



“Sumqayıt”ın futbolçusuna sərt cəza
“Sumqayıt-2”nin futbolçusu Ruslan Əliyev Əvəzedicilər Liqasının X turunda, “Sabah-2” ilə oyunda hakimi təhqir etdiyi üçün diskvalifikasiya olunub.
Futbolmedia.az xəbər verir ki, birbaşa qırmızı vərəqə alan oyunçu 4 oyunluq cəzalandırılıb, klubu 300 manat cərimə edilib.
Bundan əlavə, matçın son dəqiqələrində meydandan qovulan “Sabah-2”nin üzvü Fəxri Məmmədli və “Sumqayıt-2”nin futbolçusu Said Əliyev qarşıdakı oyunu buraxacaqlar. Hər iki komanda buna görə 50 manat ziyana düşüb.
Qarşılaşmada “Sabah-2”nin 5, “Sumqayıt-2”nin isə 4 futbolçusu sarı vərəqə alıb. Bu, onlara əlavə 70 manatlıq cərimə bahasına başa gəlib.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Azərbaycan Premyer Liqası























