



Bəhlul Mustafazadə: "Arzum "Milan"la qarşılaşmaqdır"
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Hekken"i məğlub edərək pley-offa yüksəldikləri matçdan (2:1) sonra jurnalistlərə açıqlama verib.
Futbolmedia.az xəbər verir ki, müdafiəçi əvvəlcə oyunun çətin keçdiyini deyib: “Gərgin oyun oldu. İkinci hissənin çoxunu azlıqda keçirdik. Buna baxmayaraq qələbə qazanmaq istəyirdik və qazandıq. Qələbə ilə birlikdə pley-offa vəsiqə qazana bildik. Çox böyük xoşbəxtlik keçiririk. Bunun davamını gətirmək üçün çalışacayıq”.
O, pley-offda arzuladığı rəqibi də qeyd edib: “Arzum, əlbəttə ki, “Milan”la oynamaqdır, amma fərq etməz hansı gələcək. Hamısı güclü rəqiblərdir. Hansı ilə düşsək, maksimum nəticə üçün çalışacağıq”.
Azərbaycan Premyer Liqası























