belə epizodlarda həmişə böyük klublara simpatiya daha çox olur. Hakimə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir? Almaniyada olsaydı, 100 faiz penalti verməyəcəkdilər".

Q.Qurbanov penalti epizodunda top əlinə dəyən Maksim Medvedevdə səhv olmadığını bildirib: "Maksimi görmədim. Meydanda idi. Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər belə oyunlarda bu cür penaltilər olub ki. Dünən "Mançester Yunayted"in oyununda ikinci qolda həm qırmızı, həm də penalti verdilər. Belə penalti vermək çox sadəlöhvlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz. Futbolçular diqqətli olmalıdır. Qaydalardı, demək çıxa bilmirlər bundan. Maksimə gəldikdə, müzakirə olunası bir şey yoxdur".

"Qarabağ"ın çalışdırıcısı beş gün öncə "Kəpəz"lə matçda 200 tamaşaçının, bu gün isə stadionun dolu olması ilə bağlı da danışıb: "Çox istəyərdik ki, milli çempionatımızda da bu qədər azarkeş olsun. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Amma onları daha sürətli, düzgün icra etmək üçün azarkeş böyük köməkdir. Biri var ki, futbolçular meydanda danışanda bir-birini eşidirlər, biri də var azarkeşlə olan oyun. Azarkeş üçün oynayırıq. Daha çox azarkeşi stadiona cəlb etməyi düşünməliyik. Futbolu sevdirməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, hamımız futbolu ölkəmizə sevdirməliyik. Olmasa, çempionatlarımızda tribunalar boş qalacaq. Azarkeşssiz futbol, futbola bənzəmir. Deyirlər ki, Azərbaycanda futbolu sevmirlər, azarkeş yoxdur. Xeyr, var. Böyük azarkeş kütləsinə sahibik. Sadəcə hansısa yollarla dil tapıb, matçlara cəlb etmək olar. Stadionda 10-15 min azarkeş olsa, hamımız məsuliyyətli olacağıq. Məğlubiyyətdən daha da qorxacağıq, ustalıq daha tez artacaq. Amma üç gündən sonra "Səbail"lə oyuna çıxacağıq, görək nə qədər azarkeş olacaq".

Q.Qurbanov "Qarabağ" dördlü müdafiəni sanki daha çox bacarır, beşli müdafiəyə keçəndə qol buraxır fikirləri ilə razılaşmayıb: "Belə düşünməzdim. Bəli, beşli müdafiə funksiyası var idi, amma dördlü kimi qalmışdıq. Veşoviç və Elvinin çıxması dizbalans yaratdı. Bizim bu cür dəyişikliklərlə qalib gəldiyimiz oyunlar da olub. İstəmədən üç oyunçu dəyişikliyinə getdik. Sistem pozulur. Penalti epizodundan başqa nəsə olmadı. Hər şey istədiyimiz kimi gedirdi. Texniki epizod idi. Çox da müzakirə olunası məqam deyil".

10-11-2023, 08:25
13636
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
27-10-2023, 08:21
Qurban Qurbanov:
Qurban Qurbanov: "Səviyyə fərqi elə-belə deyil, hərtərəflidir"
8-10-2023, 22:09
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyunçularımızın hazırlığı yaxşı səviyyəyə qalxıb"
6-10-2023, 08:24
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bayer"ə qarşı yaxşı oyun və mübarizə göstərəcəyik"
31-08-2023, 23:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Püşkdə böyük klublar düşsə, sevinəcəm"
24-02-2023, 08:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik"
22-02-2023, 22:38
Qurban Qurbanov:
Qurban Qurbanov: "Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar"
13-12-2022, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək"
8-12-2022, 23:05
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəlkə də "Qəbələ" qələbəyə layiq idi"
4-11-2022, 01:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç bir rəqibə əzilmədik, aciz qalmadıq"
26-10-2022, 21:41
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımın bunu bacaracağına inanıram"
9-09-2022, 08:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Rəqib futbolçu deyib ki, "Qarabağ"ın epizodunda təmiz penalti var idi"
17-08-2022, 23:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Düşündüyümdən də bərk komanda gördüm"
  Xəbər Lenti
"Fənərbaxça" - "Alanyaspor" 3:0 - VİDEO 18.10.2026, 11:07
Cəlal Hüseynov oynadı komandası xal itirdi 18.10.2026, 10:16
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu 18.10.2026, 09:17
"Barselona" və "Atletiko" qalib gəldi - La Liqa 18.10.2026, 08:13
"Qarabağ" - "Neftçi" 3:3 - VİDEO 17.10.2026, 22:20
Vernidub: “Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” 17.10.2026, 21:30
Qurban Qurbanov: “Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” 17.10.2026, 21:10
“Liverpul” Endrik üçün yenə "Real"a müraciət edəcək - Transfer xəbərləri 17.10.2026, 12:22
Millimiz DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub oldu 17.10.2026, 12:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb