



Ten Haq "Qalatasaray"a məğlubiyyətdən danışdı
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq ötən gecə Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"a (2:3) uduzmaqlarını şərh edib.
Futbolmedia.az xəbər verir ki, o, qəbuledilməz səhvlərə yol verdiklərini deyib: “Etdiyimiz zehni səhvlər bu səviyyədə tamamilə qəbuledilməzdir. Çünki belə şeylərə görə mütləq cəzalandırılırsan. Biz komanda olaraq buna cavabdehik. İki dəfə üstünlüyü ələ keçirdik və oyuna nəzarət etdik, lakin hər şeyi itirdik. Təbii ki, biz özümüzdən daha çox şey gözləyirik”.
Qeyd edək ki, hazırda “Qalatasaray” 2 oyundan dörd xalla A qrupunda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. “Mançester Yunayted” isə 0 xalla sonuncudur.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
"Şəfa" klubunda iclas oldu - Zaur Həşimov idtefaya göndəriləcəkmi? 25.11.2026, 16:15
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər 25.11.2026, 15:23
“Kalyari” “Napoli”nin hücumçusuna göz dikib - Transfer xəbərləri 25.11.2026, 14:05
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma"ya qarşı - Çempionlar Liqası 25.11.2026, 13:14
“Çelsi”nin müdafiəçisi Fofana: "Həmin vaxt futbolu tərk etmək istəyirdim" 25.11.2026, 12:11
Ronaldodan 987-ci qol - 1000-ci qol çox az qaldı 25.11.2026, 11:37
"Sabah" "Barselona"ya qarşı - YENİLƏNİR 25.11.2026, 11:05
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi - Xarici xəbərlər 25.11.2026, 10:13
"Qarabağ"ı çempionluq mübarizəsindən erkən silənlərin menyusuna (YAZI) 25.11.2026, 09:55
Azərbaycan Premyer Liqası























