FutbolMedia.Az
  • 13:53 Çərşənbə axşamı
    24 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin"

"Möhtəşəm atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Bütün təşkilatçılara da təşəkkür edirəm, əla şərait yaratmışdılar".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qalatasaray"la keçirdikləri xeyriyyə matçından (1:2) sonra təşkil olunan mətbuat konfransında deyib. O, baxımlı oyun keçdiyini bildirib: "Fanatlar üçün baxımlı oyun oldu. Oyundan çox razı qaldım. İşimizə görə çox şey qazandıq. Belə görüşlər həm futbola sevgini çoxaldır, həm də bizə böyük təcrübə verir. Oyunun mahiyyətini bilirdik, yardım məqsədilə keçirilmişdi. "Qalatasaray"a uğurlar arzu edirəm. Son vaxtlar böyük işlər görürlər. Qarşıdakı oyunlarda onlara uğurlar arzu edirəm".

Qurbanov ümumilikdə oyunu belə dəyərləndirib: "Dostluq oyunu idi. Daha sakit və aqressiv olmayan tərzdə oyun başladı. Futbol elə bir oyundur ki, oynadıqca aqressiya artır, istək çoxalır. Həm də, "Qalatasaray"ın gücünü nəzərə almaq lazımdır. İlk dəqiqələrdən sürətli idilər. Sadəcə standart vəziyyətdən qol buraxdıq. Böyük komandalara qarşı oynayanda ilk dəqiqələrdə həyəcan olur. Sonradan oyunu ələ aldıq, hücumlar etdik. Komandamın oyunundan razı qaldım".

Qurbanov "Qalatasaray" futbolçularının Bakıya gec - dünən gecə gəlməsi, həmçinin onunla görüşməməsi haqda bunları söyləyib: "Bəzən belə nüanslar olur. Məncə, burada inciyəcək bir şey yoxdur. Xırda detallara görə incimək bizə düşməz. Dostlarımızdan, qardaşlarımızdan küsməyə haqqımız yoxdur. Belə fikirlər olmamalıdır. Oyunun mahiyyəti hər kəsə aydındır".

Məşqçi baş hakim Əliyar Ağayevin "Qarabağ"ın qapısına penalti təyin etməsindən danışıb: "Heç nəyə ehtiyacımız yoxdur. Biz kiməsə borclu qalmaq, kimdənsə borc almaq istəmərik. VAR-a baxmadılar. Belə şeylərə görə hakimlərin üzərinə getmək düzgün deyil. Yoldaşlıq oyunu olsa da, idarə etmək asan deyil. İlk hissədə narazılıqlar oldu. Rəqib sərt oynadığımızı deyirdi. Onların dəyərli, bahalı futbolçuları var. İstəməzdilər kimsə zədələnsin, biz də. Hakimlər səhv etməkdən narahat idi".

Çalışdırıcı "Qarabağ"ın heyətində "Qalatasaray"da oynaya biləcək neçə oyunçu var?" sualını bu cür cavablandırıb: "Cavab verə bilməyəcəm. Fərqli çempionatlar, fərqli oyun üslubları var. Futbolçularım burada oynayır. Hər bir oyunçumu "Qalatasaray"da görmək istəyərəm. Bəlkə, kimlərsə daha tez uyğunlaşar. "Qalatasaray"ın futbolçularının keyfiyyətinə söz yoxdur. Onların topla rəftarı, düşüncəsi bunları göstərdi. Həqiqətən, qiymətlərinə, dəyərlərinə layiq oyunçulardır".

"Qalatasaray"a bizimlə oynamağa razılıq verdikləri üçün təşəkkür edirəm. İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin, bir liqamız olsun. Qarşıda iki ölkə klublarının oyunları keçirilə bilər. Bu, bir başlanğıc oldu. Bu cür atmosfer tək Bakıda yox, digər bölgələrdə, hətta Türkiyədə də olar. Futbolumuzun inkişafı üçün belə oyunların daha çox keçirilməsi lazımdır. Bu cür görüşlər futbolu daha çox sevdirir. Bizim çempionatla onların liqası arasında fərq böyükdür. Çox istərdim ki, belə görüşlərin sayı çox olsun. Mənim narahatlıq keçirdiyim şey dostların bir-birinə qarşı oyunlarıdır. Çünki bəzən narazılıqlar olur və bu da futbolun prinsiplərindəndir. Bugünkü oyundan çox razı qaldım. Türkiyə futboluna uğurlar arzu edirəm. Hər zaman bir-birimizin yanındayıq" - deyə mütəxəssis bildirib.

Qurbanov bu oyun üçün sabiq futbolçusu, hazırda "Zirə"də çıxış edən Donald Geryeni komandaya dəvət etmişdi. Mütəxəssis "Geryeni yenidən komandanızda görmək istərdiniz?" sualına belə cavab verib: "O, "Zirə"nin futbolçusudur. Hazırda bu haqda fikir bildirə bilməyəcəyəm".

Qurbanov gənc qapıçısı Amin Ramazanovun "Qalatasaray"la matçdakı çıxışı haqda deyib: "Amin özünü yaxşı tərəfdən göstərdi. İlk dəqiqələrdən həyəcanlı olduğu hiss olundu. Futbolçuya böyümək üçün belə oyunlar lazımdır. Amin sona qədər soyuqqanlı, rahat və inamlı çıxış etdi. Digər tərəfdən, yoldaşlıq oyunu olması ona kömək etdi".

Mütəxəssis düşünür ki, milliyə yollanan futbolçular heyətdə olsaydılar, görüş daha baxımlı keçərdi: "Daha baxımlı oyun olardı. Bəlkə sona qədər dinamikanı saxlaya bilərdik. Digər tərəfədən, "Qalatasaray" da tam heyətlə d

26-03-2023, 23:10
17387
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
26-03-2023, 22:32
Okan Buruk:
Okan Buruk: "Qarabağ" sanki avrokubok oyununa çıxmışdı"
11-03-2023, 20:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istəyirəm ki, liqanın səviyyəsi yaxşılaşsın"
24-02-2023, 08:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik"
19-02-2023, 20:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "İngiltərədə özümün yox, Qarabağ"ın adının çəkilməsinə görə şadam"
25-01-2023, 16:27
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox möhkəm komandaya qarşı oynadıq"
8-12-2022, 23:05
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəlkə də "Qəbələ" qələbəyə layiq idi"
28-11-2022, 22:04
Qurban Qurbanov:
Qurban Qurbanov: "Görünür, futbolçular lap yaxşı istirahət ediblər"
28-07-2022, 00:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi"
21-05-2022, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bütün futbol camiəsi sağ olsun”
10-04-2022, 21:05
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hələ çempion deyilik"
7-02-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hakimlərə əsəbi deyildim"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
  Xəbər Lenti
Legioner limiti ləğv oluna bilər 24.11.2026, 13:20
"Qalatasaray" "Aston Villa"ya, "Mançester Siti" "Napoli"yə qarşı - Çempionlar Liqası 24.11.2026, 13:00
Canlı əfsanə Canfranko Zola: “Təəccübləndim. Ronaldinyo milyonlarla gəncə ilham verdi" 24.11.2026, 12:04
PSJ-də daha bir şok zədə - Bu dəfə Dezire Due sıradan çıxdı 24.11.2026, 11:31
Laporta: "Laminin 19 yaşı var, lakin o, hətta ..." 24.11.2026, 11:00
"Şəmkir" - "Ağdaş" 2:0 - VİDEO 24.11.2026, 10:14
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi 24.11.2026, 09:11
"Milan"dan "Real"ın futbolçusu üçün 70 milyon avroluq təklif - Transfer xəbərləri 24.11.2026, 08:08
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb