FutbolMedia.Az
  • 20:59 Bazar ertəsi
    2 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Hakimin qərarının arxasında nəsə dayanır"

"Əfsuslar olsun ki, məğlub olduq. Oyuna çox yaxşı başlamışdıq. Müdafiə olunmaq istəmirdik. Futbolçularımız qırmızı vərəqə almağı xoş olmadı. Əlimizdə olan oyunçuların sayı azalırsa, bu, əlavə problemdir. Amma futbolçularımın cəsarətindən razı qaldım".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində edə "Ayaks"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis şotlandiyalı referi Nikolas Uolşun Ağdam təmsilçisini 2 qırmızı vərəqə ilə cəzalandırmasına toxunub: "Böyümək üçün bir çox elementləri keçməliyik. Bu gün bunun şahidi olduq. Belə böyük oyunlarda bu cür bəsit kartlar verilirsə, deməli, biz yenə bəzi xırda detallara fikir verməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bu cəsarəti qoruyub-saxlasaq, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik. Buna inanıram. Bir daha gördük ki, böyük komandalar kiçik fürsətlərdən necə istifadə edirlər".

"Ayaks"la matçda 15-ci dəqiqədə Julio Romao, 79-cu dəqiqədə isə Elvin Cəfərquliyev qırmızı vərəqə ilə cəzalandırılıb. Q.Qurbanov isə "Ötən mövsüm demişdiniz ki, Elvin Cəfərquliyev yersiz vərəqələr almağa davam edərsə, onunla daha ciddi söhbət edəcəyəm. Elvinlə bağlı hansısa tədbir görmək fikriniz varmı" sualına belə cavab verib: "Söhbət mütləq olacaq. Amma futbol mübarizə oyunudur. Belə epizodlarda qırmızı vərəqə verirlərsə, futbol oynamayaq. Hakimlərin bəzi qərarları mənim üçün maraqlı olur. İkinci hissədə Juninyonu iki əllə yıxanda penalti vermirsə, Romaonun mərkəzdə etdiyi qayda pozuntusuna niyə qırmızı vərəqə verir? Bəlkə də biz qaydaları dərindən bilmirik. Elvinin epizoduna gəlincə, bir komanda azlıqdadırsa, hesabda geridədirsə və ikinci "sarı"nı verirsənsə, məncə, bunun arxasında nəsə durur. Bizim ölkəyə bir az pozitiv fikirlə gəlsələr, yaxşı olar. Heç vaxt hakimlərin üzərinə getməmişəm. Nə olsun ki, biz "Qarabağ"ıq, böyük kluba qarşı oynayırıq. Belə yanaşma olmaz".

O, hakimin qərarlarından UEFA-ya şikayət etməyi planlaşdırmadıqlarını bildirib: "Yəqin ki, yox. Bir-iki dəfə etmişik, amma nəticəsi olmayıb. Oyun başa çatıbsa, faydası olmayacaq. Hakimlik barədə danışmasaq, yaxşıdır".

Q.Qurbanov iki futbolçusunun cəzalı duruma düşməsinin Avroliqadakı növbəti oyunlarına - "Budo Qlimt"lə matçlarına nə dərəcədə təsir edəcəyindən də danışıb: "Nə lazımdırsa, edəcəyik. Səfərə çəkinmədən, inamla gedəcəyik. 7 xalları var, hələ məğlub olmayıblar. Ələlxüsus evdə rəqibə oynamağa imkan vermirlər. Amma digər futbolçularımız var. Əlimizdə olanlarla yaxşı nəticə əldə etməyə çalışacağıq".

25-10-2024, 08:33
11071
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
13-08-2024, 08:17
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstəyirəm ki, komandam meydanda vuruşsun"
25-07-2024, 23:00
Samir Abasov:
Samir Abasov: "30 faizlik şansımızdan bərk yapışacağıq"
14-04-2024, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir komandaya qarşı 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
25-09-2023, 22:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Dördüncü hakimlər oyuna çox müdaxilə edirlər"
27-04-2023, 23:08
Şahin Diniyev:
Şahin Diniyev: "Üç qol vəziyyətimiz oldu, istifadə edə bilmədik"
4-11-2022, 01:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç bir rəqibə əzilmədik, aciz qalmadıq"
23-10-2022, 19:15
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bu dəfə onun cəzası daha sərt olacaq"
9-10-2022, 20:15
Qurban Qurbanov:
Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"
10-09-2022, 23:40
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Müdafiədə oturmağın da yeri yoxdur"
9-09-2022, 08:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Rəqib futbolçu deyib ki, "Qarabağ"ın epizodunda təmiz penalti var idi"
3-04-2022, 17:59
Sənan Qurbanov:
Sənan Qurbanov: "Heç kim bizə 3 xal gözü ilə baxa bilməz"
11-09-2021, 22:55
Sənan Qurbanov:
Sənan Qurbanov: "O, ən ağır cəzanı alacaq"
  Xəbər Lenti
Azərbaycanlı FIFA referisi “Vilyarreal” – PSJ matçını idarə edəcək 2.11.2026, 18:08
“Bavariya”nın əsas üzvü Maykl Olise “Atletiko” ilə oyunda olmayacaq - Xarici xəbərlər 2.11.2026, 17:06
“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott üçün “Çelsi”dən 120 milyonluq təklif - Transfer xəbərləri 2.11.2026, 16:14
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..." 2.11.2026, 15:21
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı 2.11.2026, 14:29
"Sumqayıt" "Şəfa"ya qarşı - YENİLƏNİR 2.11.2026, 14:04
“Barselona”nın müdafiəçisi Alexandro Balde “Mançester Yunayted”ə keçir - Transfer xəbərləri 2.11.2026, 13:21
Canlı əfsanə Peter Şmeyxel: “Martines “Mançester Yunayted” səviyyəsində oyunçu deyil” 2.11.2026, 12:20
"Kasımpaşa" - "Beşiktaş" 2:2 - VİDEO 2.11.2026, 11:27
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
6-10-2026, 11:28
"İmişli" klubunun kapitanı Azər Salahlı iki həftəlik sıradan çıxdı - Özəl Xəbər
22-10-2026, 18:09
Yamal “qızıl top” üçün şəxsi təyyarə sifariş verib
Yamal “qızıl top” üçün şəxsi təyyarə sifariş verib
22-10-2026, 09:13
"Şahdağ Qusar" - "Səbail" 1:0 - VİDEO
22-10-2026, 10:11
"Arsenal"ın əsas üzvü Saka "Bavariya" ilə oyunda zədələndi - Xarici xəbərlər
22-10-2026, 14:32
Rövşən Nəcəf:
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
22-10-2026, 11:02
Millimizin açıq məşqi olacaq
Millimizin açıq məşqi olacaq
22-10-2026, 13:16
“Mançester Yunayted” “Nyukasl”ın müdafiəçisi Luis Hollunu istəyir -
“Mançester Yunayted” “Nyukasl”ın müdafiəçisi Luis Hollunu istəyir - Transfer xəbərləri
22-10-2026, 17:07
"Sabah"ın qapıçısı neçənci pillədə qərarlaşıb?- Çempionlar Liqası
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb