



"Neftçi" və "Qarabağ" azarkeşlərə görə cərimələndi
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Futbolmedia.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 16-cı turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə klub 4000 manat cərimə edilib.
“Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə Ağdam klubu 800 manat cərimə edilib.
"Sabah” – “Şamaxı” oyununda “Sabah” komandasının oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.
“Şamaxı” komandasının oyunçusu Elçin Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə klubu 800 manat cərimə edilib.
“Sumqayıt” komandasının oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























