FutbolMedia.Az
  • 18:18 Cümə axşamı
    12 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Futbolçularım üçün darıxacağam"

"Futbolçuları təbrik edirəm. Dinamik və səbirli oyunla yaxşı qalibiyyət əldə etdilər. İlin son oyunu idi. Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular bir neçə gün istirahət edə bilərlər. Onlar üçün darıxacağam. Bilmirəm, onlar mənim üçün darıxacaqlar, ya yox, amma yanvarın 5-də yenidən toplanacağıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 18-ci turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı səfər qələbəsini belə şərh edib: "Ümumən tempi qorumaq asan deyil. Rəşad Sadıqov komandanı yaxşı hazırlamışdı. İlk dəqiqələrdən hiss olunurdu ki, çəkinmədən oynayırlar. Bizim üçün asan olmadı. İkinci hissənin sonlarında "Zirə" üstünlüyü ələ aldı. Rəşad risqə getdi və hücumları daha da artırdılar. Ola bilər yorğunluq təsir etdi, amma ümumilikdə azarkeşlər üçün maraqlı oyun keçdi".

Q.Qurbanov öz istirahəti üçün vaxtının az olduğunu qeyd edib: "2-3 gündən sonra iş başında olacam. Çünki yanvardan sonra proqramımız daha sıx olacaq. Yaxşı plan üzrə ikinci yarıya hazır olmalıyıq. İşimiz çoxdur".

Baş məşqçi hazırlığın ölkə xaricində yox, Bakıda olacağının komandaya mənfi təsir göstərməyəcəyinə ümid etdiyini deyib: "İnşallah ki, olmaz. Çünki vaxtımız azıdır. Xaricə gedib vaxt itirmək istəmirdik. Məncə, problem olmayacaq. Komanda uzun müddət istirahətdə olmayacaq. Vaxtımız çox olanda ölkə xaricinə gedirdik. Çempionatın əvvəlindən formamızı daha da yaxşılaşdırmağa çalışacağıq".

Q.Qurbanov 2023-cü ili komandası və özü üçün dəyərləndirib: "Uğurlu il keçdi. Məqsədimiz çempionatda yaxşı çıxış etmək idi. Şükürlər olsun ki, Premyer Liqada çempion olduq. Çempionlar Liqasının qrupuna düşməsək də, Avropa Liqasında yaxşı mövsüm keçirdik. Çətinliklər oldu. Gözləntilər çox idi. Digər klublarımız məğlub oldu, ona görə bütün diqqətlər bizim üzərimizdə idi. Amma futbolçularım yaxşı çıxış etdilər. Ölkə kubokunda mübarizəmizə davam edirik. Xankəndidə olmaq, orda oyun keçirmək ilə damğa vurdu. Əziyyət çəkdik, sonda gedib orda da oyun keçirdik. İnşallah, bundan sonra ölkəmizdə sakitlik olar və düşmən bizə heç bir təsir göstərə bilməz".

24-12-2023, 22:40
16972
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-12-2023, 23:19
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Tərəfdarıyam ki, çempionatda fasilə olmasın"
8-12-2023, 22:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Yerli futbolçularla çox ciddi maraqlanırıq"
24-11-2023, 22:53
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim"
3-09-2023, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Görünür ki, bu il çempionat fərqli olacaq"
10-08-2023, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir az üstünlüyümüz var"
6-08-2023, 00:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hamı "Qarabağ"ın üzərinə gəlir"
9-04-2023, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq"
11-03-2023, 20:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istəyirəm ki, liqanın səviyyəsi yaxşılaşsın"
13-12-2022, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək"
2-12-2022, 23:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm”
28-11-2022, 22:04
Qurban Qurbanov:
Qurban Qurbanov: "Görünür, futbolçular lap yaxşı istirahət ediblər"
8-05-2022, 22:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Yaxşı oyun göstərə bilmədik"
  Xəbər Lenti
“Barselona” “Mançester Siti”nin müdafiəçisini istəyir - Transfer xəbərləri 12.11.2026, 18:11
PSJ argentinalı üçün hərəkətə keçdi - Transfer xəbərləri 12.11.2026, 17:09
Hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza - AFFA İntizam Komitəsi 12.11.2026, 16:07
Ferdinand “Mançester Yunayted”in xilasını argentinalı məşqçidə görür - 12.11.2026, 15:06
“Beşiktaş” Serbiya millisinin üzvünü istəyir - Transfer xəbərləri 12.11.2026, 14:10
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar 12.11.2026, 13:34
Fransalı futbolçu məşq zamanı vəfat edib - Xarici xəbərlər 12.11.2026, 12:11
Harri Keyn: “Bavariya” olmasaydı, “Qızıl top”u qazana bilməzdim 12.11.2026, 11:28
Markus Reşford yenidən zədələndi - Xarici xəbərlər 12.11.2026, 11:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb