



“Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşdı
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.
Futbolmedia.az xəbər verir ki, “Qarabağ” klubunun yetirməsi Zamiq Əliyev qarşıdakı bir il ərzində komandanın formasını geyinəcək.
Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən 22 yaşlı mərkəz müdafiəçisi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də heyətində yer alıb.
Xatırladaq ki, "Araz-Naxçıvan" bunadək Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Lamin Yamal "Sabah"a 1 qol vursa... 23.11.2026, 12:14
"Liverpul" – "Mançester Yunayted" 4:0 - VİDEO 23.11.2026, 11:33
Toral Bayramov yenə ehtiyyatda qaldı, "Bursaspor" qalib gəldi 23.11.2026, 11:01
Dieqo Simeone La Liqada tarixi rekorda imza atdı - 23.11.2026, 10:10
Musiala məşqdə yenə huşunu itirdi - Xarici xəbərlər 23.11.2026, 09:18
Millimizin üzvü Renat Dadaşovun komandasından qələbə 23.11.2026, 08:27
“Kəpəz” - “Qarabağ” matçından - VİDEO 22.11.2026, 21:26
Azər Məmmədov: “Avrokuboklara vəsiqə qazansaq...” 22.11.2026, 21:25
Qurban Qurbanov: “Xallar itiririk, bununla razılaşmamaq mümkün deyil” 22.11.2026, 20:04
Azərbaycan Premyer Liqası























