



Ceyhun Nuriyev : "İlk turun yalnız 50 faizini həll etmişik"
“Zirə”nin futbolçusu Ceyhun Nuriyev Konfrans Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “DAK 1904”ü 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlama verib.
Futbolmedia.az xəbər verir ki, o, oyundan əvvəl bu cür hesablı qələbəni gözləmədiklərini bildirib: “Amma matçın gedişatında, birinci qoldan sonra görünürdü ki, daha çox qol vura bilərik. Fasilədə də danışdıq, dayanmadıq. İkinci hissəyə də hücumla başladıq. Rəqibdə yetərincə boşluqlar var idi. Bunu oyunun gedişatında da gördük. Oyundan əvvəl analiz etmişdik. Analiz etdiyimiz kimi də çıxdı. Yəni boşluqları bilirdik, ona görə də rəqibi ordan vurduq. İlk turun yalnız 50 faizini həll etmişik. Qalan 50 faizi hələ Slovakiyadadır. Ehtiyatlı yanaşırıq. Bu futboldur. Hər şey ola bilər. Qətiyyən arxayınlaşmaq olmaz”.
C. Nuriyev bu qələbənin hansısa bir oyunçunun yox, bütün komandanın qələbəsi olduğunu vurğulayıb: “Çünki vurulan qollarda hücum oyunçuların demək olar ki, hamısı iştirak etdi, kimsə qol ötürməsi verdi, kimsə qol vurdu. Müdafiəçi Qismət də qol ötürməsi verdi. Hücumların quruluşunda bütün komanda iştirak etdi. Müdafiədə də çox inamlı idik, ona görə də bu, bütün komandanın qələbəsidir”.
O, “Şerif”ə məğlubiyyətdən sonra toparlanmağın çətin olduğunu qeyd edib: “Etməli olduğumuz ən vacib şey o idi. Çünki psixoloji cəhətdən çox çətin idi. Cavab matçında penalti seriyasına qalıb, son penalti zərbəsindən məğlub olmaq və sonra toparlanmaq çətin bir şeydir. Amma şükür Allaha ki, bunu bacardıq. Ən vacib məqam bu idi”.
23 yaşlı yarımmüdafiəçi qeyd edib ki, 4:0 hesablı qələbə “Zirə”nin hücum futbolu oynaya bilməsinin sübutudur: “Keçən mövsüm mənim yadıma gəlir ki, bir ara “qara zolağa” düşmüşdük, çox qol vura bilmirdik. O vaxtlarda belə çox yaxşı hücumlar edirdik, qol epizodlarımız çox idi. Şanssızlıq olurdu sadəcə. Şükür ki, "DAK 1904"lə oyunda o şanssızlıq olmadı”.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























