FutbolMedia.Az
  • 13:43 Cümə
    9 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Səviyyə fərqi elə-belə deyil, hərtərəflidir"

"Çox yaxşı komandaya məğlub olduq. Bu komandanı ancaq təbrik edirəm. Bu cür futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik. Futbolçularım çox əziyyət çəkdilər. Müdafiədə oturmaq istəmirdik. Boşluqlar verdik. "Bayer" topla çox yaxşı davranırdı. Bu gün gördük ki, səviyyə fərqi var. Nəticə göstərdi ki, onlar bizdən çox yuxarıdadır".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Bayer"ə 1:5 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, "Hesab səviyyə fərqinin göstəricisidir" sualına belə cavab verib: "Yox deməzdim. Bu gün 5 qol vurublarsa, bu, onların bacarığıdır. Sadəcə bunu deyim ki, problem bizdə deyildi, onlarda idi. "Bayer" çox yaxşı komandadır. Onların ustalıq səviyyəsi aşağı olan futbolçuları yoxdur. Öz oyun sistemlərini yaxşı yerinə yetirirdilər".

Q.Qurbanov "Bayer"ə qarşı noyabrın 9-da Bakıda keçirəcəkləri matç haqqında da danışıb: "Dünən də bildirdim ki, Almaniya komandaları heç bir oyuna arxayın çıxmırlar. Xabi Alonso istəyir ki, öz oyununu daha da yaxşılaşdırsın. Belə oyunlar onun üçün çox böyük şansdır. İnanmıram ki, onlar Bakıda meydana arxayın çıxsınlar. "Bayer"in heyətində də elə bir futbolçu yoxdur ki, arxayınlaşsın. Çünki ustalıq səviyyələri yuxarıdır".

Baş məşqçi "Azərbaycan klublarının bu cür rəqiblərlə oynaması üçün nə lazımdır" sualına "Məncə, bu gün bu, müzakirə mövzusu deyil. Özünüz diqqətlə baxırsınızsa, çox gözəl bilirsiniz. Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Hərtərəfli fərq var. Bunu öz vətənimizdə müzakirə etsək, daha yaxşı olar" - deyə cavab verib.

O, futbolçusu Julio Romaonun 90 dəqiqə meydanda qalmasına və əvəzlənməməsinə də toxunub: "Səbəbi yoxdur. Bəzi futbolçular var idi ki, onlara tapşırıq verilmişdi, yerinə yetirirdilər. Futbolçular hansısa epizodda çatmırdılarsa, o demək deyil ki, zəif oynayırdılar. Rəqibin də bacarığını nəzərə almaq lazımdır. Romaonun belə oyunlarda meydanda olması lazımdır. Yankoviç isə zədədən qayıtmışdı. Bacardığı qədər komandaya kömək edə bilirdi".

27-10-2023, 08:21
16378
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
26-10-2023, 09:22
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu cür oyunlardan çəkinmirəm"
6-10-2023, 08:24
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bayer"ə qarşı yaxşı oyun və mübarizə göstərəcəyik"
3-10-2023, 18:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hekken" istənilən rəqiblə görüşdə yaxşı nəticə əldə edə bilir"
20-09-2023, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Molde" meydanda ən intizamlı rəqiblərdən biridir"
6-08-2023, 00:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hamı "Qarabağ"ın üzərinə gəlir"
22-05-2023, 19:35
Qurban Qurbanov:
Qurban Qurbanov: "Yüksək məbləğdə olan futbolçu axtarışımız yoxdur"
26-03-2023, 23:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin"
24-02-2023, 08:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik"
22-02-2023, 22:38
Qurban Qurbanov:
Qurban Qurbanov: "Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar"
10-04-2022, 21:05
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hələ çempion deyilik"
18-02-2022, 08:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Səfərdə oynasaq da, çox yaxşı oyun göstərdik"
3-11-2021, 17:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu seriyamız bir tərəfdən narahatlıq yaradır"
  Xəbər Lenti
Maradonanın ölümündə əli olanlar üçün 12 il həbs cəzası istənildi - Xarici xəbərlər 9.10.2026, 13:09
AFFA nümayəndəsinə UEFA-dan təyinat 9.10.2026, 12:07
Benzema Ronaldonu müdafiə etdi Xarici xəbərlər 9.10.2026, 11:26
Endrik qışda "Real"dan gedir - Transfer xəbərləri 9.10.2026, 11:04
“Barselona”da yeni müqavilə - Xarici xəbərlər 9.10.2026, 10:03
Toni Kroos məşqçiliyə başlayır - Xarici xəbərlər 9.10.2026, 09:09
AFFA FİFA ilə bağlı UEFA çağırışına qoşulmayan yeganə üzv oldu 9.10.2026, 08:11
Rafinya sabah tibbi müayinədən keçəcək - Xarici xəbərlər 8.10.2026, 18:04
"Sabah" - "Slaviya" matçına nə qədər bilet satılıb? 8.10.2026, 17:03
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb