



"Neftçi" və "Sabah"ın potensial rəqibləri azaldı -
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Futbolmedia.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Mərasimdə Azərbaycan təmsilçiləri "Sabah" və "Neftçi"nin də potensial rəqibləri müəyyənləşəcək.
"Sabah"ın rəqibi "Partizan"ın reytinqi yüksək olduğuna görə bu cütlük səpələnmişlər arasında qərarlaşıb.
"Neftçi" - "Beşiktaş" cütü səpələnməmişlər sırasında yer alıb. Bu isə o deməkdir ki, bu cütün qalibi pley-off mərhələsində yüksək reytinqli komandalardan biri ilə qarşılaşacaq.
"Neftçi"nin pley-off mərhələsinə yükləcəyi halda potensial rəqibləri:
"Lill" (Fransa)
"Gent" (Belçika) - "Poqon" (Polşa) cütünün qalibi
"Aris" (Yunanıstan) - "Dinamo" (Kitev, Ukrayna) cütünün qalibi
"Viktoriya" (Plzen, Çexiya) - "Qzira Yunayted" (Malat) cütünün qalibi
"Sabah"nin pley-off mərhələsinə yükləcəyi halda potensial rəqibləri:
“Osasuna” (İspaniya)
“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütünüün qalibi
“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütünün qalib
“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütünün qalibi
“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütünün qalibi
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.
Azərbaycan Premyer Liqası




















