



Millimizin üzvü Renat Dadaşovdan Türkiyədə daha bir qol
Türkiyə Superliqasında 10-cu turun oyunları keçirilir.
Futbolmedia.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" evdə "Kayserispor"la qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da Dadaşov vurub. Hücumçu 69-cu dəqiqədə penaltidən fərqlənib. Bu, Renatın Superliqada 3-cü qoludur.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Kayserispor" 16 xalla 6-cı, "Hatayspor" isə 14 xalla 8-cidir.
"Hatayspor" – "Kayserispor" - 1:2
Qollar: R.Dadaşov, 69-pen – B.Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 47.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
"Qalatasaray"ın hücumçusu əməliyyat olundu - Xarici xəbərlər 25.11.2026, 18:09
"Neftçi"nin futbolçuları üçün seminar keçirildi 25.11.2026, 17:07
"Şəfa" klubunda iclas oldu - Zaur Həşimov idtefaya göndəriləcəkmi? 25.11.2026, 16:15
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər 25.11.2026, 15:23
“Kalyari” “Napoli”nin hücumçusuna göz dikib - Transfer xəbərləri 25.11.2026, 14:05
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma"ya qarşı - Çempionlar Liqası 25.11.2026, 13:14
“Çelsi”nin müdafiəçisi Fofana: "Həmin vaxt futbolu tərk etmək istəyirdim" 25.11.2026, 12:11
Ronaldodan 987-ci qol - 1000-ci qol çox az qaldı 25.11.2026, 11:37
"Sabah" "Barselona"ya qarşı - YENİLƏNİR 25.11.2026, 11:05
Azərbaycan Premyer Liqası























