



UEFA-dan Elçin Məsiyevə növbəti təyinat
Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.
Futbolmedia.az saytın UEFA-nın saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda 6-cı qrupun 3-cü turunda Latviya - İsrail matçını idarə edəcək.
Məsiyevə Pərvin Talıbov və polşalı Mixal Sobçak yan xətt hakimləri qismində köməklik göstərəcək.
Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, Məsiyev bu gün İsrail - Polşa oyununu idarə edəcək.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Mahir Emreli: “Çətin mövsüm keçiririk” 29.11.2026, 13:09
“Liverpul”un hədəfindəki müdafiəçi - Xarici xəbərlər 29.11.2026, 11:29
Roke “Barselona”nın məşqçilərindən şikayətləndi - Xarici xəbərlər 29.11.2026, 11:07
FIFA sülh mükafatını ləğv etmək istəyir - Xarici xəbərlər 29.11.2026, 10:14
Millimizin üzvü Rüfətin komandası uduzdu 29.11.2026, 09:23
“Sabah” - “Araz-Naxçıvan” 2:0 - VİDEO 29.11.2026, 08:52
Dambrauskas: “Stadionları insanların ayağına aparmalıyıq?” 28.11.2026, 22:18
Yuri Maksimov: “Biz də qələbə qazanmaq istəyirik” 28.11.2026, 21:30
“Turan Tovuz” - “Kəpəz” 2:1 - VİDEO 28.11.2026, 20:16
Azərbaycan Premyer Liqası





















